Zibillə qidalanan kişinin hekayəsi: "Gecələr ağrıdan yata bilmirəm" - FOTO

Zibillə qidalanan kişinin hekayəsi: "Gecələr ağrıdan yata bilmirəm" - FOTOCəmiyyətdə belə bir rəy yaranıb ki, həbsdən çıxan hər kəs cəzasını çəkibsə də, ona insan kimi davranmaq, sahib çıxmaq olmaz. Sanki onlar itirilmiş adamlardır... Bu səbəbdən də paytaxt Bakıda küçəyə atılmış, taleyin ümidinə buraxılmış neçə-neçə insan dramı yaşanır. Parklardakı skamyalar, ağac dibləri, sahibsiz evlər bu insanların məskənlərinə çevrilir. Bu insanlar zaman keçdikcə içki düşkünü olurlar...

Və bir gün belə bir xəbər oxuyuruq - "Parkda kimliyi məlum olmayan insan cəsədi tapılıb"... Sizə talesiz bir insan haqda, sözün əsl mənasında ac və susuz halda səfalət içərisində yaşayan bir şəxsin dramı haqda danışacağıq.

O, 2 aydan çoxdur ki, parkda, beton piltələrinin altında yaşayır. Küçədən, zibillikdən tapdığı şeylərlə qarnını doydurmağa, ölməməyə çalışır. Onun küçəyə düşməsinin səbəbi isə ailəsidir. Daha dəqiq desək, qohumlarının onun evini zəbt etməsi...

Atası və anasından qalan evi zəbt edən doğma dayısı onu evə yaxın buraxmır. Başqalarının köməkliyi ilə onu döyüb, söyüb küçəyə atıblar. Söhbət Bakı sakini Eldar Məhərrəmovdan gedir.

44 yaşı olan Eldar Məhərrəmov 2007-ci ildə həbs edilib. Ona 8 il iş verilib. Həbsə girməsinin səbəbi mənzil üstündə yaranan mübahisə üzündən uzaq qohumlarından birini bıçaqla vurması olub. Buna görə Eldar 8 il məhbus həyatı yaşayıb. İyunun 27-də isə həbsdən azad edilib.

Eldar həbs edilmədən öncə Bakıda, Nəcəf bəy Vəzirov küçəsində ailəsi ilə birgə yaşayıb. Anası və atası dünyasını dəyişdikdən sonra onun doğma dayısı Eldarı ailəsinin evinə buraxmayıb. E.Məhərrəmovun bacısı da ona sahib çıxmır.

Bütün bunlara görə, Eldar artıq sahibsiz, ac, işsiz, evsiz halda yaşayır. Özünün dediyi kimi, yaşamağa yox, heç olmasa sürünməyə çalışır. Müsahibim hazırda Nəsimi rayonu, Cəfər Cabbarlı küçəsində olan yeni körpünün yaxınlığındakı parkda, beton örtüyün altında gecələyir... C.Cabbarlının "Solğun çiçəklər"i, "Oqtay Eloğlu"su yada düşür... Bu Eldar da eloğludur axı...

***
Əynindəki paltarları da ona kömək etmək istəyən şəxslər verib. Eldar deyir ki, heç kim ona kömək etmir. Şəxsiyyət vəsiqəsi də yoxdur. Haraya, kimə yaxınlaşırsa, ona dilənçi kimi qəpik verib qovurlar:

"Hazırda "bomj" kimi yaşayıram. Çimə bilmirəm. Yaşayacaq yerim yoxdur. Yeyəcək yeməyim, içməyə suyum yoxdur. Ac qalmaqdan, zibillikdən xarab yeməkləri götürüb yeməkdən mədə ağrısına tutulmuşam. Gecələr ağrıdan yata bilmirəm. Havalar da soyuyub. Bir köynək və şalvardan başqa heç nəyim yoxdur. Şəxsiyyət vəsiqəsi lazımdır. Mən həbsə girəndə sovetin vaxtından qalan pasportlar var idi. İndi isə dəyişilib. Mənə yeni vəsiqə lazımdır, amma ala bilmirəm. Çünki nə edəcəyimi bilmirəm. Getdiyim yerdən də məni qovurlar. İçki düşkünü də deyiləm".

