"İST Petrol"da sürücünün başına oyun gəldi - Maşını yararsız vəziyyətə düşdü

"İST Petrol"da sürücünün başına oyun gəldi - Maşını yararsız vəziyyətə düşdüJurnalist Mahir Rəsuloğlu (Hümbətov) Abşeron rayonu Mehdiabad qəsəbəsindəki "İST Petrol" yanacaqdoldurma məntəqəsində üzləşdiyi bir hadisəni "Facebook" səhifəsində ictimailəşdirib.

Sonxeber.az Avtosfer.az-a istinadən xəbər verir ki, özünəməxsus "Mitsubishi Pajeri io" markalı avtomobilin yanacaq çəninə "Aİ-92" markalı benzin vurdurub, ardınca onun üstünə 10 litr həcmində "Premium" benzin də əlavə etmək istəyib. "İST Petrol"un növbə rəisi Cavad adlı şəxs "Premium" benzinin qurtardığını əsas gətirərək, jurnalistə təklif edib ki, maşının çənindəki "Aİ-92" markalı benzinə Çin istehsalı olan və yanacaqdoldurma məntəqəsində satılan xüsusi qatqı vursun. M.Rəsuloğlu ehtiyat etsə də, növbə rəisi onu inandırıb ki, hər hansı problem olmayacaq, yanacağın keyfiyyəti artacaq. Nəticədə avtomobil sahibi bu təkliflə razılaşıb. Beləliklə də 30 manatlıq "Aİ-92" markalı benzinin üzərinə qiyməti 10 manat olan "FMS" qatqı əlavə edilib.

Təxminən 1-2 saatdan sonra M.Rəsuloğlunun avtomobilində problem özünü göstərib. Özünün yazdığına görə, 2 həftə ərzində 3 maşın ustası yanında "əsir-yesir" olub, avtomobilin sıradan çıxan müəyyən ehtiyat hissələrini dəyişdirmək məcburiyyətində qalıb. Ümumilikdə 560 manat xərcə düşüb. Jurnalistin qeyd etdiyinə görə, avtomobil ustalarının hamısı bildiriblər ki, maşında yaranan bu problemlər benzinə əlavə edilən qatqıdan qaynaqlanıb. Həmin qatqı benzin filtrindən tutmuş, yağ kəfkirinə (forsunka) qədər bütün sistemdə problemlər yaradıb.

M.Rəsuloğu maşınındakı problemləri aradan qaldırdıqdan sonra Mehdiabad qəsəbəsindəki "İST Petrol" yanacaqdoldurma məntəqəsinə müraciət edib, zəmanətlə tökdükləri qatqının yaratdığı problemi onların diqqətinə çatdırıb, xahiş edib ki, ona dəyən ziyan ödənilsin. Lakin onunla həmsöhbət olan şəxs sözügedən qatqını yanacaqdoldurma məntəqəsinə gətirən firma nümayəndəsinin telefon nömrəsini verib, yaranan problemə görə onların məsuliyyət daşıdığını söyləyib. M.Rəsuloğu firmanın nümayəndəsinə zəng edib vəziyyəti izah etsə də, qarşı tərəf yaxasını məsuliyyətdən kənara çəkib, iddia edib ki, avtomobildə yaranan problemlərin benzinə əlavə olunan qatqı ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, jurnalistə bildirilib ki, ustalar ona yalan danışıb. Nəticə olaraq M.Rəsuloğuna dəyən maddi və mənəvi ziyan heç kim tərəfindən qarşılanmayıb. Jurnalist başına gələnləri "Facebook"da ictimailəşdirməklə, avtomobil sürücülərini ayıq-sayıq olmağa, başqalarının da bu problemlə üzləşməsinin qarşısını almağa cəhd edib.

