Vücudu ilə kişiləri "dəli" edən azərbaycanlı bloger: "Qarşımda diz çöküb evlilik təklifi..." - FOTO

Vücudu ilə kişiləri "dəli" edən azərbaycanlı bloger: "Qarşımda diz çöküb evlilik təklifi..." - FOTOAlmaniyada yaşayan azərbaycanlı bloger Əsmər Allahverdiyeva müsahibə verib.
Sonxeber.az media24.az-a istinadən həmin müsahibəni təqdim edir:

"Qazancımın 80%-i gözəlliyimə xərclənir. Cox moda və makiyaj düşkünüyəm..."

- Siz kim idiniz və kim oldunuz?
Uşaqlıqdan etibarən kameralara poz vermək istəyən balaca bir qız olmuşam. Düzdür, bu xəyalımı Həyata keçirməyə tez başladım və qısa bir müddət ərzində xəyal etdiyim uğurlara imza atdım.

- Videolarınızı özünüz çəkib montaj edirsiz? Sizi özünüz çəkdiyiniz videolar daha yaxşı ifadə edirmi?
Əlbəttə ki, bütün sosial media hesabımdakı bütün əməklər mənə aiddir. Öz Youtube kanalım üçün çəkdiyim videoları özüm montajlayıram. Çünki onu etmək mənim hobbilərimdən biridir. Və, əlbəttə ki, nəticələri görüb və bütün zəhmət mənə aiddir deyə bilmək böyük bir qürurdur mənim üçün.

- Bu sənəti seçməyinizin səbəbi nədir?
Qeyd etdiyim kimi, cox balaca vaxtımdan mən Youtube videolarını izləyirdim və "bir gün mən də mütləq bunu edəcəm" deyirdim. Beləcə, sözümü tutmuş oldum və qürurla özümü video bloger adlandıra bilərəm.

- Peşəkar bloger olmaq üçün nə etmək lazımdır?
Əvvəla başqalarının marağını oyatma qabiliyyətini əldə etməlisiz. Daim gülərüz və pozitiv olub kameranın qarşısına əyləşib şirin söhbətiniz və çəkiciliyiniz ilə insanları özünüzə bağlamalısız ki, həmin o insanlar kanalınıza abunə olub davamlı videolarınızı izləsinlər.

Bunu da mütləq dilə gətirməliyəm, video bloger olmaq arzusunda olan gənclərimizə demək istəyirəm ki, izləyicilərimiz bizi, bizim mükəmməl videolarımıza görə yox, məhz şəxsiyyətimizə görə izləyirlər.

- Bakıya tez-tez gəlib-gedirsiz?

Bəli, demək olar ki, ildə 4-5 dəfə gəlməyə çalışıram. Karyeram üçün də səyahətlərdə oluram. Yəni həm ziyarət, həm ticarət (gülür).

- Azərbaycanda ən çox sevdiyiniz vayner-bloger kimdir?

Həm mənim məsləkdaşım, həm də uzun müddətdir cox yaxın rəfiqəm olan Turanə Zeynalovanın videolarını maraqla izləyirəm.

- Paxıllıq çəkən, sizi ruhdan salmaq istəyən insanlara qarşı necə mübarizə aparırsız?
Hamıya gəldiyi kimi mənə də həmin "Hater" mesajları gəlir, lakin şükürlər olsun ki, məndə o tipli insanların səhifəmdə sayı cox az olur, başqalarına nisbətən. Lakin olanda da, bu hadisələr məni ruhdan salmağı bacarmır. Əksinə, fərqində oluram ki, mən bacarıqlıyam. Gülüb keçirəm və onlar kimi bir insan olmadığıma, sadəcə, şükr edirəm.

- Gün ərzində xərclədiyiniz pulun qədəri?
Bu, gündən-günə deyişir. Cox şəxsi olduğu üçün miqdar da qeyd etmək istəmirəm, lakin belə deyə bilərəm ki, qazancımın 80 faizi, sadəcə, gözəlliyimə xərclənir. Cox moda və makiyaj düşkünüyəm. Bu videolarımdan bilinir, məncə (gülür).

- Qadını seksual göstərən detalları sadalayın!
Bu işlər, qısa ətək və hündürdaban ayaqqabı geyinməklə alınmır. Qadını cazibədar göstərən onun xanımlığı, hər kəslə hörmətlə danışması, başqalarının fikrinə hörmətlə yanaşmasıdır.

Əlbəttə ki, oxunmuş bir qadın və karyerasını qurmuş biri, hər dəfəsində 1-0 irəlidədir.

- Qadınları necə görmək istərdiniz?
Həmişə qadınlara arzuladığım tək bir arzu var və onu indicə belə qeyd etmək istəyirəm. Tanrı heç bir qadının ürəyinə qısqanclıq, fəsadlıq duyğusu verməsin. Hər bir qadın özünə güvənib hər gün baxımlı olub və həyatdan nə istədiyini bilsin, karyera həyatını ona görə davam etdirsin.

- Sizə evlilik təklifləri olurmu?
Mənim qarşımda diz çöküb evlilik təklifi olunmayıb. Sevgilim olmadığına görə, evdə anamdan eşidirəm arada ki, kimlərsə xəbər göndərir. Qeyd edim ki, bu haqda mən hələ düşünmürəm, əvvəla mənim üçün, ilk növbədə, karyeramdır.

- Niyə qadınlar istedadlı kişilərə daha çox meyillidirlər?
Deyə bilərəm ki, hər qadının arxasında dayanan, onu dəsdəkləyən güclü, öz ayaqlarının üstündə dayanan bir kişi görmək istəyir. Qadınlar qorunmaq istəyir. Gözlərini yumduğunda güvənə biləcəyi biriləri olduğunu bilmək istəyirlər və məhz buna görə də düşünürəm ki, istedadlı kişilərdən bu güvənci əldə edəcəklərini düşünürlər.

- Həyatda düşməniniz varmı?
Əgər mən bir insanı həyatımdan silmişəmsə, o insana vaxt ayırıb düşmənim belə adlandırmaram. Lakin bir neçə insanın gözündə mən onların düşməniyəm. İsdədikləri kimi də adlandırıb, düşünə bilərlər, mənə bir ziyanı toxunmadığı müddətcə.

- Sirr deyilsə, video blogerlikdən təxminən nə qədər gəlir əldə edirsiz?
Deməzdim, video blogerlikdən dünyaları qazanıram. Mən daha cox əsl sənətim olan kosmetologiyadan və son zamanlarda cox üstünlük verdiyim modellikdən qazanıram.

- Özünüzə rəqib gördüyünüz biri varmı?
Xeyr. Mənim məsləkdaşlarımla hətta, məncə, əl-ələ verib daha böyük uğurlara imza atmalıyıq. Özünə kimisə rəqib görən insanları da anlaya bilmirəm.

- Bu işdə pul və uğur qazanmaq istəyənlərə nə məsləhət bilərdiz?
Əvəlla uğur qazanmalarını diləyirəm. Çünki uğur olduqdan sonra, pul da gəlir. Bu sahədə pulu hədəf olaraq görsən, uğur qazana bilməyib itirə bilərsən.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6208   Tarix: 11 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021