Arvadını vəhşicəsinə qətlə yetirən şəxs məhkəmə qarşısında: "Dedim ki, özünü yığışdır, səni boğub öldürərəm"

Arvadını vəhşicəsinə qətlə yetirən şəxs məhkəmə qarşısında: "Dedim ki, özünü yığışdır, səni boğub öldürərəm"Arvadını öldürməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çxıarılıb. O, aldığı cəzanın ağır olduğunu deyir.

1986-cı il təvəllüdlü Ələskərov Murad Şirinbəy oğlu Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 oktyabr 2017-ci il tarixli hökmü ilə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

M.Ələskərov Quba rayonu, Güləzi kəndində anadan olub, orta təhsilli, ailəli olmaqla himayəsində üç nəfər azyaşlı uşağı ulub.

Əvvəllər məhkum olunmayan M.Ələsgərov fərdi əmək fəaliyyəti ilə məşğul olurmuş.

Qısqanclıq zəminində arvadının öldürən M.Ələskərov aldığı cəzadan narazı qalıb və apellyasiya şikayəti verib. İşə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.

Əvvəlcə qeyd edək ki, M.Ələskərov arvadı Ulduz Ələskərovanın onlarla eyni evdə yaşayan ögey qardaşı Şeyda Ələskərov ilə münasibətlərinin olmasından şübhələnib.

Buna görə də Ulduz Ələskərovanı qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə arvadının tövləyə azyaşlı qızı Aybəniz Ələskərova ilə birlikdə girdiyini görüb, odun doğramaq üçün həyətdə saxladıqları baltanı götürərək onların arxasınca gedib.

İttihamda yazılır ki, M.Ələskərov xanımına arxadan yaxınlaşaraq, balta ilə onun sağ çiynindən bir dəfə vurub. Ulduz Ələskərova ayağa qalxıb özünü müdafiə etmək istəyib.

Bu zaman mərhumun azyaşlı qızı Aybəniz Ələskərova tövlədən çıxaraq evə qaçıb. M.Ələskərov arvadını yerə yıxaraq əlləri ilə boğmağa çalışıb. U.Ələskərovanın müqavimət göstərdiyini görüb, yerdən götürdüyü daş parçası ilə baş nahiyəsindən bir neçə dəfə zərbə vurub. U.Ələskərova bu dəfə də ərinin əlindən xilas olmağı bacarıb. Amma qaçmağa imkan tapmamış Murad Ələskərov yerdən baltanı yenidən götürüb arvadının arxasınca qaçaraq kürək nahiyəsindən bir dəfə vurub. Ardınca isə səkkiz dəfə Ulduz Ələskərovanın baş və çiyin nahiyələrindən vuraraq onu qətlə yetirib.

M.Ələskərov barəsində çıxarılan cəzanın sərt cəza olduğunu qeyd edərək apellyasiya şikayətində göstərib ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşman olub, ilk dəfə məhkum olunur, himayəsində əmək qabiliyyəti olmayan xəstə anası və üç azyşalı uşağı var. O. Bunların nəzrə alınaraq barəsində yüngül cəza çıxarılmasını istəyib.

31 yaşlı Murad Ələsgərov özünü qismən təqsirli bildiyini deyir. Söyləyib ki, arvadından şübhələndiyi üçün onu öldürmək qərarına gəlib: "Onları izlədiyimi başa düşmüşdülər. Hadisədən üç-dörd gün əvvəl onları güdmək məqsədilə küçəyə getmək görüntüsü yaradaraq evin arxasındakı samanlığa gizləndim. Şeyda Ulduza nəsə dedi, amma eşitmədim, dəqiq nə dediyini bilmədim. Bundan sonra qapı açıldı, Şeyda həyətə çıxdı, təxminən on dəqiqə sonra Ulduz da həyətə çıxdı. Samanlığın nəfəsliyindən baxanda Ulduzun tövlənin arxasına tərəf getdiyini gördüm. Şeydanın harada olduğunu öyrənmək məqsədilə gizləndiyim yerdən çıxıb tövlənin qabağına sarı getdim. Şeyda çəpərin yaxınlığında məni görüb birtəhər oldu, geri dönüb küçəyə tərəf getdi. Hadisədən iki gün əvvəl onları yenə güddüm. Günorta iş adıyla evdən çıxdım. Şeyda da arxamca küçəyə qədər gəldi. Şeyda görməsin deyə dağa sarı getdim. Başı qarışan kimi başqa yoldan fırlanıb qonşunun bağına keçib ağaca çıxdım və həyətimizə baxdım. Nə Şeydanı, nə Ulduzu eyvanda görmədim. Ağacdan düşüb qaça-qaça samanlığa gəlib baxdım. Orda olmasalar da, qapı açıq idi. Evə gələndə gördüm Şeyda balkonda dayanıb, Ulduz isə taxtın üstündə halsız uzanıb. Bir gün sonra da onları güddüm. Tövlənin üstündə gizlənmişdim.