Sosial şəbəkədə yayılan və geniş müzakirələrə yol açan bu hadisəni araşdırmaq üçün əvvəlcə adıçəkilən yanacaqdoldurma məntəqəsi ilə əlaqə yaratdıq.Növbə rəisi Cavad Mənsimlihadisədən xəbərdar olduğunu bildirərək söylədi ki, əgər doğrudan da M.Rəsuloğlunun avtomobilində yaranan problem "İST Petrol"da ona təklif edilən və yanacaq çəninə tökülən qatqıdan qaynaqlanıbsa, o, səhəri gün müraciət etməli idi. Hadisənin üstündən bir həftədən çox vaxt keçdiyini xatırladan növbə rəisi dedi ki, belə situasiyada onların ünvanına səsləndirilən ittihamın əsalı olub-olmadığını sübut etmək qeyri-mümkündür: "Əgər avtomobildəki problem bu qatqı ilə bağlıdırsa, nə üçün Mahir müəllim səhəri gün deyil, bir həftə sonra bizə müraciət edib. Səhəri gün gəlib bizim nümayəndənin iştirakı ilə avtomobili təmir edən ustanın yanına gedər, birlikdə hadisəni araşdırar, günahkar olduğumuz sübuta yetirildiyi təqdirdə, vurulan maddi ziyanı aradan qaldırmağa çalışardıq. Yaxud, o qatqını bizə gətirən firmanı məcbur edərdik ki, həmin ziyanı ödəsin. Amma Mahir müəllim bunu etməyib, bir həftə sonra gəlib şikayət edir ki, vəziyyət bu cürdür. Belə olan halda, kim inana bilər buna? Bundan başqa, indiyə qədər yüzlərlə sürücüyə də bu qatqıdan təklif etmişik, onlar da istifadə ediblər. Bu qatqı avtomobildəki sistemi təmiz saxlayır, yanacaq sərfiyyatını azaldır və sair. Mahir müəllim istisna olmaqla, indiyə qədər heç bir sürücü bununla bağlı hər hansı problem yaşadığını bizə bildirməyib".

Yanacaqdoldurma məntəqəsinin yönləndirməsi ilə "FMS" qatqısının Azərbaycanda satışını həyata keçirən şəxslərdən biri ilə əlaqə yaratdıq.Satıcı Eldəniz Əsədovbizimlə söhbətində bildirdi ki, sözügedən qatqı Çindəki "FMS" zavodunda istehsal olunur və bir çox ölkələrə, o cümlədən Azərbaycana gətirilir. Onun sözlərinə görə, qatqı keyfiyyətlidir, müvafiq standartlara cavab verir və buna görə sertifikatı da var: "Bu qatqını yanacaq çənindəki benzinə qatırsan. Motor işlək vəziyyətdə olduqda, qatqının köməyi ilə avtomobilin "forsunka"sı çirkdən təmizlənir. Lakin bunun üçün xüsusi tələblər var. Gərək bu qatqı çirkli yanacaq çəninə tökülməsin. Avtomobil uzun müddət istismardadırsa, yanacaq çəninin dibində çöküntülər olur və "FMS" qatqısı əlavə edildikdə, həmin çöküntülər qaynayır, benzin filtrinə yönəlir. Belə olan halda qaynanmış çöküntü benzin filtrini tutur, ardınca "forsunkaya" sızır və orada ilişib qalır. Nəticədə mühərrikin iş mexanizmində problem yaranır. Bütün bu məlumatı qatqını müştəriyə - sürücüyə təklif edən şəxs mütləq bildirməliydi".

E.Əsədova jurnalist M.Rəsuloğlunun da avtomobilində oxşar prosesin baş verdiyini xatırladaraq, nə üçün bu qatqı sürücüyə təqdim edilərkən təlimat verilmədiyini də soruşduq. O bildirdi ki, jurnalistin avtomobilindəki problem qatqıdan qaynaqlanmayıb: "Mahir müəllimlə telefonda danışdıqdan sonra bir neçə avtomobil ustası ilə əlaqə saxladım, vəziyyəti izah etdim. Onlar da təsdiqlədilər ki, jurnalistin maşınındakı problem "FMS" qatqısından ola bilməz. Bu dərmanın sertifikatı var. Əgər Mahir müəllim sertifikata inanmırsa, buyurub həmin dərmanın tərkibini istədiyi yerdə yoxlatdıra da bilər. Biz hesab edirik ki, onun maşınındakı problem sürücülərə təklif etdiyimiz qatqı ilə əlaqəli deyil. Bundan başqa, həqiqətən də problem bu dərmandan qaynaqlanıbsa, Mahir müəllim həmin gün, yaxud səhəri gün bizə müraciət edəydi, birlikdə baxış keçirər, məsələyə aydınlıq gətirərdik. O isə bir həftə sonra gəlib bizi nədəsə günahkar bilir".

