Kamal Axundov: "Azərbaycan adını dünya idman tarixinə böyük hərflə yazmağı bacarıb"

Kamal Axundov: "Azərbaycan adını dünya idman tarixinə böyük hərflə yazmağı bacarıb"Hər bir ölkəni dünyada tanıdan onun tarixi, mədəniyyəti, ənənələri və maraqlı səsləndə sə, idmanıdır. İdman yeganə sahədir ki, qalib ölkənin bayrağını dalğalandırmaqla dünyaya həm də mesaj verir- qələbə mesajı.

Qələbəyə aparan yol isə hamar olmur, bu yol dövlətə rəhbərlik edən şəxslərin iradəsi, uzun illərin gərgin əməyinin bacarıqla birləşməsindən keçir. Azərbaycan bu sahədə-idman sahəsində qazandığı uğurlarla artıq dünya miqyasında adından söz etdirib, bayrağımız ən nüfuzlu beynəlxalq yarışlarda dalğalanıb, ölkəmiz bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib, dünyanı sözün əsl mənasında heyrətləndirməyi bacarıb. Təbii ki, bütün bu uğruların qazanılmasında Azərbaycan prezidenti İlham Əliyev və birinci Vitse-prezident, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu olub. Məhz dövlət başçısının iradəsi, dövlət idman siyasətinin müəyyənləşdirilməsindəki qətiyyətli mövqeyi sayəsində Azərbaycan dünyada həm də idman dostu olaraq tanınır.

Təməli ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi zamandan qoyulan idman siyasətinin bu gün sağlam təməllər üzərində sürətli inkişafı bu xəttin nə qədər uzaqgörən və bacarıqla seçildiyinə işarədir.

Ümummilli lider Heydər Əliyev deyirdi ki, kütləvi idmanın inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malikdir, çünki dövlət xalqın sağlamlığına həmişə böyük əhəmiyyət verib. Daha sonralar Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi dövrdən etibarən dövlət idman siyasətinin uğurunu təmin edən prezident İlham Əliyev idmanın həm də böyük siyasət olduğunu dəfələrlə vurğulayıb.

Azərbaycanın inkişafı və dünyada tanınmasında idman hərəkatının rolunu yüksək qiymətləndirən prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin sədri olduğu, daha sonra isə ölkəyə rəhbərliyi dönəmində uğurlu idman siyasətinin müəyyənləşdirilməsində xüsusi iradə ortaya qoydu. Məhz bu siyasi iradənin nəticəsidir ki, Azərbaycan qısa müddətdə beynəlxalq səviyyəli yarışların iştirakçısından bu yarışların həm də ev sahibinə çevrildi.

Ötən bu müddət ərzində"Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı" Dövlət Proqramının icrası, Beynəlxalq Olimpiya Hərəkatında Azərbaycanın təmsilçiliyi, prezident İlham Əliyevin bu hərəkatdakı müstəsna xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ən ali mükafatı - "Olimpiya ordeni" ilə təltif edilməsi Azərbaycanda uğurlu idman fəaliyyətinin başlanğıcını qoyaraq inkişafını təmin etdi. Bu başlanğıc o qədər sürətli inkişafa apardı ki, Azərbaycan ölkəmizin tarixində ilk dəfə Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması üçün müraciət etdi. Müstəqilliyinin yenidən bərpa edilməsindən keçən qısa müddət ərzində Azərbaycanda idmanın inkişafı üçün əlverişli şəraitin yaradılması, idmançılarımızın beynəlxalq arenada bir-birinin ardınca qazandığı qələbələr böyük əzm və uğurdan xəbər verirdi. Bakı bu qədər böyük yükün altına girə biləcək qədər inkişafa və geniş infrostruktura malik olduğundan əmin idi.

Daha sonrakı dönəmdə Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması da Azərbaycanın bu yöndə əzmli mübarizədən geri çəkilmək niyyətində olmadığını göstərdi.

İlham Əliyevin 16 yanvar 2012-ci il tarixli sərəncamı ilə ölkədə "İdman ili" elan olunması, idman sahəsində xüsusi bacarığı ilə seçilən gənclərin öz potensialından geniş istifadəsi üçün dövlət təminatının yaradılması, uşaq idmanının inkişafına yönəlik tədbirlər Azərbaycanda böyük bir idman hərəkatının vüsət aldığını göstərir.

Dünyanın qısa müddətdə idman sahəsində qazandığı uğrularla həm də örnək olan Azərbaycana olan etimadının nəticəsidir ki, 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etdi. Bu tarixi qərar Azərbaycanda təkcə idmanın yox, eyni zamanda iqtisadi inkişafın, sabitliyin göstəricisi hesab edilə bilərdi.

