Millət vəkillərinin "məktəbdə ilk dərs günü" xatirələri

Millət vəkillərinin "məktəbdə ilk dərs günü" xatirələriMəktəbdə çalınan ilk və son zəngin səsində nəsə qəribə bir nostalji olur. Düzdür, məktəbdə oxuyan şagirdlər üçün bu səs hələ heç nə deməsə də, ömrün bəlli bir məqamına çatan insanlarda bu mis parçasının səsi sanki çoxdan baş vermiş şirin bir nağılın melodiyası kimi səslənir.

İlk dərs gününü yəqin ki, hamı xatırlayır. Yaşanan ömrün bütün anlarında bu xatirə sənin yadına düşür - ilk müəllimin, ilk parta yoldaşın, ilk eşitdiyin sözlər. Maraqlıdır, tanınmışlar ilk dərs günlərini necə xatırlayırlar?

Sonxeber.az-ın məlumatına görə, APA TV bu sualla millət vəkillərinə müraciət edib.

Professor Nizami Cəfərov deyib ki, ilk dərs günü onun üçün unudulmayan günlərdəndir:

"Bəlkə də günlərin ən gözəlidir bu gün. İlk gün, yəni ilk dərs inanmıram ki, kimsə tərəfindən unudulsun. Çünki bu yolu qorxa-qorxa, bəzən isə ürəklə gedən uşaqlar olur. Əslində mənim üçün inanılmaz dərəcədə gözəl bir xatirədir".

Mİllət vəkili Elton Məmmədovun da cavabı maraqlıdır: "Çox həyəcanlı idim, sevinirdim. Elə bilirdim gələcəyə baxışdır. Kənd məktəbində ilk dəfə birinci sinfə getmişəm. Elə ona görə yaxşı oxuyub kənd yerində çəkdiyim əziyyətləri geridə qoymağı düşünürdüm. Ali təhsil alım, paytaxtda yaşayım..."

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə ilk dərs gününü belə xatırlayır: "Hesab edirəm ki, mənim üçün ən xoş xatirələrdən biridir. Altı yaşım vardı, məni məktəbə götürmək istəmirdilər. Çox şuluq olmuşam. Çətinliklə götürdülər məni məktəbə. Buzovnada 206 saylı orta məktəbi bitirmişəm. Yaxşı oxumuşam".

Millət vəkili Çingiz Qənizadənin ilk dərs günündən yadında qalan bunlar olub: "Yuxu kimi xatırlayıram ilk dərs günümü. Rəhmətlik atam aparmışdı məni məktəbə. O qədər arıq cılız bir uşaq idim. Həyəcanımdan çox şeyi xatırlamıram".

Millət vəkili Fazil Mustafa isə həmkarlarından fərqli olaraq, Bilik gününü indi də səbirsizliklə gözlədiyini deyib: "Çox səliqəli geyindirmişdilər məni. Anam aparmışdı. İlk müəlliməm də Məsmə Hacıyeva idi. Bizi o qədər xoş və gülərüz qarşılamışdı ki, sevinirdik. İlk gündən həvəsim böyük olub məktəbə. Birinci sinfə gedəndə artıq sərbəst yazıb-oxuya bilirdim. Hər halda, 1 sentyabrla 15 sentyabrın fərqi böyükdür. Çünki 15 sentyabrda o duyğuları yaşamaq olmur. Elə bil 1 sentyabr özünəməxsus məktəb günüdür. Bunu dəyişəndə məktəbin də özünəməxsusluğu itir".

Bəli, illər yel qanadlıdır. Məhz elə buna görə də millət vəkilləri sanki sehrli bir söz eşidibmişlər kimi sualımızdan bir an duruxub, səslərinin tonunu dəyişdirdilər, kövrək və nostalji notları ilə o günü xatırladılar. Qayğısız, xoşbəxt, dəcəl vaxtlarından həvəslə söz açdılar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 948   Tarix: 15 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Bakıda tələbə faciəvi şəkildə öldü

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakin

16 dekabr
.

Azərbaycan Universitetində bədbəxt hadisə

Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı

15 dekabr
.

"Diş müalicəsinin qiymətləri avtomobil qiymətini ötüb" - VİDEO

Özəl klinikalardan birində diş müalicəsi etdirən vətəndaş ödədiyi məbləğin illər əvvəl aldığı avtomobilin qiymətinə bərabər olduğunu bildirib. türk mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, çənə açıqlığının dar olması səbəbindən dövlət xəstəxanasında müalicə ala bilməyib və məcbur qalara

17 dekabr
.

Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - Foto

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşıb. "Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmi

15 dekabr
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

15 dekabr
.

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il

15 dekabr
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16 dekabr
.

DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı (VİDEO)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən -a verilən məlumata görə, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzaye

15 dekabr