Suçiçəyi xəstələrinin sayı artıb - SƏBƏB NƏDİR?

Suçiçəyi xəstələrinin sayı artıb - SƏBƏB NƏDİR?Yazın gəlişi ilə əlaqədar müxtəlif xəstəliklər özünü büruzə verməyə başlayır.

Qışda fəaliyyətini dayandıran bir çox viruslar bu dövrdə ortaya çıxır. Onlardan biri də səpgili xəstəliklərdən olan suçiçəyidir. Hazırda məktəblilər arasında bu xəstəlik yayılmağa başlayıb. İmmun sistemi zəif olan uşaqlar hava, damcı yolu ilə bu virusa yoluxa bilirlər.
Respublikanın baş infeksionisti Cəlal İsayev açıqlmasında bildirib ki, mövsümlə bağlı suçiçəyi xəstələrinin sayı artıb:

"Hazırda şagirdlər arasında kəskin epidemiya halı yoxdur. Lakin qeyd etdiymiz kimi virusa yoluxmuş şəxslərin sayında artım var. Xəstəlik dövründə insan ev şəraitində qalmalıdırlar. Xəstə səpkilər dövründə evdə qalsa, başqalarını da yoluxdurmaz. Virusun yayılmasının əsas səbəbi həmin xəstələrin tam sağalmadan cəmiyyətə qarışmasıdır.

Bu xəstəiyin fəsadı olmamalıdır. İnsan özünü gözləsə, soyuqdan qorunsa, heç bir fəsadı olmur. Bu virus nadir hallarda fəsad verir. Fəsadların yaranmaması üçün xəstəlik dövrünü yataq rejimində keçirmək lazımdır. Onun müalicəsi ilə bağlı ciddi tədbirlər görülmür. Orqanizmin müqavimətini yüksəldən vitamin qurupları qəbul edilməlidir. Çoxlu su içilməli, vitaminli qidalardan – meyvə, tərəvəzlərdən istifadə olunmalıdır. Müddət 2 həfətəyə qədər çəkə bilər. Axrıncı səpki sönəndən sonra xəstə yoluxdurucu olmur. Ondan sonra kollektiv arasına çıxa bilər. Suçiçəyi keçirən adamlarda bu xəstəliyə qarşı immunitet yaranır. Ona görə də, bir dəfə xəstəliyə yoluxan şəxs ikinci dəfə ona yoluxmur.

Suçiçəyinə yoluxmaq hamilə xanımlar üçün təhlükəlidir. Bu virus onlarda hamiləliyin pozulmasına gətirib çıxaran fəsadlar yarada bilər. Ona görə, hamilə və yeni ailə quran qadınlar suçiçəyindən son dərəcə ehtiyatlı olmalıdırlar.

Bəzən suçiçəyindən sonra uşaqlarda qulağının arxasında şiş yaranır. Bu, hansısa səpkinin ifeksiyalaşması ilə bağlıdır. Belə olan təqdirdə, mütləq həkimə müraciət etmək lazımdır".
//metbuat


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1106   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31 mart
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

7 aprel
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20 mart
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30 mart
.

Qan təzyiqini tez aşağı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. Hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıran xüsus

7 aprel
.

Süni ət təbii ətdən daha sağlamdır?

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometabolik parametrlərinə təsirini - heyvan ətinin və ya onun bitki analoqlarının istehlak

14 aprel
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. xəbər verir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərinə görə, sü

16 mart
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21 aprel
.

Səs tellərində problem olan insanlar bunun sayəsində danışa biləcəklər - FOTO

Artıq səs telləri zədələnən insanlar da danışa biləcəklər. Kaliforniya Universitetinin (ABŞ) Biomühəndislik Departamentinin alimləri bunun üçün insanın boynuna yapışdırılan xüsusi cihaz hazırlayıblar. Sözügedən qurğu boğaz əzələlərinin hərəkətlərini nitqə çevirmək qabiliyyətinə malikdir və insana sə

17 mart