Qaz və işıqla bağlı əhaliyə QƏFİL XƏBƏR GƏLDİ - Bu saatdan etibarən...

Yeni tikililərdə qaz, işıq, su və digər kommunal sistemlərdə problemlərin yaranması artıq adi hala çevrilib. Zaman-zaman bu cür hadisələrlə bağlı vətəndaşlar şikayətlərini bildirirlər. Ötən gün də AAAF Park yaşayış kompleksinin sakinləri etiraz aksiyası keçirib. Şikayətin səbəbi isə kompleksdə qaz və lift olmamasıdır. Digər tikililərdə də analoji hal yaşanır. Maraqlıdır, yeni tikililərin qazla təmin olunması hansı şərtlərlə aparılır?

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev "Cümhuriyət" qəzetinə açıqlamasında binanın qazla təmin olunmasının qaydalarını sadalayıb:
Qaz və işıqla bağlı əhaliyə QƏFİL XƏBƏR GƏLDİ - Bu saatdan etibarən..."MTK-nın sifarişi əsasında podratçı şirkət qaz xətlərini çəkir, sayğacları quraşdırır və zəruri sənədləri toplayaraq "Azəriqaz" İstehsalat Birliyinə göndərir. O, cümlədən binanın Dövlət Qəbulu Komissiyası tərəfindən qəbul olunması haqqında arayış da təqdim olunmalıdır. "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ən qısa zamanda, 3-5 gün ərzində bütöv binanın qaz təchizatına və mənzillərə baxış keçirilir. Çəkilən qaz xətləri tikinti normalarına cavab verirsə, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yalnız qazın açılması təmin olunur. 2017-ci ilin ilk 8 ayı ərzində 266 hündürmərtəbəli binaya qazın açılması tərəfimizdən təmin edilib ki, bu da ümumilikdə 12323 mənzili əhatə edib".

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov "Cümhuriyət" qəzetinə açıqlamasında deyib ki, MTK-ların hazırkı fəaliyyəti qanunsuzdur:
Qaz və işıqla bağlı əhaliyə QƏFİL XƏBƏR GƏLDİ - Bu saatdan etibarən..."MTK-lar çox böyük məsuliyyətli işlərə rəvac verirlər. MTK-ların mənzillər tam hazır olmadan, dövlət komissiyası rəy vermədən vətəndaşları köçürməyə ixtiyarı yoxdur. MTK 4 divar tikib vətəndaşa satır. Hansı ki, həmin evlər yaşayış üçün hazır deyil. İşıq, qaz, su olmur. Bu qanun pozuntusudur. MTK binanı tam şəkildə hazır edib, sonra sifarişçiyə verməlidir. Amma binada lift olmur, görürsən, kimsə düşdü lift yerinə. Qaz olmur, əhali məcbur qalıb qaz balonlarından istifadə edir. Buna isə heç kim məsuliyyət daşımır. Balon qazları 5 ildən bir yoxlamadan keçirilməlidir. Əhali onun quraşdırılması, istifadəsi haqqında məlumatlandırılmalıdır. Çünki balon qazlar ciddi təhlükə mənbəyidir.

Güclü partlayışlara səbəb olur. Kommunal xidmətlər isə aidiyyatı üzrə ödənilməlidir. Qazın, suyun, işığın pulunu aidiyyatı üzrə dövlət orqanları almalıdır. MTK-ların kommunal ödəniş yığmağa ixtiyarı yoxdur. Ancaq MTK-lar monopoliya yaradıb pul yığırlar. Sonradan həmin pullar necə paylaşdırılır, məlum deyil. MTK-lar sayğaclaşdırma üçün sakinlərdən 500 manat pul alır. Amma halbuki, sayğaclar MTK-lar tərəfindən pulsuz verilməldirir. İndi yeni qanuna görə binalarda şura yaradılır və bir nəfər də rəhbər seçilir. Bu işlərin hamısını o görür. MTK-lar binanı tikib təhvil verəndən sonra getməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4845   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

4 may
.

Asiya İnkişaf Bankı Azərbaycanın COP29-a ev sahibliyi etməsi faktını alqışlayır

Asiya İnkişaf Bankı (ADB) üzv ölkə Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsindən çox məmnundur və dəstəyini bildirərək ölkənin rəhbərliyinə müraciət edib. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiy

4 may
.

Şəhid anası: "Soruşdum ki, balamın bütün əzaları yerindədir?" - VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib. Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhi

5 may
.

Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alan hərbçilərimizin ADLARI

Kəlbəcər rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlərin kimliyi müəyyənləşib. "Report"un məlumatına görə, adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:. Elvin İxtiyar oğlu Nəsibov. Xəzər Hilal oğlu Vəzirzadə

3 may
.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində çoxmənzilli binada baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü L.Əliyevanın meyiti aşkar edilib. Hadisə yerinə prokurorluq əməkdaşları gəlib. Faktla bağl

4 may
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

3 may
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

3 may
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

3 may
.

Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb

Sumqayıtda ana və övladları itkin düşüblər. "Report"un yerli bürosu məlumat verir ki, 1991-ci il təvəllüdlü Şəbnəm Sahib qızı Alıyeva övladları, 2013-cü il təvəllüdlü Ayxan Nəsrəddin oğlu Alıyevi və 2012-ci il təvəllüdlü Ayan Nəsrəddin qızı Alıyevanı da götürərək 4-cü mikrorayonda yaşadığ

4 may