Məhərrəmlikdən sonra: Evlilərə "toy tutan" TOY QİYMƏTLƏRİ

Məhərrəmlikdən sonra: Evlilərə "toy tutan" TOY QİYMƏTLƏRİMüsəlman təqvimi ilə Məhərrəm ayı artıq bitib. Bu da o deməkdir ki, Azərbaycanda yenidən toylara, el-şənliklərinə start veriləcək.

Hər bir dövrdə Azərbaycandakı toy mərasimləri özünün ağırlığı ilə seçilib. Bəzən bizə elə gəlir ki, bu ənənə yaxın keçmişdə nisbətən yüngül olub. Amma belə deyil. Qız evinin cehiz hazırlığı, oğlan evinin aldığı pal-paltar, zinət əşyaları, toya çəkdikləri xərclər, dəvət olunan qonaqların verdiyi nəmərlər, təzə əlbisələr və sair kimi adət-ənənələr uzun illərdir ki, davam edir və bu gün daha dəbdəbəli halını yaşayır. Zamanın bütün dövrlərində toyların insanlarda yaratdığı narahatlıq müzakirə mövzusu olub. Nə yazmaqla, nə bəyanatlarla, nə də inzibati yolla toy israfçılığından xilas olmaq mümkün deyil. Hazırda böyük toy biznesi daxili ticarət dövriyyəsində əhəmiyyətli yeri tutub. Toy mövsümündə əlaqəli sahələrdə çalışan hər bir sahibkar gəlir götürməyə çalışır.

Son vaxtlar tez-tez səslənən neftin ucuzlaşması, manatın devalvasiyası, gəlirlərin azalması, iqtisadi aktivliyin aşağı düşməsi, xərclərə qənaət kimi məsələlər toy bazarına az da olsa təsir edib. Amma əfsuslar olsun ki, orta statistik azərbaycanlı övladına toy edirsə, bunu bütün təmtərağı ilə həyata keçirir. Hətta "qonşudan qalma geri" prinsipini əsas tutaraq, borca girir, yaxud bankdan kredit götürüb, Röya, Aygün Kazımova və ya Nazənin, Rəqsanə kimi müğənniləri də toyuna gətirib, oxutdurur...

Maraqlıdır, görəsən, Məhərrəm ayı bitdikdən sonra paytaxt restoranlarında qiymət dəyişikliyi olubmu? Ümumiyyətlə, toy edənlərin sayı azalıbmı?

Sonxeber.az bildirir ki, Cebhe.info əməkdaşının əlaqə saxladığı bir neçə şadlıq evinin administratoru da təsdiqlədi ki, qiymətlərdə devalvasiyadan əvvəlki vaxtla müqayisədə fərqlər var. Yəni qiymətlər artıb.

Qiymət artırmayan restoranlar isə bəzi pulsuz xidmətləri ləğv etmək məcburiyyətində qalıb. Toy etmək istəyənlərin sayında müşahidə olunan azalma restoran sahiblərini də hərəkətə gətirib.

Menyuda qiymət artımı qaçılmaz olub. Oxucularımıza bir neçə şadlıq sarayının "ceyran belinə qalxan"qiymət siyahısını təqdim edirik:

"Monte Karlo" şadlıq sarayında menyu qiyməti:

55-88-120 AZN (qonaq sayına və mövsümə görə endirim)
Zallar: VİP, Antik və Korona Zal
Ödənişsiz sifarişlər: Video kamera, (HD-PTS), Dəvətnamə, rəqs qrupu (Aş təqdimatı), Çox mərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet
Sifarişlə: Musiqi ansamblı, aparıcı, populyar müğənnilər, şar və zər yağışı, atəşfəşanlıq, bəy-gəlin maşını

"Xəmsə" şadlıq sarayında menyu qiyməti:

32-34-50 120 (qonaq sayına və mövsümə görə endirim)
Zallar: Avropa zalı, VİP zalı, Şou zalı, kiçik zal, banket zalları
Ödənişsiz xidmətlər: Musiqi ansamblı, tamada, populyar müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.

"Kəmalə Nərmin" şadlıq sarayında Menyu qiyməti: 28-30-33-35 (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Kəmalə zalı, Nərmin Zalı
Ödənişsiz xidmətlər: Musiqi ansamblı, tamada, populyar müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.

Neolit restoranında menyu qiyməti: 55-60-65 (qonaq sayına və mövsümə görə endirim)

Zallar: "Toy" zalı, "Şərq" zalı, "Antik" zal, "Club 111", Şou zalı
Sifarişlə: Musiqi ansamblı, populyar müğənnilər, video-çəkiliş (HD/kranla).

"Lido" restoranında menyu qiyməti: 35-40 AZN

Zallar: Böyük zal, kiçik zal
Ödənişsiz servislər: video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet.

