Bakıdan sensasiyalı GEDİŞ

Bakıdan sensasiyalı GEDİŞCənubi Qafqazda qızğın silahlanma davam edir. Rusiya Ermənistana "İskəndər" raket kompleksini verdi. Azərbaycan buna cavab olaraq İsraildən "Dəmir Günbəz" sistemlərini almaq istəyir. Müdafiə naziri Zakir Həsənov gözlənilmədən İsrailə səfər etdi və həmkarı Aviqdor Libermanla danışıqlar apardı.

"Pravda" nəşri Azərbaycanın erməni hərbi birləşmələrinin həmlələrinin qarşısını almaq üçün atdığı addımlar haqda yazıb.

Nəşr diqqəti Həsənovun səfərinə yönəldərək qeyd edir ki, bu, olduqca sensasiyalı idi: "Əsrin dörddə bir hissəsində bu, ilk rəsmi səfər idi. Problem ondadır ki, Bakının Təl-Əvivlə münasibətləri İranı qıcıqlandırır. Tehran münasibətlərə son qoymağa çağırsa da, İlham Əliyev öz siyasətini davam etdirir. Ötən ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahu öz xanımı ilə birlikdə Bakıya gəldi. Əliyevlə Netanyahu iqtisadi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi haqda razılaşdılar. Amma bir məsələ açıq qaldı: Azərbaycan İsraildə səfirliyini nə vaxt açacaq? İsrail Bakıda səfirliyini 1993-cü ildə açıb, amma qarşı tərəf İran faktoruna görə bu addımı gecikdirir. Hərçənd, Azərbaycan İranın etirazlarına məhəl qoymur və xüsusilə müdafiə sferasında İsraillə əməkdaşlığı inkişaf etdirməyə davam edir".

Nəşr əlavə edir ki, Həsənov Libermanla "Dəmir günbəz" və "Hermes 900" pilotsuz təyyarələrin alınmasını müzakirə etdi.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında da qeyd olunur ki, nazir İsrailin aparıcı hərbi sənaye müəssisələrinə baş çəkdi və məhsullarla tanış oldu.

Beynəlxalq münasibətlər üzrə İsrail eksperti Arye Qut danışır ki, indiyə qədər Bakı və Təl-Əviv arasında əməkdaşlıq energetika sferasına daxil idi (İsrailin neft ehtiyacının 40 faizi Azərbaycandan idxal olunur), lakin indi hərbi sektorda da əlaqələr genişlənib.

Zakir Həsənovun səfərində müzakirə olunan "Hermes 900" (BPLA) pilotsuz təyyarələri rəqibin hədəflərinin kəşfiyyatını aparır, dəqiq informasiyalar ötürür və lazım olanda zərbə endirir. Bu təyyarə sistemləri dünyanın bir neçə ölkəsində - ABŞ, İsrail, Çin və Türkiyədə - mövcuddur. İndi bu sıraya Azərbaycan da daxildir.

Ermənistan da "aprel müharibəsi"ndən sonra bu silahdan əldə etməyə cəhd göstərir. Hətta bu ilin may ayında Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan "Ermənistan zərbə vuran pilotsuz uçuş aparatlarına (BPLA) malikdir, lakin gəlin, bu haqda danışmayaq və məxfiliyi saxlayaq" deyə açıqlama verdi. Lakin bunun blef olduğu və bu blefin erməni ictimaiyyətinə yönəldiyi məlumdur.

"Dəmir günbəz": İsrailin bu hava hücumundan müdafiə sistemi altı il ərzində "Həmas" və "Hizbullah"ın atdığı 1,5 min raket uğurla zərərsizləşdirib. Hətta Pentaqon şəxsi hava hücumundan müdafiə sistemi proqramını dayandıraraq, "Dəmir günbəz" almağa qərar verib.

Ekspertlər hesab edir ki, Bakı bu sistemləri Ermənistanın "İskəndər" raketlərinə qarşı alır. "Dəmir günbəz" "İskəndər" raketlərini zərərsizləşdirə bilərlərmi? İstehsalçılar müsbət cavab verirlər. Hərbi ekspertlər hesabladılar ki, Ermənistanın raketlərinin uçuşunun uzunluğu 300 kilometrdir. Beləliklə, Gümrüdən buraxılan raketlər Gəncəni vura bilər. Bununla yanaşı, "aprel müharibəsi"ndən sonra Ermənistan Mingəçevir SES-i və Bakı-Tbilisi-Cehyan boru kəmərini vurmaqla hədələdi.

Hərçənd, Rusiyanın Ermənistana verdiyi "İskəndər" raketləri erməni ordusunun hərbi balansına daxil deyil və Moskvanın icazəsi olmadan bundan istifadə edə bilməzlər.

Lakin görünür, Azərbaycan işini ehtiyatlı tutur. Digər tərəfdən, "Dəmir günbəz" cəbhəboyu yaşayış məntəqələrində mülki əhalinin təhlükəsizlinin qorunmasında böyük rola malik ola bilər. Təcrübə göstərir ki, Ermənistan zaman-zaman mülki əhalini hədəfə alır.

Zakir Həsənovun İsrail səfəri İrəvanda həyəcanla izlənildi. Ermənistan ehtiyat edir ki, İsraildən güclü silahlar alan Azərbaycan işğal altındakı əraziləri qaytarmaq üçün tezliklə hərbi əməliyyatlara başlasın.

Əslində "Dəmir günbəz" sistemlərinin alınması əsas təhlükənin – erməni hərbi birləşmələrinin mülki əhalini hədəfə alması – aradan qalxması deməkdir. Bu isə Azərbaycanın işğal altındakı torpaqları hərbi yolla alması yolunu açır.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2485   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021