Eldar deyir ki, ona sadəcə bir az dəstək və kömək lazımdır. Küçədə ölmək istəmir:

"Belə getsə, ağlamaqdan gözlərim də görməyəcək. Artıq hiss edirəm ki, psixi problemlərim də yaşanır. Burada yatmaq asan deyil. Məni buradan da gəlib qovmaq istəyirlər. Hər şeyim var, amma heç nəyim yoxdur. Qohumlarım var, amma yenə də təkəm. Mən ailəsi olan yetiməm. Həbsdə yatmağım, insan olmamağım anlamına gəlmir axı. Bu qədər şeyə dözmək də olmur... Keçən gün istədim özümü öldürüm. Amma körpüyə çıxmağa halım olmadı. Ac olduğum üçün çox gəzə bilmirəm. Ancaq yaxınlıqda olan taksi sürücülərindən xahiş edə bilirəm. Kimin nəyə gücü çatsa verir, ona da çörək alıram. And olsun Allaha, bayaq zibillikdən xarab olmuş qarpız götürüb yemişəm.

Bezmişəm qardaş, axı mən də insanam. Şəxsiyyət vəsiqəm düzəlsə, bir kömək edən olsa, adam içinə çıxaram. İşləyib, kirayədə qalaram. Əlim, ayağım yerindədir. Sadəcə, sahib çıxanım yoxdur. Məni adam saymırlar".//Musavat.com
Zibillə qidalanan kişinin hekayəsi: "Gecələr ağrıdan yata bilmirəm" - FOTOZibillə qidalanan kişinin hekayəsi: "Gecələr ağrıdan yata bilmirəm" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2164   Tarix: 27 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Wizz Air" Bakı-Bratislava-Bakı aviareyslərini gələn ildən icra edəcək

Macarıstanın "Wizz Air" aviaşirkətinin Bakı-Bratislava-Bakı reyslərini gələn ildən icra etməsi planlaşdırılır. bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir. Məlumata görə, Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməs

16 dekabr
.

"Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar. "Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağ

15 dekabr
.

Bu dəfə tikinti şirkətlərindən şikayət etdi

"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland

16 dekabr
.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Xətai rayonunda zibil yığılmamasının səbəbi ŞADLIQ SARAYI İMİŞ...

Xətai rayonunda zibil yığılmamasının səbəbi məlum olub. Xətai Rayon İcra Hakimiyyətindən -ə bildirilib ki, sözügedən ərazi ilə bağlı "Mübarək" şadlıq sarayı ilə müqavilə mövcuddur. Məlumata görə, ərazinin təmiz saxlanılması həmin obyektin öhdəliyindədir. Bildirilib ki, öhdəliklər yerinə yetirilmədiy

16 dekabr
.

Rəşad Şolan da orqanlarını bağışladı

Tanınmış cərrah-transplantoloq, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi Rəşad Şolan ölümündən sonra orqanlarını bağışlayacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında keçirilən simpoziumda bildirib. R. Şolan bu addımı

16 dekabr
.

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası imiş (YENİLƏNİB)

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası olub. APA-ya istinadən xəbər verir ki, saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb. Hazırda araşdırma aparılır. 09:04. Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb. Bu barədə Qaynarinfo-y

16 dekabr
.

Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 10 məsələ var

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyinə Azərbaycanla Türkiyə Müdafiə Nazirlikləri arasındakı Anlaşma Memorandumunun, o cümlədən Azərbaycanla Ruanda arasındakı Sazişin təsdiqi də daxil olmaqla ümumilikdə 10 məsələ daxil edilib. Plenar icla

16 dekabr
.

"Saatlardır Biləsuvar gömrük postunda qalmışıq, səbəbini bilmirik" - Video

Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib. -ə istinadən xəbər verir ki, sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb. Vətəndaşlardan biri bununla bağlı video çəkib. O bildirib ki, saatlardır soyuq havada gözləyirlər: "Saa

17 dekabr