Prezidentdən struktur islahatları ilə bağlı daha bir fərman

Prezidentdən struktur islahatları ilə bağlı daha bir fərmanCari ildə struktur islahatları çərçivəsində yeni, daha ciddi addımlar atılacaq.

Bu haqda keçmiş maliyyə naziri, professor Fikrət Yusifov yazıb. O qeyd edib ki, struktur islahatları bir qayda olaraq idarəçilikdə çevikliyin artırılmasını təmin etməyi hədəfləyir:

"Belə islahatların dövlət büdcəsinin vəsaitlərinə qənaət etmək məqsədilə aparıldığını düşünənlər də az deyil. Ancaq vəsaitlərə qənaət bu cür islahatların ali məqsədi ola bilməz. Ölkə Prezidenti tərəfindən son iki ildə bu istiqamətdə bir çox qərarlar qəbul edilib. 21 oktyabr 2015-ci ildə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradıldı. O vaxt bu fərmanın qəbulu hansı zərurətdən irəli gəldi? Öz ərazisində tranzit yüklərin daşınmasında çox ciddi layihələrin reallaşdırılmasına start vermiş hökumət bu sahədəki məsələləri - ilk növbədə isə tranzit yükdaşımalarda tariflərin müəyyən edilməsindəki boşluqları aradan qaldırılmalı idi. Bu tarifləri müəyyənləşdirərkən ilk növbədə sahə maraqlarından çıxış edən tranzit yükləri daşıyan nəqliyyat təşkilatlarının apardığı tarif siyasəti son nəticədə yüklərin Azərbaycan üzərindən deyil, alternativ marşurutlarla daşınmasına yol açırdı. Yükdaşımaların tariflərini vahid pəncərə prinsipi ilə müəyyən edən yeni strukturun tarif siyasəti isə bu sahədə ciddi dönüş yaratdı. İndi bu tariflər ayrı-ayrı yükdaşıyanların sahə maraqlarını deyil, bütövlükdə dövlətin maraqlarını ortaya qoyur. Bu hesaba da hər il Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi sürətlə artır.

Yanvarın 12-də Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin yaradılması da nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin maksimum təkmilləşdirilməsini nəzərdə tutur. Yeni struktur isə bu sahədəki işlərin səmərəliliyinin maksimum artırılmasını təmin etməlidir".

Mənbə: axar.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1783   Tarix: 17 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021