Günəşdə qəfil geomaqnit qasırğası başlayıb

Günəşdə qəfil geomaqnit qasırğası başlayıbGünəşin səthində cəmi 45 ləkənin və 1 fəallıq qrupunun (ləkələr toplusunun) müşahidə olunmasına baxmayaraq, dünən başlayan geomaqnit həyəcanlanması bu gün ərzində geomaqnit qasırğasına çevrilib.

Sonxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev apa-ya bildirib. Onun sözlərinə görə, əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 6-ya çatıb (maksimum 9-dur). Günəş səthində müşahidə olunan AR2403 nömrəli böyük ləkə qrupu mürəkkəb maqnit sahəsinə malikdir, lakin Günəşin fırlanması səbəbindən tezliklə onun diskinin arxasına keçəcək:

"İxtiyari alışma bizim üçün demək olar ki, təhlükəsiz olacaq. Lakin yaxın 2 gün ərzində alışma baş verəcəyi təqdirdə (bu alışma isə güclü – rentgen sinfinə mənsub ola bilər) radiodalğalarda qısamüddətli sönmələr (və ya "donmalar") və radiasiya fırtınaları yarada bilər. Günəşdəki hazırkı geomaqnit qasırğasının səbəbi planetlərarası maqnit sahəsinin (PMS) Z komponentinin qəflətən cənub istiqamətini göstərməsi olub. Bu halda Günəş küləyinin yüksək enerjili plazma zərrəcikləri asanlıqla Yer maqnitosferinə daxil olur və Yerim maqnit sahəsində həyəcanlaşma yaradır".

E. Babayev deyib ki, qasırğa getdikcə nisbətən zəifləsə də, geomaqnit həyəcanlaşması yaxın 3 gün ərzində davam edəcək. Bunun səbəbi Günəş səthində hazırda mövcud olan "tac dəlikləri"ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiri olacaq ("tac dəlikləri" demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir):

"Sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur, lakin risk qrupuna daxil olan insanlar həkim məsləhəti əsasında profilaktik tədbirlər görməlidirlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 688   Tarix: 27 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

4 may
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

3 may
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

3 may
.

İcra başçısının qəbuluna gələn fermer niyə cəzalandırıldı? - RƏSMİ AÇIQLAMA + FOTO

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulundan sonra iştirakçılardan (yerli sakin - red.) biri saxlanılıb. Qəbulda iştirak etmiş 1961-ci il təvəllüdlü fermer İmişli rayon Su kanal İdarəsinin direktoru Dəyanət Kazımovun onu hədələdiyini iddia edib. Ferme

3 may
.

COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

4 may
.

Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR

Azərbaycanda qadınların pensiyaya daha tez çıxması məsələsi geniş müzakirə olunan məsələlərdəndir. Bu mövzu zaman-zaman ictimailəşib və müxalif ekspertlər öz fikirlərini bildiriblər. Deputat Vüqar Bayramov məsələ ilə bağlı açıqlama verib. -un xəbərinə görə, deputat qeyd edib ki, Milli Məclisə etdiy

5 may
.

Asiya İnkişaf Bankı Azərbaycanın COP29-a ev sahibliyi etməsi faktını alqışlayır

Asiya İnkişaf Bankı (ADB) üzv ölkə Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsindən çox məmnundur və dəstəyini bildirərək ölkənin rəhbərliyinə müraciət edib. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiy

4 may
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

3 may
.

Şəhid anası: "Soruşdum ki, balamın bütün əzaları yerindədir?" - VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib. Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhi

5 may