Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür – Audio

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür – AudioBu gün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günüdür.
Dahi bəstəkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində doğulub.
Kənd mirzəsi ailəsində doğulan Üzeyirin valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Ü.Hacıbəylinin musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olub.
O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Dünyagörüşünün formalaşmasında seminariya kifayət qədər rol oynayıb.
Ü.Hacıbəyli seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmaq imkanını qazanır. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənib. Xalq mahnı nümunələrini nota köçürmək bacarığına yiyələnib. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.
Ü.Hacıbəyli 1905-1907-ci illər inqilab ərəfəsində Rusiyadan Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs deyib. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab məsələləri" və "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"ni nəşr etdirib.
Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. Onun "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri çap olunub.
1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasının qoyulması da Ü.Hacıbəylinin adı ilə bağlıdır. Operanın librettosu Füzulinin eyni adlı poeması əsasında yazılır.
Ü.Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operalarının librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdı. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirdi.
Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Ü.Hacıbəyli muğamatla bərabər aşıq musiqisindən də məharətlə yararlandı.
O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun "Ər və arvad" (1909, ilk tamaşası: 1910), "O olmasın, bu olsun" (1910, ilk tamaşası: 1911), "Arşın mal alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Ü.Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Üzeyir Hacıbəyli yaradıcılığında mühüm rol oynayıb. O, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaradıb.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsidir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.
Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib.
Üzeyir Hacıbəylinin anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilib. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən, Ü.Hacıbəylinin yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdi. O, bəstəkar Zülfüqar Hacıbəylinin qardaşıdır.
SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədovun yaratdığı "Üzeyir Hacıbəyov" heykəli (1960, Bakı) kamil, plastik sənət əsərlərindəndir. Heykəl bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının önündə ucaldılıb.
Üzeyir Hacıbəyli 1948-ci ilin noyabrında 63 yaşında dünyasını dəyişib. Hüznlü günlərin şahidləri öz xatirələrində yazırlar ki, Bakıda o vaxta qədər elə dəfn mərasimi olmamışdı. Bütün Azərbaycan böyükdən-uşağa kimi göz yaşları içərisində millətin böyük oğlunu son mənzilə yola salırdı. Sanki o gün millətin hamısı paytaxta yığışmışdı. Dahi sənətkarın vəfatından illər keçsə də, o, həmişə qəlbimizdə yaşamaqdadır.
Üzeyir Hacıbəyli və Müslim Maqomayevin doğum günləri uzun illərdir ki, Azərbaycanda "Milli Musiqi Günü" kimi qeyd olunur.

Mənbə: Tabloid.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1368   Tarix: 18 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021