Quranla fala BAXANLAR - "Allah onlara lənət eləsin!"

Bu gün islam dinində olmayan bir şeyi dinə əlavə edənlər çoxdur. Bəzi baxıcılar, hətta mollalar insanların cahilliyindən yaxud çıxılmaz vəziyyətdə qalmasından çox gözəl istifadə edə bilirlər. Məsələn, onlar Quran kitabı vasitəsilə gələcək üçün müəyyən vədlər verirlər. Hər halda ətrafınızda "övladım olmur, qızım ərə getmir, gedib bir Quran açdırım" deyənlər az deyil.

"Müsəlmanam" deyib dinin qadağan etdiyi əməllərə əl atanlar hələ də qalıb.

Necə deyərlər, Quranı hər kəsin məişət suallarına cavab verəcək kitab səviyyəsinə endirmişik. Bəzi fırıldaqçı şəxslər guya insanların gələcək taleyini, bəxtini, maddi vəziyyətini, başına gələn müsibətlərin səbəbini, hətta neçə övladı olacağını və nə zaman ailə quracağını belə, Qurandan oxuduqlarını söyləyirlər.

Quranla insan taleyinə necə "baxırlar"?

Quran açdıranların dediyinə görə, ilk olaraq baxıcı adı, soyadı, ananın, atanın adını soruşur. Ərəb hərfləri ilə onları kağıza yazır. Daha sonra onun yanına hansı niyyətlə gəldiyini öyrənir və müqəddəs kitabı üfləyərək onu açır. Hansı səhifə açılırsa, onu oxuyub tərcümə edir və gələcək taleyin barədə məlumat verir. Bundan sonra həmin şəxs "məsləhət" görsə, dua yazıb səni yola salır.
Əksər hallarda özünə "molla" deyənlər, güclü "seyid" nəslindən olanlar Quran açmaqla məşğuldur. Bəlkə də buna görə insanların inamından rahatlıqla istifadə edə bilirlər.

Müqəddəs kitab insanların gələcəyindən xəbər verə bilərmi?

Bununla bağlı Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Modern.az-a danışıb:

"Ümumiyyətlə dəfələrlə vurğulamışam ki, Azərbaycanda əhli-beyt sevgisi, sevgili peyğəmbərimizin soyundan gələn seyidlərə hər zaman böyük ehtiram və sevgi olub. Amma təəssüf ki, heç bir halda seyid olmayan, peğəmbərimizin mübarək soyuna aidiyyatı olmayan adamlar özlərini seyid elan edir və Quran açırlar. O cümlədən insanların taleyi haqqında xəbərlər verirmiş kimi onların dini duyğularını istismar edirlər. Bunlar təbii ki, ən böyük günah əməllərdən biridir və onların son yeri cəhənnəmdir".

Seyid Camal Əzimbəyli bildirib ki, islamda istixarə etmək deyilən bir anlayış var:

"Yəni kimlərsə hər hansı bir işə görə Rəbbindən işarə gəlməsini istəyərlər. Bu, anlaşılandır və bütün görüşlərdə, məzhəblərdə qəbulolunandır. Kiminsə Quran açması, guya insanın taleyində nələrinsə baş verib-verməyəcəyini söyləməsi cahiliyyət dönəminin düşüncə daşıyıcılarının fikirlərinə daha çox bənzəyir.

Bu gün də təəssüf ki, Qurani-Kərim kitabı bu cür istismar edilir. Quranda "sən bunu etmə", "sənin gələcəyində filan şeylər olacaq" tipli məlumatların yazılması fikri cəfəngiyyatdır.

Qeyd etdiyim kimi yalnız islamın bütün görüşlərində istixarə deyilən anlayış var. Bu da islam böyüklərinin fikirlərinə dayanıqlıdır".

Azərbaycanda məşhur baxıcı kimi tanınan Yeganə Zeynalova saytımıza açıqlamasında qeyd edib ki,hansısa baxıcı Allahın işinə qarışa bilməz:

"Quran açdırmaqbineyi-qədimdən var. Ya da ağ magiya, qara magiya. Ağ magiya dualar, Qurandır. Qara magiya da məlumdur. Ağlamaq da var, gülmək də. Hansını həyatından silə bilərsən? Qaldı ki, Quranla fala baxdırmaq məsələsi və baxıcıların işinə, qurban olum Allaha, yaradıb da. Bizim əgər ulu babalarımız bu adəti qoyub gedibsə, bunu dana bilmərik".

Y.Zeynalova düşünür ki, Azərbaycanda mollalar Quranla iş görmür:

"Mənim üçün Quran kitabı elm, ayə, savaddır. Ya sən, ya mən, ya da hansısa baxıcı Allahın işinə qarışa bilməz. Hansı kitab dünyanın dağılacağı barədə nəsə deyə bilər? Eləcə də Quran kitabı. Mən bir dənə onu bilirəm ki, nəvəmin toyunda oynayacam. Fikirləşin ki, nəvəmin bir yaşı var.
İndi Quranla fala baxan qalıbmı, bilmirəm. Amma mənim aləmimdə heç kim Quran açmaqla gələcəyi müəyyən edə bilməz. İş kitabı ilə Quran kitabını səhv salıblar. Quran kitabı ədəbiyyat, gözəllik, varlıqdır. İş kitabı da elə iş kitabıdır. Səhv salanlar, çaşanlara Allah lənət eləsin. Bığ ayrı, saqqal ayrı, göz ayrı, qaş ayrı.

Quran açmaqla fala baxan mollalar varsa, onları sorğu-sual etmək olar. Amma Azərbaycanda mollalar Quranla iş görmür. Əgər düzgün molladırsa, bunu edə bilməz. Quranda iş yoxdur.

Quran saflıq, paklıq, təmizlik rəmzidir. Allahı tanı, vaxtlı-vaxtında namazını qıl, orucunu tut, Həccə get, amma Quranla fala baxdırma. Bunlar boş-boş şeylərdir. Molla olasan, Quranla iş görəsən. Bu, inandırıcı deyil".

Məşhur baxıcı, daha doğrusu, artıq bu işlərə tövbə edən Yeganə Zeynalova "iş kitabı nədir" sualımızı belə cavablandırıb:

"Televiziyada "Ulduz falı İlham" (İlham Mirzəyev-red) iş kitabı ilə işləmirdi? İş kitabı nədir, ondan soruşun. Mən elə şeylərə cavab verə bilmərəm".
Quranla fala BAXANLAR - "Allah onlara lənət eləsin!"Quranla fala BAXANLAR - "Allah onlara lənət eləsin!"Quranla fala BAXANLAR - "Allah onlara lənət eləsin!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2474   Tarix: 09 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Bu qadağa fevralın 1-dək ləğv olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm

20 dekabr