Ev nömrələri ilə hər yerə pulsuz zəng mümkün olacaq

Ev nömrələri ilə hər yerə pulsuz zəng mümkün olacaqBakı şəhəri və regionlar üzrə abunəçilər stasionar telefon nömrələrini xaricə daşıya biləcəklər. Ev telefonları dünyanın hər yerinə daşınacaq.

Sonxeber.az axar.az-a istinadən bildirir ki, bu gün Aztelekom MMC-də yeni "Aztelphone" xidmətinin təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan Aztelekom MMC-nin Baş direktoru Məhəmməd Məmmədov bildirib ki, Aztelekom MMC stasionar rabitə tarixində bir ilkə imza atıb. İKTŞ-nin müdiri Ədalət Abbasovun sözlərinə görə, xidmətin yaradılmasında məqsəd xaricdə olarkən abunəçilərin az pulla çox danışmasını təmin etməkdir. Xidmətinin özəlliyi ondadır ki, istifadəçi xüsusi proqramla ev və ya xidməti telefon nömrəsini istənilən internet işlədicisinə (smartfon mobil telefonuna, kompüterə, planşetə və s.) yükləməklə zəng edə biləcək. Zənglərin şərtsiz yönləndirməsi servisini aktivləşdirib respublika daxilində, xarici ölkədə internet şəbəkəsi olan yerlərdə zəngləri qəbul edə, yaxud zəng etmək mümkün olacaq. Qeyd edək ki, daşınan nömrədə də istifadə qaydaları və danışıq tarifləri dəyişməz qalır. Mobil operatorların "Rouminq" xidmətindən fərqli olaraq bu xidmət ödənişsizdir. Sadəcə, daşınan (məsələn, 346 xxxx nömrəsi) sabit şəbəkə nömrəsinin yerləşdiyi məkanda internet şəbəkəsinin olması kifayət edir. Xidmətə qoşulmaq istəyən abunəçilər telekommunikasiya qovşaqlarına müraciət edə bilər. Bunun üçün abunəçiyə login və parol verilir. Daha sonra isə abunəçi ona məxsus stasionar telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon, planşet və ya kompüter) yazılan "Aztelphone" proqramı vasitəsilə daşınır. Abunəçinin ölkə xaricində və daxilində istənilən bölgədə etdiyi zənglər və onun istənilən nömrəyə, mobil telefona etdiyi zənglər mövcud tariflərə uyğun hesablanır. Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilərlər. Bakı telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə bir dəqiqəsi 5 qəpikdən ödəniş edəcək. Əgər telefonu "Aztelphone" xidmətinə yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin etdiyi zənglər də pulsuz olacaq. Xatırladaq ki, bu xidmətə bütün sabit telefon şəbəkə abunəçiləri qoşula biləcək və xidmətdən bütün növ smartfon istifadəçiləri də yararlanacaqlar. Xidmətin aylıq abunə haqqı isə 20 manatdır.

Daha ətraflı məlumat almaq 344 00 00 (daxili 305 və ya 280)-ə üçün zəng edə bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3934   Tarix: 11 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçmiş köçkünü "Prior Leasing" MMC aldadıb

Kəlbəcər rayon sakini Elnur Babayev Bərdədə qarşılaşdığı vəziyyətlə bağlı şikayət məktubu ünvanlayıb. Şikayəti olduğu kimi təqdim edirik:. - Mən, Kəlbəcər rayon sakini Elnur Babayev, hazırda Bərdə rayonunda məskunlaşmışam və başıma gələn hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına, hüquq-mühafizə orqanların

11 iyun
.

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri

Xəbər verdiyimiz kimi, Qusar rayonunun Laza kəndində torpaq sürüşməsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Respublika Seysmoloji Xidmət Mərkəzi sürüşmə anı lentə alınmış görüntüləri paylaşıb. Həmin görüntüləri təqdim edirik:

11 iyun
.

Gamar Babayeva müştəriləri necə aldadır?

Müğənni Sevda Sanəliyeva üz prosedurları ilə bağlı müraciət etdiyi kosmetoloqun qiymət siyasətindən narazı qaldığını açıqlayıb. XALQ xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək izləyicilərini diqqətli olmağa çağırıb. Sevda Sanəliyevanın sözlərinə görə, eyni prosedu

11 iyun
.

İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin

İyunun 11-də Milli Məclisdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmə keçirilib. Aqrar siyasət komitəsinin sədr

11 iyun
.

"Technovation" kimi platformalar və ya dialoq üçün hər hansı bir platforma əlaqələrin qurulmasında çox vacibdir" - Dəyanət Sədullayev

Bu gün dünyada və regionda baş verən qlobal dəyişikliklər fonunda korporativ dayanıqlığa sahib olmaq vacibdir. xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") prezidenti Dəyanət Sədullayev "Dayanıqlılıq və Enerji Transformasiyası" mövzusunda Bakıd

11 iyun
.

"Maxi.az" rəhbərinə "stop" qoyuldu - Milyonlarla borca görə..

Azərbaycanda distributor kimi fəaliyyətdə olan "İnteqral" Qapalı Səhmdar Cəmiyyəti ( ) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. XALQ xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, buna səbəb böyük elektronika və məişət texnikasının satış şəbəkələrindən olan " "ı

11 iyun
.

Bu ərazidə qaz OLMAYACAQ

Sabah paytaxtın Nəsimi rayonunun bir sıra küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə "Azəriqaz"a istinadən xəbər verir. Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 11.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun Azadlıq prospektinin

10 iyun
.

"Space TV"də işə başladı

Aparıcı Vüsalə Səid "Space TV"də işə başlayıb. Axşam.az xəbər verir ki, aparıcı kanalın xəbərlər buraxılışını təqdim edəcək. Bu barədə Vüsalə sosial media hesabında özü paylaşım edib. Qeyd edək ki, V.Səid Lider TV, İctimai TV, AZTV kimi kanallarda çalışıb

11 iyun
.

Bakı metrosu yay qrafikinə keçir

"Bakı Metropoliteni" QSC yay qrafikinə keçir. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, iyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdiriləcək. Ali məktəblərdə və ümumtəhsil müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünü

11 iyun