Müdafiə Nazirliyindən hərbiçilərə MÜHÜM TAPŞIRIQ - 13 gün sonra...

Müdafiə Nazirliyindən hərbiçilərə MÜHÜM TAPŞIRIQ - 13 gün sonra...Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul başlayır

Müdafiə Nazirliyi vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ilə bağlı müəyyən olunmuş qaydaları açıqlayıb.

Sonxeber.az həmin qaydaları təqdim edir:

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.
Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər.
Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (şəxslər) SQ TTM-in komandanlığına ərizə ilə müraciət etməlidir. Namizəd tərtib edilmiş sənədlərlə (şəxsi işi ilə) birlikdə yaradılmış peşə-psixoloji seçim komissiyasına təqdim olunur. Namizədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsiyyət qurmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri öyrənilir. Komissiya tərəfindən peşəkar yararlılığı müsbət qiymətləndirilən namizədin adı namizədlər siyahısına daxil edilir və növbəti qəbul zamanı o, kursa göndərilir.

Kursa təqdim olunan namizəd Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir. Yararlı hesab edilən namizədlər SQ TTM-də təşkil olunan qəbul imtahanlarında iştirak edir. İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna qəbul edilirlər. Kursu müvəffəqiyyətlə başa vuran namizədlər müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilirlər və ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul şərtləri:
SQ TTM-də təşkil olunan "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ən azı ümumi orta təhsilli, 28 yaşınadək vətəndaşlar qəbul olunurlar.
"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na namizədlərlə onların kursu bitirdikdən sonra 3 il müddətinə könüllü qaydada əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma imzalanır.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul olunmaq istəyən namizədlər 20 sentyabr 2017-ci il tarixdən 3 oktyabr 2017-ci il tarixədək ərizə ilə SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- nigah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm. və 2 ədəd 9x12 sm. ölçüdə);
- məhkumluğun olub olmaması barədə qeydiyyatda olduğu polis idarəsi (şöbəsi) tərəfindən verilmiş arayış;
- hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti - 2 ədəd;
- sağlamlıq haqqında yalnız Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş arayış (forma 7).

Qeyd: Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciət etməmələri xahiş olunur.
Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, "Qızıl Şərq" hərbi şəhərciyi. (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi, telefon: (012) 538-85-62).
Müraciət etmə vaxtı: Sentyabrın 20-dən oktyabrın 3-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 18.00-dək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3097   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb. 11:17. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətə

8 may
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakir

3 may
.

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib. xəbər verir ki, Prezident Rumen Radev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla ya

8 may
.

Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər. xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb

7 may
.

Azərbaycan lideri Slovakiyaya səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya səfərə dəvət olunub. xəbər verir ki, bu təkliflə Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında çıxış edib. "Ümid edirəm ki, münasib bildiyiniz bir vaxtda Slovakiyaya səfər edəsiniz və biz konstrukti

7 may
.

"Almatı görüşündə sülh müqaviləsinin şərtləri də müzakirə olunacaq" - Politoloq

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq. Amma, hələlik, görüşün dəqi

6 may
.

"İlin sonuna qədər sülh müqaviləsi bağlana bilər" - Politoloq

Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyanın əsas prinsipi kimi hər iki tərəfdən qəbul edilib. Bu, geridönüşü olmayan reallıqdır, bu, hər iki ölkə tərəfindən yüksək səviyyədə bəyan edilib. Bunu baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib. Onun sözlərinə görə

8 may