Azərbaycanda sürücülük vəsiqəsi indi "neçəyədir?" - AÇIQLAMA

Azərbaycanda sürücülük vəsiqəsi indi "neçəyədir?" - AÇIQLAMADünyanın hər yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə kifayət qədər maraq var. Bir çoxlarının ən böyük istəyi avtomobil idarə etməkdir. Amma bunun üçün əvvəlcə sürücülük hüququ qazanmaq lazımdır. Sürücülüyün A, A1 və B kateqoriyalarından başqa digər kateqoriyalar üçün sürücülük məktəblərinə yazılmaq lazımdır.
İndi ən böyük problemdən biri sürücülük məktəbləridir. Çünki bu məktəblərdə sürücü hazırlığından söz gedə bilməz. Məktəblə gələcək sürücünün təması iki dəfə olur - bir məktəbə yazılanda, bir də şəhadətnaməni alanda.
Bundan başqa da cəmiyyətdə belə bir fikirlər var ki, sürücülük vəsiqəsini müəyyən məbləğ qarşılığında almaq da mümkündür. Hətta bu iddialara görə, bir müddət əvvəl sürücülük vəsiqəsini qeyri-qanuni yollarla 1000 manata almaq olurdusa, hazırda qiymət bahalaşaraq 1500 manatadək qalxıb.

Bəs görəsən bu iddialar nə qədər doğrudur? Bu problemlərin həlli üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, A1, A və B kateqoriyası üzrə hamı müstəqil qaydada hazırlaşıb imtahan verə bilər.

"Ancaq onlar ikinci dəfə qeyri-məqbul qiymət alarlarsa, o halda həmin sürücülük kurslarını müstəqil şəkildə bitirməlidirlər. Biz istərdik ki, sürücülüyə namizədlərlə dərslər lazımi qaydada keçirilsin. Onların ən azı bilikləri olsun, təkcə əzbərləməklə yox, başa düşmək, qavramaq yolundan istifadə etsinlər. Bu, onlara sürücülük hüququna yiyələndikdə daha çox yararlı olacaq".

Kamran Əliyev sürücülük vəsiqəsinin 1000-1500 manat qarşılığında alınması ilə bağlı da iddialara cavab verərək deyib ki, bunlar şayiədən başqa bir şey deyil:

"Bəzən imtahanı verə bilməyənlər belə bir bəhanələr gətirərlər ki, sürücülük vəsiqəsi rüşvətlə alınır. Bunu sübut etməklərini istəyəndə səsləri kəsilir. Belə bir iddia varsa Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlasınlar, biz də bunun əsasında araşdırma apararaq. Sürücülük vəsiqəsinə hüquq qazanmaq üçün istər nəzəri, istərsə də praktiki imtahanlar insan iştirakı olmadan həyata keçirilir. Nəzəri imtahanda kompüter vasitəsilə 15 dəqiqə ərzində 10 sualdan 9-na cavab verənlər növbəti mərhələyə keçirlər. Praktiki imtahanda da balların toplanması xüsusi vasitələrlə həyata keçirilir. Avtomobilə elektron cihazlar quraşdırılır, sürücünün etdiyi qayda pozuntularına qiyməti cihaz verir".

İdarə rəsmisi bildirib ki, hazırda ölkədə sürücülərin bilikli və biliksiz olması deyil, məsuliyyətsiz olması problem yaradır:

"Bu gün yollarda qəzalar baş verir, bütün bunlar sürücü məsuliyyətsizliyi nəticəsində ortaya çıxır. Qəzaların çoxu nəqliyyat vasitəsinin qarşı hərəkət zolağına çıxması, işıqforun tələblərinin pozulması, sürət həddinin aşılması və başqa səbəblərdən baş verir. Bunları bilmək üçün hansısa sürücülük təhsilinin olmasına ehtiyac yoxdu. 5-ci, 6-cl sinif şagirdlərindən soruşsan həmin qaydaları əzbər deyər. Yəni sürücülər bilmirlərmi ki, işıqforun qırmızı işığında hərəkət etmək olmaz və ya sürət həddini keçmək qəzaya səbəb olar. Hazırda ən böyük problem sürücülərin məsuliyyətsizliyidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4103   Tarix: 20 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nərgiz Paşayevanın qızı Kannda - Fotolar

"Nargis" nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova Kann Film Festivalında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Ülviyyə Mahmudova bu haqda sosial şəbəkə hesabında görüntülər paylaşıb. O, paylaşımında "Vivienne Westwood"dan qırmızı vintaj libas və "Bvlgari"

18 may
.

Bakı-Tbilisi qatarı 6 il sonra açılır - Bu tarixdən

Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur. "Qafqazinfo" "yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarə

18 may
.

Bakıxanovda yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar əraziyə dərhal FHN-i

18 may
.

Çingiz Mustafayev "Space FM"ə direktor təyin olundu

"DJ Çina" ləqəbi ilə tanınan radio aparıcısı Çingiz Mustafayev yeni vəzifəyə təyin olunub. Qaynarinfo xəbər verir ki, o, "Space FM" radiosunun direktoru vəzifəsini icra edəcək. Çingiz Mustafayev təyinatı ilə bağlı məlumatı sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında yeni vəzifəy

19 may
.

Slovakiya Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirmək təklifi ilə çıxış edib

Slovakiya Azərbaycanla iqlim çağırışlarının birgə aradan qaldırılması üçün səyləri birləşdirmək təşəbbüsü ilə çıxış edib. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını

17 may
.

Ömər Bulut: Mənzil yoxsulluqla mübarizədə əsas amil kimi çıxış edir

Mənzil təhlükəsiz yaşayışın, ailə dəyərlərinin möhkəmləndirilməsinin, təhsil və məşğulluğun əldə edilməsinin, ictimai proseslərdə iştirakın və yoxsulluğun qapalı dairəsinin aradan qaldırılmasının əsas komponenti kimi çıxış edir. "Report" xəbər verir ki, belə bir bəyanatla Türkiyənin ətraf mühit

17 may
.

Serbiya prezidenti: "Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır"

Azərbaycanla Serbiya arasında iqtisadi əlaqələr daha da genişlənməlidir. AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib. "Ümid edirəm ki, Serbiya v

17 may
.

Azərbaycan və UN-Habitat gələcək WUF-lar üçün təlimat hazırlayacaq

Azərbaycan və UN-Habitat gələcək Ümumdünya Şəhərsalma Forumlarının keçirilməsi üzrə məlumat-əməliyyat təlimatı hazırlamaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının (WUF13

17 may
.

Türkiyə və Azərbaycan ekologiya sahəsində müqavilələr imzalayacaq

Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mayın 18-də Bakıya səfər edəcək. Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömə

17 may