İtkin düşən alpinistimiz Fəridə haqqında bunları bilmirdiniz
Bu gün ötən ilin 23 dekabr tarixində Tufandağ istiqamətində itkin düşən üç alpinistdən birinin - Fəridə Cəbrayılzadənin doğum günüdür.
F.Cəbrayılzadə 1991-ci il 15 martda Masallıda anadan olub. Orta məktəbi Masallıda bitirən alpinist Azərbaycan İctimai-Siyasi Universitetinin məzunudur. O, müxtəlif alpinizm yarışlarında iştirak edib, həm də velosipedçidir. Alpinist həmçinin fotoqraflıqla məşğul idi. Ötən il "Atlas Travel"in təşkil etdiyi "Qış nağılı" fotomüsabiqəsində birinci yerə çıxmışdı.
Alpinistin rəfiqəsi Gülər Şahverdiyeva Modern.az saytına danışarkən deyib ki, Fəridə Cəbrayılzadə hər zaman axtarışda idi:
"Bizim Fəridə ilə görüşlərimiz çox vaxt baş tutmurdu. Çünki Fəridə həmişə axtarışda idi. Həmişə bir yerlər kəşf edirdi, ölkədən kənara çıxırdı. Yəni əksər hallarda üzünə həsrət qalırdıq".
Müsahibimizin sözlərinə görə, Fəridə Cəbrayılzadə təbiət vurğunu olub:
"Fəridənin çox gözəl xarakterə sahib insan idi. Onu dürüst, vicdanlı, qız uşaqlarını çox sevən, haqsızlıqlara dözməyən, əyləncəli biri kimi tanıyırdıq. Fəridə təbiəti çox sevirdi. O, həmçinin mütəmadi olaraq xeyriyyə tədbirlərində iştirak edirdi".
Alpinistin rəfiqəsi deyir ki, Fəridə ilə axırıncı görüşünün üstündən çox zaman keçib:
"Buna görə hər zaman təəssüflənirəm. Afrikadan gələndən sonra Fəridə ilə görüşəcəkdik, amma alınmadı...".
Xatırladaq ki, 23 dekabrda 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.
Onların axtarışları hələ ki bir nəticə vermir...
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2789 Tarix: 15 mart 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SON DƏQİQƏ! - Metroda hərəkət bərpa edildi
Bakı metrosunda hərəkət bərpa edilib. -in məlumatına görə, hazırda proses davam edir. Xatırladaq ki, bu gün saat 12:10 radələrində "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov"
21 aprel"Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək" - Video
"Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək". "Qafqazinfo" xəbər verir ki, bunu AZTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. O qeyd edib ki, bu, ölkəmizdə, eləcə də, Qafqazda ilkdir. Daha ətraflı videomaterialda
21 aprelŞahdağa 87 sm qar yağdı
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçınd
21 aprelSakinlərin nəzərinə: Bəzi ərazilərdə su olmayacaq
Sumqayıtın bəzi ərazilərində su olmayacaq. Qaynarinfo xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb. "Sumqayıt şəhərnin bəzi hissələrini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar aprelin 21-də səhər saat 09:00-dan axşam saatlarınadə
21 aprelAzərbaycanda 12 uşağa görün nə adı qoyulub?
Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə və çərəz adları verirlər. xəbər verir ki, ötən il 1 uşağa İnnab adı verilib. Son 5 ildə isə 2 uşağa Gilas, 6 uşağa Badam, 3 uşağa isə Püstə adı qoyulub
20 aprelAzərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldı
"Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb". Bu məlumat -a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlə
20 aprelBakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Bu barədə "Qafqazinfo"ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibb
20 aprel