Montoneqro Azərbaycandan üzr istədi
Montoneqro, Tivat hava limanında baş vermiş yalnışlığa görə Azərbaycandan üzr istəyib.
Sonxeber.az bildirir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə deyib.
O bildirib ki, bir qrup Azərbaycan Respublikası vətəndaşı Xarici İşlər Nazirliyinə müraciət edərək Monteneqronun Tivat hava limanından çarter reysi ilə Bakıya uçuş edən zaman YM6184 saylı reys barəsində hava limanının mərkəzi məlumat lövhəsində Bakı şəhərinin əvəzinə İrəvan yazılmasından ciddi narahat olduqlarını bildiriblər:
"Əsasən ailə üzvləri ilə birlikdə turist səfərində olan Azərbaycan Respublikası vətəndaşları tərəfindən təhlükəsizlik məsələlərini nəzərə alaraq, hava limanının nümayəndələrinə bu narahatlıq ifadə olunsa da, məlumat lövhəsində lazımı düzəlişlər edilməyib".
H.Hacıyev deyib ki, Azərbaycan vətəndaşlarının narahatlığını nəzərə alaraq, Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi məsələ ilə əlaqədar Tivat hava limanının rəhbərliyinə müraciət edib:
"Tivat hava limanının direktoru Damir Pinjatic tərəfindən diplomatik nümayəndəliyimizə göndərilmiş məktubda Tivat hava limanının rəhbərliyi adından Azərbaycan vətəndaşlarının haqlı narahatlığı və narazılığına səbəb olan bu məsələyə görə rəsmi qaydada üzrxahlıq ifadə olunub. Bunun heç bir halda məqsədyönlü xarakter daşımadığı, gərgin uçuş dövründə əməkdaşlardan birinin mexaniki səhvi əsasında baş verdiyi və həmin əməkdaş barəsində inzibati tənbeh tədbirlərinin görüldüyü bildirilib".
H.Hacıyev əlavə edib ki, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə olan zaman qanuni əsasda hüquqlarının qorunması və lazımı konsulluq dəstəyinin göstərilməsi Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin prioritet vəzifələrindən biridir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1362 Tarix: 25 avqust 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO
Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün
15 sentyabr 2021Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha
29 avqust 2021Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd
16 sentyabr 2021İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO
Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7
11 sentyabr 2021Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı
Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"
9 sentyabr 2021Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA
Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona
11 sentyabr 2021"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind
2 sentyabr 2021G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər
"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə
5 sentyabr 2021Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib
Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində
12 sentyabr 2021