Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ"Mövsümlə, yəni havaların soyuması ilə bağlı bütün dünyada olduğu kimi, Azərbaycanda da əhali arasında müəyyən kəskin respirator xəstələnmə halları qeydə alınır".

Sonxeber.az xəbər verir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.

Onun sözlərinə görə, 5 yaşınadək uşaqlar arasında xüsusən kəskin respirator xəstəliklərin yayılma səviyyəsi daha yüksək olur: "Bəzən əhali arasında baş ağrıları, hərarət, öskürmə, kataral əlamətlərə keçən hallar müşahidə olunur. Çox vaxt xalq arasında bu halların hamısı ümumi qrip adı ilə birləşdirilir. Ailə üzvlərimizdə, ətrafımızda olan insanlar tez-tez "qrip olmuşam" ifadəsini işlədir. Əslində, bu, elmi cəhətdən düzgün ifadə deyil. Çünki qrip infeksiyası konkret olaraq elmə məlum olan və xüsusi qrip virusları tərəfindən törədilən kəskin iltihab – yoluxucu xəstəlikdir. Bu gün elmə qrip viruslarının 3 tipi məlumdur: A qrup virusu, B qrup virusu və C qrup virusu. Ona görə də konkret qrip infeksiyasından danışarkən məhz bu virusların müxtəlif ştamplarının törətdiyi infeksiya nəzərdə tutulmalıdır. Digər hallar bu infeksiya adı altında birləşdirilə bilməz".

Şöbə müdiri qeyd edib ki, hər bir infeksiyada profilaktika birinci yerdə dayanmalıdır: "Xüsusilə kəskin respirator infeksiyalardan danışırıqsa, burada profilaktik tədbirlər önəmli yer tutur. Profilaktik tədbirlər içərisində, həmişəki kimi, orqanizmin özünün müdafiə qabiliyyətinin gücləndirilməsi, daha çox idmanla məşğul olmaq, sağlam həyat tərzinin keçirilməsi, xəstə olan şəxslərlə təmasın azaldılması, yaxşı qidalanmaya diqqət ayrılması əsas yer tutur. Ailədə, iş yerində xəstə şəxslər kollektivdən mümkün qədər təcrid olunmalıdır. Bu, ən azı digər şəxslərin xəstəliyə yoluxma ehtimalını azaltmış olur. Bundan sonra xəstə profil üzrə həkimə müraciət etməlidir. Soyuq havada orqanizmin immun sisteminin reaksiyası dəyişir və ilin soyuq fəslində orqanizmdə soyuğa öyrəşmə reaksiyaları gedir. Əlbəttə, belə dövrdə hər bir orqanizm bu cür hallara fərdi şəkildə reaksiya verir. İmmun sisteminin səviyyəsindən asılı olaraq isə infeksiya özünü müxtəlif şəxslərdə müxtəlif cür göstərir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1344   Tarix: 04 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021