Məşhur aparıcımız infaktdan dünyasını dəyişdi - FOTOLAR
Mədəniyyət ve Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran İsrafilov dünyasını dəyişib.
Bu barədə onun dostlarından biri sosial şəbəkədə məlumat verib. Ülvi Həsənli adlı şəxs Kamran İsrafilovun səhifəsində ölümü ilə bağlı xəbər paylaşaraq üzüldüyünü bildirib:
"Bu gün aldığım çox üzücü və inanmadığım xəbər məni şok vəziyyətinə saldı. Xətrini dünyalar qədər istədiyim, çox pozitiv insan, işinin xəstəsi Kamran İsrafilov dünyasını dəyişib. Bunu yazmaq mənim üçün çox çətindir. Yazmaqda məqsədim bilməyən həmkarlarımızın xəbəri olsun. Bunu yazmaq istəməzdim, amma məcburam. Allah sənə rəhmət eləsin gözəl insan".
Onun infarkt səbəbindən öldüyü ehtimal olunur.
Qeyd edək ki, Kamran İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan "Novruz" Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESKO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri" adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.
Bildirək ki, K.İsrafilov İTV televiziya kanalında uşaq və digər verilişlərdə aparıcı olub, son ildə özünü aktyor kimi də sınayıb və Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış "Əbədi ezamiyyət" sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.
Kamran İsrafilov həmçinin yeni yaradılan Uşaq Teatr Studiyasının rejissoru idi.





Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4509 Tarix: 12 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO
Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr
19 dekabrQaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1 400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarını
20 dekabrAtasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO
Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın
19 dekabr19 yaşlı gənc qadın 3 ildir evli olduğu şəxs tərəfindən qətlə yetirildi
Türkiyənin paytaxtı Ankarada 19 yaşlı Sevgi Özdemir 3 ildir evli olduğu həyat yoldaşı tərəfindən qətlə yetirilib. Hadisə Altındağ rayonunda cütlüyün yaşadığı evdə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 28 yaşlı Yasin Özdemir bir müddətdir şiddətli keçimsizlik yaşadığı həya
17 dekabrTokioda sauna yanğınında gənc cütlük həyatını itirdi
Yaponiyanın paytaxtı Tokioda yerləşən bir saunada baş verən yanğın nəticəsində içəridə qalan gənc cütlük həyatını itirib. Hadisə Tokionun Minato rayonunun Akasaka bölgəsində fəaliyyət göstərən özəl "Sauna Tiger" adlı müəssisədə qeydə alınıb. xarici mediaya istinadən xəbər verir ki, bazar ertəs
19 dekabr