Təhsil Nazirliyindən mühüm qərar
Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev "Ali təhsildən gözləntilər" adlı seminarda deyib. Şöbə müdiri bildirib ki, bunlardan 4-ü texniki və texnoloji, 4-ü isə təbiət ixtisasları qrupuna aiddir. Həmin xtisaslar üzrə minimal keçid balı 250-dir.
Onun sözlərinə görə, gələcəkdə zərurət yarandığı halda bəzi ixtisaslar üzrə keçid balları qaldırıla bilər.
Y. Piriyev gələcəkdə ali təhsil proqramlarının kolleclərdə tətbiqinin nəzərdə tutulduğunu qeyd edib: "Hazırda ixtisasların təsnifatı hazırlanır. Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya edilməlidir. Burada məqsəd bakalavr ali təhsilinə keçidi təmin etməkdir. Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2263 Tarix: 21 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrNazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d
21 dekabrPensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə
21 dekabrBu qadağa fevralın 1-dək ləğv olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm
20 dekabr