Dünya Azərbaycanın bu sınaqdan necə keçəcəyini böyük maraqla gözləyirdi. Bədxah qüvvələrin Azərbaycanın bu böyük uğuruna kölgə salmaq cəhdlərinin olduğu bir zamanda dünyanın Azərbaycana dikilən gözlərindəki marağı anlamaq çətin deyildi. Azərbaycan bu sınaqdan da üzüağ çıxdı, ölkə rəhbərliyinin iradəsi və səyi bəhrəsini verdi. Birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev ordeni" ilə təltif edildi.

Azərbaycan 1-ci Avropa Oyunlarının keçirildiyi ilk məkan kimi adını dünya idman tarixinə böyük hərflərlə yazmağı bacardı. Ardınca daha bir uğur gəldi.

2016-cı il 17-19 iyun tarixlərində Bakı şəhərində Formula-1 idmanı üzrə Avropa Qran-Prisinin keçirildi. Artıq Bakı dünya idman mərkəzləri arasında xüsusi çəkisi və roluna görə fərqlənir. Bu rolun dünya miqyasında qiymətləndirilməsi ölkəmizin daha böyük bir beynəlxalq yarışa- IV İslam Həmrəyliyi Oyunlarının ev sahibliyi etməsinə zəmin yaratdı. İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında qəbul edilən qərarın icrasında əldə edilən böyük uğur Azərbaycanla bağlı mövqedə yanılmadıqlarını ortaya qoydu.

Qarşıdan isə daha bir sınaq gəlir-2020-ci ildə futbol üzrə Avropa çempionatının 3 qrup oyunu və 1 dörddə bir final mərhələsi. Əminik ki, Azərbaycan bu dəfə də dünya idman tarixinə adını yazdıracaq. Bunun üçün Azərbaycanda böyük potensial, geniş infrostruktur, ən əsası isə ölkə rəhbərliyinin iradəsi var. Sülhsevərliyin ən böyük nümunəsi olan idmana sevgi və qayğını dövlət siyasətində xüsusi bir xətt kimi inkişaf etdirən Azərbaycan dünya idman tarixində özünə layiq yer tutmağı bacarıb.

Kamal Axundov

Azərbaycan Kikboksinq Federasiyasının vitse - prezidenti


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1366   Tarix: 30 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda binaların təmirinə 23 milyon manatdan çox pul xərclənəcək

Bakının bir neçə rayonunda binalar təmin olunacaq. -ın məlumatına görə bununla bağlı müvafiq prosedura başlanılıb. Belə ki, Bakı şəhərinin Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri həyata keçiriləcək. Sözügedən işlər

4 may
.

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdiriləcək. Trend-in məlumatına görə, bununla bağlı qanun layihəsi artıq Milli Məclisə daxil olub. Belə ki, "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsi Milli Məclisinin Regional məsələlər komitəsini

4 may
.

Apreldə 5 nəfər zəhərlənmədən ölüb

2026-cı ilin aprel ayında KTM-in Toksikologiya şöbəsinə ümumilikdə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. Bu barədə "Qafqazinfo"ya xəstəxanadan məlumat verilib. Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirili

4 may
.

Bu məktəblərdə 1-ci sinfə qəbul müsabiqə ilə aparılacaq (RƏSMİ)

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu il hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbulun müsabiqə yolu ilə aparılacağını açıqlayıb. xəbər verir ki, Agentliyin məlumatına görə, bu il Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbini

4 may
.

Bakıda keçiriləcək dünya çempionatına qatılacaq bütün ölkələr dəqiqləşdi

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr müəyyənləşib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Beynəlxalq Çövkən Federasiyasından bildirilib. Son olaraq xüsusi dəvətlə Küveytin yarışa qatılacağı təsdiqlənib. Turnirdə təşkilatçı Azərbaycanla yanaşı

4 may
.

"Space" TV-yə yeni baş direktor təyin edildi

"Space" televiziyasına yeni baş direktor təyin edilib. -ın -a istinadən məlumatına görə, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib. Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə icla

4 may
.

Bakıda klassik musiqi konserti

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə metronun Gənclik" stansiyasının yaxınlığındakı istirahət parkında açıq havada Ulu Öndərin əziz xatirəsinə həsr edilən "Bi

4 may
.

Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? - VİDEO

Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar. Onlardan biri bildirib ki

3 may
.

"Anamı harada itirdiyimi bilmirəm" - Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI - VİDEO

2025-ci ilin noyabr ayında paytaxtın Yasamal rayonunda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin anası Mayquba Hümbətova Baku TV-nin "Arzunun vaxtı" verilişində qızı barədə xatirələrini bölüşüb. Mərhumun anası bildirib ki, Könül Vəlibəyli çox mehriban

3 may