"Sarı gəlin" şadlıq sarayında menyu qiyməti: 55-85-130 (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük zal, kiçik zal
Ödənişsiz xidmətlər: video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, tort, şampan şəlaləsi, Foyedə bar və furşet.
Sifarişlli xidmətlər: Musiqi ansamblı, aparıcı, müğənnilər, şar və zər yağışı, atəşfəşanlıq, bəy-gəlin maşını.

"Palma Palace" şadlıq sarayında menyu qiyməti: 27-30 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: VİP Zal - 200-500 nəfər, Kiçik Zal - 50-250 nəfər
Ödənişsiz servislər: Musiqi ansamblı, aparıcı, müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, beşmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını, dekorasiya.

"Flaminqo" restoran və şadlıq sarayında menyu qiyməti: 40-50 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük zal, Kiçik zal, açıq havada restoran
Ödənişsiz servislər: Musiqi ansamblı, tamada, müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.

"Oazis" restoran və şadlıq sarayında menyu qiyməti: 40-50 AZN qonaq sayına və mövsümə görə endirim)

Zallar: Toy zalı - 200-700 nəfər

"Kral" şadlıq sarayında menyu qiyməti: 110-130-150-170 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük Zal
Ödənişsiz servislər: Tort, foyedə bar və furşet
Sifarişlə: Musiqi ansamblı, aparıcı, müğənnilər, video DV CAM (PTS/kranla), dəvətnamə, rəqs qrupu.

"Yeganə" şadlıq sarayına menyu qiyməti: 55-80-120 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Banket zalı, Xan zalı, Şah zalı, Padişah zalı
Ödənişsiz servislər: Musiqi ansamblı, tamada, müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.

"Xudafərin" şadlıq sarayında menyu qiyməti: 35-40-45 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Ankara zalı, Təbriz zalı, Araz zalı, Palas zalı, Bakı zalı
Ödənişsiz servislər: Musiqi ansamblı (razılaşma ilə), video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet.

"Su Sonası" şadlıq sarayında menyu qiyməti: 90 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük zal
Ödənişsiz sifarişlər: Musiqi ansamblı (razılaşma ilə), video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet.

"Monte Kristo" restoranında menyu qiyməti: 110-130 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Şərq zalı, Qraf zalı
Sifarişlə: Musiqi ansamblı (razılaşma ilə), video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet.

Gördüyünüz kimi, devalvasiyadan sonra toy biznesi zəifləsə də, restoranlar qiymətlərdə endirim etməyib.Vətəndaşların aylıq gəlirini nəzərə alsaq, demək olar ki, bir çox şadlıq saraylarına yaxın düşmək mümkün deyil. Bizə isə yalnız, "Həmişə şadlıqda!" demək qalır...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2592   Tarix: 20 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Maşın" şou yenidən başlayır - Foto

Azərbaycanın efir məkanının ən məşhur və səs-küylü realiti şousu "Maşın" yenidən başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Xəzər" telekanalının baş prodüseri Toğrul Məmmədov paylaşım edib. O, tarixi açıqlamasa da, paylaşıma "loading" yazaraq, şounun tezlikl

18 may
.

AZAL müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib. Bu barədə -a AZAL-dan məlumat verilib. Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafik

19 may
.

Ucuz qiymətə qızıl almaq istəyənlərə sevindirici xəbər (VİDEO)

Ötən aylarla müqayisədə qızılın qiymətində ucuzlaşma müşahidə olunur. Qızılın bir qramı təxminən 60 manat ucuzlaşıb. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, qızıl satışı ilə məşğul olanlar deyirlər ki, hazırda ən çox tələbat Türkiyə istehsalı olan məhsullaradır. Sözgedən qızılları

19 may
.

Sabah da yağış yağacaq

Mayın 19-u gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə və səhə

18 may
.

AzTU tələbəsi vəfat edib

Azərbaycan Texniki Universitetinin tələbəsi dünyasını dəyişib. xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, vəfat edən Elnur İslamlı AzTU-nun Nəqliyyat və logistika fakültəsinin birinci kurs tələbəsi olub. Tələbənin ölüm səbəbi ilə bağlı isə hər hansı məlumat açıqlanmayıb

19 may
.

Pensiyaçılara SEVİNDİRİCİ XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə -a nazirlikdən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxsləri

19 may
.

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotova ilə görüşüb

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, ali qonaq bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və görü

17 may
.

Serbiya prezidenti: "Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır"

Azərbaycanla Serbiya arasında iqtisadi əlaqələr daha da genişlənməlidir. AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib. "Ümid edirəm ki, Serbiya v

17 may
.

Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntını

19 may