ANS məhkəmədə qalib gəldi - İlkin Həsəni üzr istəyəcək
Nəsimi rayon məhkəməsi aparıcı və aktyor İlkin Həsəninin ANS Müstəqil Yayım və Media Şirkətini (MYMŞ) və onun əməkdaşlarını təhqir etməsi məsələsinə aydınlıq gətirib.
Sonxeber.az anspress-ə istinadən bildirir ki, ANS MYMŞ-nın İlkin Həsəniyə qarşı qaldırdığı iddia üzrə birinci instansiya məhkəməsi 23 sentyabr 2015-ci il tarixində yekun qətnamə qəbul edib. Qətnaməyə əsasən:
"İlkin Aydın oğlu Həsənli 22 may 2015 ci il tarixində öz Facebook səhifəsində ANS-ə ünvanladığı sözləri elə həmin sosial şəbəkə vasitəsi ilə öz adından təqzib edilməklə, ANS şirkətindən, onun rəhbərliyindən və əməkdaşlarından üzr istəməlidir.
ANS TV-nin hüquqlarını müdafiə edən hüquqşünas Sevda Məhərrəmova məhkəmənin qərarından razı qaldığını deyir. "Məhkəmə araşdırmaları zamanı, yəni 03.09.2015 tarixində İ. Həsəninin ANS MYMŞ-ın işgüzar nüfuzunu ləkələyən məlumat və ifadələrin yer aldığı sosial şəbəkədə olan statusu silindiyi məlum oldu. Lakin əvvəlcədən həmin statusun şəklini götürdüyümüz və bir saytların bu statusdan xəbər düzəltməsinə görə heç bir çətinlik yaşanmadı",-deyə hüquqşünas bildirib.
İlkin Həsənli 22 may 2015 tarixində öz facebook səhifəsində www.youtube.com sosial şəbəkəsindən yerləşdirdiyi videoya başlıq kimi ANS-i təhqir edəcək status paylaşmışdı.
Həmin status belədir:
"14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz,onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməli idiz! Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiz! OK, olsun!".
Bu statusdan sonra bir sıra xəbər portalları bu təhqir dolu xəbərləri tirajlamışdı.
Bundan sonra ANS MYMŞ açıq şəkildə bəyanat verib. Həmin bəyanata deyilir:
"ANS bundan sonra da öz nüfuzunu, əməkdaşlarının şərəf və ləyaqətini etibarlı surətdə qoruyacaq. Əgər kimsə milli mənəvi dəyərlərə həqarət edəcəksə, Azərbaycan xalqının heysiyyatına toxunan addımlar atacaqsa, qarşısında ANS-i görəcək. Heç bir KİV və ya onun nümayəndəsi bizim sərt və amansız reaksiyamızdan sığortalandığını güman etməsin. Biz milli mənəvi dəyərlərin hardan başlandığını və onu tapdayan şəxslərin namus və ismət böhranı keçirmə səbəblərini yaxşı başa düşürük. Məhkəməyə müraciət etməyimizin səbəbi də elə bu fikri çatdırmaqdır ki, hər kəs öz yerini bilsin. Yoxsa, onlara yerlərini biz göstərəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Yaprak Dökümü"nün aktrisası TANINMAZ HALDA - FOTOlar
"Yaprak Dökümü" serialında "Sedef" obrazını canlandıran aktrisa Seda Demirin son görünüşü diqqət çəkib. Demirin sosial şəbəkə hesabında paylaşdığı fotolar pərəstişkarları tərəfindən sevinclə qarşılanıb. 42 yaşlı aktrisanın paylaşdığı fotolar minlərlə bəyənmə toplayıb. Seda Demir
14 dekabrRöya Balaəlinin xanımını belə təbrik etdi - VİDEO
Xalq artisti Röya Ayxan telekanalların birində qonaq olarkən maraqlı anlar yaşanıb. xəbər verir ki, veriliş zamanı ona kim tərəfindən gül göndərildiyi soruşulub və pop ulduz göndərənin meyxanaçı BalaƏli olduğunu düzgün təxmin edib. Məlum olub ki, BalaƏli həyat yoldaşının ad günü olduğu üçün efirə şəxsə
12 dekabrMəşhur fenomenin sürət qatarında etdikləri narazılıq doğurub - VİDEO
Sosial media fenomeni Mükremin Gezgin sürət qatarı ilə etdiyi səfər zamanı sərgilədiyi davranışla ictimaiyyətin narazılığına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, fenomen qatar vaqonunun ortasında yer süfrəsi açaraq yemək yediyi anları videoya çəkib. Digər sərnişinləri narahat edən b
16 dekabr"Heç nə edə bilmədilər ki, bu yola əl atdılar, kaş özlərinə inanardılar"
Xalq artisti Röya Ayxan bayağı mahnı ifaçılarından danışıb. xəbər verir ki, pop ulduz qonaq olduğu "Tarixin bir günü" verilişində Kəmalə Günəşli və bənzər ifaçılar barədə diqqət çəkən açıqlamalar verib:. "Efirdə Kəmalə Günəşlini efirdə görmüşəm, muğam oxuyurdu. Necə muğam oxuduğunu gördünüz
9 dekabrAzərbaycanlı müğənni vəfat etdi - FOTO
Azərbaycanın bir zamanlar məşhur müğənnisi olmuş Zahidə Məmmədsalahova dünyasını dəyişib. Bu barədə -a məlumatı jurnalist Sara Safura verib. Müğənninin uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Qeyd edək ki, Zahidə Məmmədsalahovanın rəhbərlik etdiyi "Nigar" Qızlar Ansamblı zamanını
13 dekabr"Anam bilir ki, atamı SEVMİRƏM"
Müğənni Leyla Rəhimova açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, atası münasibətləri olmayan ifaçı ona qarşı heç doğmalıq hissinin olmadığını etiraf edib:. "Atamla görüşməyimə heç bir qadağa qoyulmayıb. Sadəcə atamın yanına getməyi anama deməmişdim. Burada qadağalıq bir şey yoxdur. Məncə he
8 dekabrPutin sabah Ərdoğanla görüşəcək
Rusiya lideri Vladimir Putin Türkmənistana səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirəcək. xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Sabah Aşqabadda bir sıra ikitərəfli görüşlər planlaşdırılır"
11 dekabrSəsləri Murad Adıgözəlzadə və Ayselin qızı ELAN EDƏCƏK - FOTO
"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycan adından xalları kimin elan edəcəyi açıqlanıb. Axşam.az xəbər verir ki, xallar Leyla Adıgözəlzadə tərəfindən elan ediləcək. Qeyd edək ki, Leyla Xalq artisti Murad Adıgözəlzadə və onun keçmiş xanımı, "Avroviziya 2009" mahnı müsabiqəsini
13 dekabr