İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd olunan orqanların damarlarının divarlarında yığılmış yağların tərkibindəki "pis" serum xolesterinin həddindən artıq qəbulu ilə bağlıdır".
Bu barədə Rusiyanın Dövlət Təhsil Universitetinin fiziologiya, insan ekologiyası və biotibbi biliklər kafedrasının dosenti Aleksandr Sozıkin məlumat verib.
Onun sözlərinə görə, xolestrol səviyyəsini azaldan ən yaxşı vasitə hər gün qoz-fındıq istehlak etməkdir.
"Daimi və uzunmüddətli (bir ildən iki ilədək) gündəlik qoz-fındıq istehlakı qanda xolesterinin səviyyəsinin azalmasına səbəb olur. Birincisi, qoz-fındıqda olan qida lifi bağırsaqların "pis" yağları mənimsəməsinin, udulmasının qarşısını alır. İkincisi, beyinə toxluq hissi ötürür, həddindən artıq yeməyin qarşısını alır. Bundan əlavə, "yaxşı" yağlar və "Omeqa-3" yağ turşuları "yaxşı" xolesterinin səviyyəsini artırır", - deyə mütəxəssis bildirib.
O, bu nəticənin bütün növ çərəzlər üçün keçərli olduğunu bildirib:
"Bazarda mövcud olan bütün çərəzlər (qoz, fındıq, keşyu, pekan, Braziliya qozu və sairə) düzgün və rasional qidalanma ilə xolesterolu azaltmağa kömək edir. Ancaq onları az miqdarda və müntəzəm olaraq yemək lazımdır".
Mütəxəssis donuz əti, yağ, yumurta sarısı və südün məhdudlaşdırılmasının, həmçinin balıq, zeytun yağı, qoz-fındıqdan sağlam yağların müntəzəm istehlakının xolesterol səviyyəsini azaltmağa kömək etdiyini vurğulayıb.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrToyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
2 noyabrHepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24 oktyabrAxşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
24 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabr70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabr