Ana və 4 qızının qətli ilə bağlı ŞOK TƏFƏRRÜAT - "Onları atam yox, mən öldürmüşəm"

Ana və 4 qızının qətli ilə bağlı ŞOK TƏFƏRRÜAT - "Onları atam yox, mən öldürmüşəm"Salyanda ailə başçısı Fərhad Əliyev tərəfindən öldürülən Mehparə Əliyeva və qızlarının meyitləri bu gün yaxınlarına təhvil verilib. M.Əliyevanın qohumların qətlə bağlı müxtəlif fikirlər səsləndiriblər. Onlar hesab edirlər ki, ana və dörd qızını F.Əliyev tək qətlə yetirməyib, cinayətdə digər şəxslər də iştirak ediblər.

Fərhad Əliyevin qardaşı oğlu Vüsal Əliyev onların qətldə ittiham olunmasına münasibət bildirib.

Sonxeber.az bildirir ki, V.Əliyev AzVision.az-a bildirib ki, dünənədək onların belə bir qətlin baş verməsindən xəbərləri olmayıb.

"Bizim xəbərimiz olmayıb. Polislər gələndən sonra bildik ki, qətli əmim və oğlu törədib. Mehparənin qohumları nə danışdıqlarını bilmirlər. Bizim əminim ailəsi ilə əlaqəmiz olmayıb, onların evlərində nə baş verib, xəbərimiz olmayıb. Kim istəyərdi ki, belə faciə olsun! Biz özümüz də pis gündəyik. Hadisənin nə üstündə olduğunu da bilmirik. Hələ də özümüzə gələ bilməmişik. Qətli necə törədiblərsə, çölə səs çıxmayıb. Səs olsaydı, hamımızın xəbəri olardı. Biz onlardan 30 metr aralıda yaşayırıq".

V.Əliyev qətlə yetirilən Mehparə Əliyevanın qohumlarından narazılığını bildirib. Deyib ki, onlar sağlığında M.Əliyevanı itirib-axtarmayıblar.

"Onlar əmimgilin qapısını bir dəfə də olsun açmayıblar. Burada hər kəs məni tanıyır, məşədiyəm. Onlara da çox köməyim dəyib. Çətində olanda kömək əlimi uzatmışam. Heç bir sübut olmadan bizi ittiham etmək lazım deyil. Biz də bilirik ki, bu işdə əmim tək olmayıb. Oğlu ilə birikdə edib. Əmim polisə deyib ki, arvadını və qızlarını özü öldürüb. Fəqan isə qətl hadisəsinin atası yox, onun tərəfindən törədildiyini deyib. Hazırda istintaq davam edir".

Qeyd edək ki, 2014-cü ildə Salyanda baş vermiş dəhşətli qətlin üstü 3 ildən sonra açılıb. Salyan şəhərinin "Zavod" məhəlləsində yaşayan itkin düşdüyü deyilən Mehparə Əliyeva və dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidənin ailə başçısı Fərhad Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.

F.Əliyevin oğlu Fəqan Əliyevin köməyi ilə meyitləri yaşadıqları evin həyətində basdırdığı bildirilib. Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2551   Tarix: 10 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

Rusiyanın Omsk şəhərində altı yaşlı qız pəncərədən yıxılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Memarlar Bulvarında yerləşən hündürmərtəbəli binada baş verib. Uşaq 13-cü mərtəbənin pəncərəsindən yıxılıb. Zərərçəkmiş çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini stabi

4 may
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilər yanğında

5 may
.

Tovuzda sərnişin avtobusu piyadanı vurub

Tovuzda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Bakıdan Qazaxa gələn sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadının vəziyyətinin ağır olduğu bildirilir

28 aprel
.

Qandonduran OLAY: Cərrah qadını mişarla doğradı

Qvatemalada kosmetoloji klinikaların birində əməliyyatdan sonra dünyasını dəyişən xəstə Floridalma Rokenin meyiti çəlləkdə gizlədilib. Bu, onun yoxa çıxmasından bir il sonra məlum olub. Müəyyən olub ki, cərrah baş verənləri gizlətmək üçün qurbanın cəsədini parçalara ayırıb. Qadının meyitinin yeri həl

5 may
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

4 may
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

5 may
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

4 may
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

1 may
.

Yataqda telefondan istifadə edənlərə XƏBƏRDARLIQ

Müasir texnologiyalar həyatımızı kökündən dəyişdirərək, diqqətimizi və marağımızı günün istənilən vaxtında, hətta gecə saatlarında da qadcet ekranlarına yönəldib. Bununla belə, alimlər bunun sağlamlıq üçün ciddi fəsadlara səbəb olacağı barədə xəbərdarlıq edirlər. xarici KİV-ə istinadən təhlükənin əsa

7 may