Tarixin ən məşhur gəlinlik geyimləri - FOTOLAR
Məşhur ulduzların toyları həmişə ictimaiyyətin diqqətini cəlb edir. Ancaq bu toylar tarixə çevrildikdən sonra ən çox yadda qalan məhz gəlinlik geyimləri olur. Klassikadan avanqarda və geriyə on illər keçir, ancaq biz hələ də məşhur gəlinlərin geyimlərini müzakirə edirik.
Byanka və Mik Caqqer 1971-ci ilin mayında San-Tropedə evləniblər. Klassik geyimin əvəzinə Byanka ətək və YSL smokinqi seçib. Gəlin hamilə olduğu üçün o, smokinqi köynəksiz geyinib, bununla da həm ictimaiyyəti, həm də müəyyən dərəcədə bəyi təəccübləndirib. Nikah 1978-ci ilə qədər davam etdi və ilk qalmaqalı Byankanı bu cəsur geyimdə görən əri yaratdı.

Məşhur Hollivud ulduzu Qreys Kelli və Monako knyazı Renyenin toyundan yarım əsrdən çox vaxt keçsə də, gəlinlik geyimi hələ də dizaynerlər və gəlinlər üçün stil ikonası olaraq qalır.Gəlinlik geyimi dünyanın ən bahalı gəlinliklərinin reytinqində 5-ci yeri tutur. Geyimin eskizini MGM kinostudiyasının rəssam-dizayneri Helen Rouz hazırlayıb.
Aktrisa Odri Hepbern psixiatr Andrea Dotti ilə 1969-cu ildə baş tutan toyu üçün sadə geyim seçmişdi. Bu, Odrinin ikinci nikahı idi və cütlük vətəndaş mərasimi ilə kifayətlənmişdi. Təəssüf ki, nikah ayrılıqla nəticələndi.
Pristsilla Vaqner və Elviz Preslinin 1967-ci ildə baş tutan toyunda gəlin özünün tikdiyi və düşündüyü geyimdə olub.

Uels şahzadəsi Diananın 1981-ci ildə şahzadə Çarlzla toyuna geyindiyi geyim klassik idi və tarixi nikah geyiminin bütün qaydalarına cavab verirdi. Toy üçün Diana David və Elizabeth-dən qiymətli daşlarla bəzədilmiş fil dişi çalarında olan satindən dəbdəbəli geyim seçmişdi.
Aktrisa Ava Qardner 1951-ci ildə Frenk Sinatra ilə toyuna sadə, ancaq effektli geyim seçmişdi. Lakin cütlük 1957-ci ildə ayrıldı.
Jaklin Kennedi və Con Kennedinin 1953-cü ildə baş tutan toyunda gəlin amerikalı dizayner Ann Lowe-un həcmli geyimində olub. Demək olar ki, bu geyim o zamanın ruhuna tam müvafiqdir və ötən illərin Amerika gəlinlik geyiminin ideal təcəssümüdür.
Keyt Middlton və şahzadə Uilyamın Vesminster Abbatlığında baş tutan toy mərasimində gəlin Alexander McQueen-dən olan dəbdəbəli geyimdə olub. Fata əl işi olan çiçək applikasiyası ilə bəzədilmişdi. Keytin tacı isə Cartier brendindən idi.
Keyt Moss öz toyu üçün 2011-ci ildə John Galliano geyimini seçmişdi. 2014-cü ildə bu geyim Viktoriya və Albert muzeyində sərgilənmişdi.


Ancelina Coli Bred Pittlə toyunda Versace-dən olan geyimdə idi, fatanı cütlüyün uşaqlarının rəsmləri bəzəyirdi.

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3088 Tarix: 19 avqust 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu müqavilə Burak Özçivitə 45 milyon qazandırdı
"Kuruluş Osman" serialından ayrılan Burak Özçivit bu dəfə yeni layihəsi və yüksək qazancı ilə diqqət çəkib. Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur aktyorun bir inşaat şirkəti ilə bağladığı reklam müqaviləsindən 45 milyon lirə qazandığı iddia olunur. Məlumata görə, sözügedən anlaşm
16 dekabrYeməkdən dərhal sonra çay içməyin - Zərəri
Çayın bütün növləri orqanizmdən dəmiri yuyub çıxara bilər. xəbər verir ki, çay orqanizmə mənfi təsir göstərə bilər. Çay dünyanın ən məşhur içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın qəbulu bəzi hallarda olduqca xoşagəlməz yan təsirlər
16 dekabrSirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb
Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında
16 dekabrDuz əti sərtləşdirir?
Mətbəxdə tez-tez müzakirə olunan suallardan biri də duzun ətə təsiridir. Mütəxəssislərin fikrincə, duz düzgün vaxtda və ölçüdə istifadə edilmədikdə ətin sərtləşməsinə səbəb ola bilər. Lakin doğru texnika ilə tətbiq edildikdə duz ətin dadını və teksturasını yaxşılaşdıra da bilər. xəbər verir ki, araşdırmala
14 dekabrYeni il ağacları təhlükəli ola bilər
"Yeni il ağacları ciddi allergiyaya səbəb ola bilər". "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu rusiyalı həkim Aleksandra Filyova deyib. O qeyd edib ki, allergiyanın səbəblərindən biri satışdan əvvəl daşınarkən və saxlanılarkən canlı ağacın qabığında və gövdəsində əmələ gələ
17 dekabrEkspert "ən sağlam" çay haqqında mifi dağıtdı
"Yaşıl və qara çay eyni bitkidən hazırlanır. Buna görə də sağlamlıq baxımından həlledici amil çayın növü deyil, onun keyfiyyəti və hansı miqdarda istehlak edilməsidir". xəbər verir ki, bu barədə rusiyalı tibb eksperti Yekaterina Kaşux Rusiya mətbuatına açıqlamasında bildirib. Onun sözlərin
18 dekabrPul boşa gedir: Bu beş smartfonu alanlar peşman olur
Bəzi istifadəçilər qeyd edirlər ki, çox ucuz Android smartfonlarda istehsalçılar tez-tez əsas komponentlərin keyfiyyəti və yığım nəzarəti hesabına qənaət edirlər. Ucuz smartfon seçimi əksər hallarda məyusluqla nəticələnir. Kağız üzərində cəlbedici texniki göstəricilərə baxmayaraq, bir çox büdcə Androi
18 dekabrYeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR
31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda
14 dekabr