Neytral mövqe öyrənmək üçün avtomobil ustası ilə də əlaqə yaratdıq.Mütəxəssis Namiq Ağayevbildirdi ki, avtomobilin yanacaq çəninə tökülən qatqılar müxtəlif ölkələrin bazarları üçün nəzərdə tutulur. Onun sözlərinə görə, əsasən Amerika bazarı üçün nəzərdə tutulan qatqılardan Azərbaycandakı avtomobillərdə istifadə edəndə müəyyən problemlər özünü göstərir: "Yanacaq çənində məhz yanacağın tərkibindən irəli gələn müəyyən çökmələr olur. Sözügedən qatqılardan istifadə olunanda, bu çöküntülər benzin filtrində, "forsunka"larda problemlər əmələ gətirir, motor düzgün işləmir. Amma Almaniya istehsalı olan qatqılar var ki, yanacaq çənindəki həmin zir-zibili, çökməni əridir və sistemdə problem yaratmadan yandırır. Tövsiyə edərdim ki, hər bir sürücü bu qatqılardan istifadə etməzdən öncə, avtomobilini daimi olaraq təmir etdirdiyi usta ilə məsləhətləşsin. Yanacaqdoldurma məntəqəsində kiminsə vəd verməsindən asılı olmayaraq, sürücü mütləq mütəxəssislə məsləhətləşib, bu istiqamətdə addım atmalıdır".

Vətəndaşa vurulan maddi ziyanın aradan qaldırılması yollarını da araşdırdıq.Hüquqşünas Ərşad Hüseynovbildirdi ki, Mülki Məcəllə belə məsələləri, yəni vurulmuş ziyan və həmin ziyana görə kompensasiyanın ödənməsini tənzimləyir. Bununla yanaşı, İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikasının Qanununda da bununla əlaqədar müvafiq müddəalar var: "Əgər vətəndaşa vurulan ziyanı qarşı tərəf danışıqlar yolu ilə, könüllü surətdə aradan qaldırmaq istəmirsə, zərərçəkən peşəkar hüquqşünasla məsləhətləşib məhkəmədə iddia qaldırmalıdır. İddia tələbini sübut etmək üçün vətəndaş məhkəmədə vəsadət qaldırmalıdır ki, ekspertiza təyin olunsun. Əgər ekspertiza sübut etsə ki, avtomobildəki nasazlıq yanacağa əlavə edilən qatqıdan irəli gəlib, bu zaman məhkəmə vətəndaşın xeyrinə qərar qəbul edəcək, həmçinin ona vurulan maddi ziyan, üstəlik bütün məhkəmə xərclərinin yanacaqdoldurma məntəqəsi və ya qatqını satan hüquqi-fiziki şəxs tərəfindən ödənməsi qətnamədə öz əksini tapacaq. Hətta vətəndaşın belə halda mənəvi kompensasiya tələb etmək haqqı da var".

Günün sonunda yazıda adıçəkilən yanacaqdoldurma məntəqəsinin növbə rəisi Cavad Mənsimliredaksiyamızla əlaqə saxlayaraq, jurnalistə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı aralarında razılaşma əldə etdiklərini bildirdi.
"İST Petrol"da sürücünün başına oyun gəldi - Maşını yararsız vəziyyətə düşdü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1701   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Bu qadağa fevralın 1-dək ləğv olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm

20 dekabr