Bir qədər sonra Şeyda gəlib tövlənin qabağında dayandı. Ulduz tövlədən çıxıb toyuq hininin qapısını bağladı. Şeyda hinin qabağından aşağıya düşəndə Ulduzu çağırdı. Amma Ulduz tövlədən süd vedrəsini götürüb evə keçdi. Evə gəlib Ulduzdan Şeydanın ona nə dediyini soruşdum. Ulduz mənə "eşitmədim" cavabını verdi. Aramızda mübahisə düşdü. Dedim ki, sabah Quran gətirəcəyəm, özünü yığışdır, səni boğub öldürərəm"- deyə qısqanc ər ifadəsində bildirib.

Mərhumun atası Aydın Eyyubov zərərçəkmiş kimi məhkəmədə deyib ki, cəzanın azaldılması ilə razı deyil.

Məhkəmə tərəfləri dinlədikdən və sübutları araşdırdıqdan sonra qərara gəlib ki, 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası qanuni və ədalətli cəzadır. Ona görə də, məhkəmə kollegiyası həmin cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas olmadığı qənaətinə gəlib./musavat
Arvadını vəhşicəsinə qətlə yetirən şəxs məhkəmə qarşısında: "Dedim ki, özünü yığışdır, səni boğub öldürərəm"


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1665   Tarix: 25 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda arvadını bıçaqlayaraq Çinə qaçdı - 2 gün sonra tutuldu

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisin

26 noyabr
.

21 yaşlı qadın doğuş zamanı öldü

Bakıda 21 yaşlı qadın doğuş zamanı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 3-ü saat 11 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada baş verib. Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanovanın ölümünə səbəb doğuş zaman

5 dekabr
.

Əməliyyat sarğısını açdırmaq üçün xəstəxanaya getmişdi - Qəzada öldü

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən taksi sürücüsünün məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Yusif Osmanova (soyad şərtidir) hökm oxunub. Bildirilib ki, hadisə bu ilin yanvarında Suraxan

1 dekabr
.

Ramiz Mehdiyev vəkilindən imtina etdi - "Boz kardinal" nə düşünür?

İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "boz kardinal" bu qərarı şəxsi istəyi ilə verib. Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillə

24 noyabr
.

Bakıda ata qətlə yetirildi - 19 yaşlı oğlu saxlanıldı

Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında qeydə alınıb. 1981-ci il təvəllüdlü İftixar Vəlizadə kəsici alətlə qətlə yetirilib. Cinayəti törətməkdə onun 2006-cı təvəllüdlü oğlu A.V şübhəli bilinir. İlkin məlumat

11 dekabr
.

Qonşusunun qulağını dişləyib qoparan Cavad - Həbs edildi

Bakıda qonşusuna ağır xəsarət yetirmiş şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon Sor-Sor kənd sakini 1982-ci il təvəllüdlü Cavad Rüstəmova (soyadlar şərtidir) hökm oxunub. Bildirilib ki, cinayət hadisəsi ötən ili

19 noyabr
.

Bakıda 44 yaşlı kişinin qətlinin təfərrüatı - Video

Xəbər verdiyimiz kimi, Bakıda 44 yaşlı kişi qətlə yetirilib, şübhəli kimi onun 19 yaşlı oğlu saxlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə olub. Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, 44 yaşlı İftixa

13 dekabr
.

Anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetməyə hökm oxundu

Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetmə S.A-nın cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib. -a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Müttəhim yetkinlik yaşına çatmadığ

3 dekabr
.

Yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi

Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olduğu müəyyənləşib. İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasınd

17 noyabr