Tolikə rəsmi olaraq yüksək vəzifə verildi (FOTO)

Tolikə rəsmi olaraq yüksək vəzifə verildi (FOTO)Tolik kimi tanınan prodüser Tarix Əliyevə vəzifə verilib.
Sonxeber.az xəbər verir ki, bu barədə prodüser özü məlumat yayıb.

"15 illik prodüserlik fəaliyyətimdə heç bir dövlət idarəsində işləməmişəm, yalnız fərdi olaraq çalışmışam. Bu gün iş həyatımda çox ciddi qərar qəbul edildi. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsertlərinin təşkilatçı vəzifəsinə təyin edildim.

Gəncədə yeni inşa edilmiş möhtəşəm Filarmoniyada məni rəsmi şəkildə işə götürdüyü üçün Filarmoniyanın direktoru, xalq artisti Samir Cəfərova təşəkkür edirəm.

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə mənə görə çox doğmadır. Düz 6 ildir ki, ölkəmiz üçün əlamətdar olan bayramlarda mən Gəncədə təşkil olunan xalq konsertlərinin təşkilatçısı olmuşam. Bu sırada tanınmış ulduzlar - Hadise, Mustafa Ceceli, Ferhat Göcer, Aleksandra Stan, İnqrid, eləcə də öz məşhurlarımız, xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Kazımova, əməkdar aristlər - Natiq Şirinov, Röya Ayxan və başqalarının adını çəkə bilərəm. Gəncə ötən il "Avropa Gənclər Paytaxtı" seçiləndə də bu mötəbər hadisənin konsert təşkilatçılığı mənə həvalə olunmuşdu. Gəncə Dövlət Filarmoniyasında uğurlu tədbirlər ərsəyə gətirəcəyimizə inanıram. Əməyimin bəhrəsi kimi dövlət müəssisəsində ştata götürüldüm. Prodüser kimi bir ilkə imza atmaq yenə mənə nəsib oldu".
Tolikə rəsmi olaraq yüksək vəzifə verildi (FOTO)


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3447   Tarix: 26 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi

25 sentyabr
.

Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik

Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək

13 sentyabr
.

Tacir Şahmalıoğlu əməliyyat olundu

Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub. Bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: "Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir". Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlə

21 sentyabr
.

Naomi Kempbell Bakıda - Video

Məşhur model Naomi Kempbell Azərbaycana gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə 56 yaşlı model sosial şəbəkə hesabında paylaşım edib. O, Bakıda Formula 1 oyunları münasibətilə təşkil olunan gecədə iştirak edib. Qeyd edək ki, bu, Naominin Bakıya ilk səfəri deyil. Belə ki, o, iki il əvvə

24 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var

"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır". Bunu -a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib. "Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq"

22 sentyabr
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20 sentyabr
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20 sentyabr
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr