Azərbaycanın "yoran müharibə" TAKTİKASI və Qarabağda itkilər – Ermənistandan ŞOK ETİRAF

Azərbaycanın "yoran müharibə" TAKTİKASI və Qarabağda itkilər – Ermənistandan ŞOK ETİRAFMartın 15-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində daha bir erməni əsgər öldü. Müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1999-cu il təvəllüdlü Edqar Yeremyan yol qəzası nəticəsində həlak olub.

Hadisəni şərh edən erməni siyasi şərhçi Sarqis Artsruninin sözlərinə görə, sözügedən hadisə cari ilin ilk ayları ərzində Ermənistan ordusundakı statistikanın kədərli mənzərəsini bir daha ortaya qoyur.

"Silahlı qüvvələrimiz təmas xəttindən uzaqda – düşmən gülləsi olmadan daha çox itki verir. Məhz orduda hökm sürən intizamsızlıq və özbaşınalıq bunun əsas səbəbləridir. Məsələn, dünənki hadisə ilə əlaqədar olaraq Qukasavan Ararat icmasının başçısı Ara Vardanyanın açıqladığı təfərrüatlar diqqət çəkir. O, KİV-ə bildirib ki, Edqar yeni sürücüdür və bu halda olduqca şübhəlidir ki, ona maşının sükanını niyə etibar ediblər? Azərbaycan yoran müharibə taktikasına tərəfdardır və bu halda ordumuzun rəhbərliyi var gücü ilə əsgərlərin həyatını və sağlamlığını qorumağa məcburdur. Amma biz hələ ki, yalnız gözəl vədlər, lovğa konsepsiyalar və vətənpərvərlik şüarları eşidirik", - o bildirib.

Siyasi şərhçi xatırladıb ki, müdafiə naziri Vigen Sarkisyan bu günlərdə geniş müsahibə verib və "Millət-Ordu" konsepsiyasını ətraflı təqdim edib: "Konsepsiyanın hədəflərindən biri ordunun şəffaflığının təmin edilməsidir. Amma bütün bu gözəl proqramlar reallıqla uyğunlaşmır. Çünki, Ermənistanda, faktiki olaraq, siyasi və ictimai nəzarət mexanizmləri hərəkət etmir. Parlament dövlət idarəçilik sisteminə keçid faktiki olaraq, heç nəyi dəyişdirməyəcək: problem siyasi mədəniyyətlə bağlıdır. Ermənistan hakimiyyəti, hətta qanunverici səviyyədə hər şeyi edir ki, güc strukturları siyasi və ictimai nəzarətdən kənar qalsın. Siyasi və ictimai nəzarət mexanizmləri hərəkət etmədiyi halda, effektiv idarəetmədən və korrupsiyanın təzahürləriylə effektiv mübarizədən danışmaq yersizdir. Orduda əsgərlərin qeyri-döyüş şəraitində həlak olması halları effektsiz və korrupsioner idarəetmənin nəticəsidir. Bu baxımdan, Azərbaycanın Ermənistandakı əsas müttəfiqi ölkədəki möhkəmlənmiş qüsurlu idarə sistemidir".

Mənbə: report.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1834   Tarix: 17 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TÜRKSOY-un Baş katibi: Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir

Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir. "Report"un Ankara Bürosu xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını ziyarət edərkən deyib. Onun sözlərinə görə, şair bütün Türk dünyasının birlik rəmzidir

5 may
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may
.

Prezident bir qrup rektoru təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. xəbər verir ki, təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalə

1 may
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may
.

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO

Mayın 8-də Bolqarıstan Respublikasının birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub. xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova Bolqarıstanın birinci xanımına ölkəmizin milli mətbəxinin xüsusiyyətləri haqqında məlumat verib. Qonağa şah plov

8 may
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

"İlin sonuna qədər sülh müqaviləsi bağlana bilər" - Politoloq

Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyanın əsas prinsipi kimi hər iki tərəfdən qəbul edilib. Bu, geridönüşü olmayan reallıqdır, bu, hər iki ölkə tərəfindən yüksək səviyyədə bəyan edilib. Bunu baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib. Onun sözlərinə görə

8 may
.

Prezident: "Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir"

"Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətləraras

1 may
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may