Toy sabahı döyülən, dili paralanan gəlinin dəhşətli - Ailə dramı

Toy sabahı döyülən, dili paralanan gəlinin dəhşətli - Ailə dramı"Döyülməkdən canımı qurtarmaq istəyirəm", - biz onunla danışmağa cəhd edən zaman ağlaya-ağlaya təkrarladığı sözlər bu idi... Sakitləşəndən sonra yaşadığı hadisəni danışmağa başladı. Məlum oldu ki, toyundan bir gün sonra döyülüb, şiddətə məruz qalıb, danışmaqda çətinlik çəkir...

Bu dəfə həyat hekayəsini bölüşəcəyimiz şəxs uğursuz ailə həyatının qurbanı olan, xəyalları puça çıxan qadınlardan biri Rahilə Abdullayevadır (ad şərtidir). Hazırda o döyüldüyü zaman aldığı ağır zərbələrin fiziki və psixoloji sağlamlığına vurduğu ziyanı aradan qaldırmaq üçün müalicə alır.

Xoşbəxt ailə, uşaq xəyalı...

Həmsöhbətim deyir ki, ailədə üç uşaq olublar:

"Ailədə iki qardaş, bir bacı olmuşuq. Rayonda balaca bir evimiz var idi. Şad-xürrəm yaşayırdıq. Mən valideynlərimin sevimli qızı idim. Onlar heç vaxt mənə və qardaşlarıma əl qaldırmayıblar. Nəyisə səhv edəndə bizə izah edirdilər, amma döymürdülər... Bir gün ailəmizlə birlikdə qohum toyuna getmişdik. Elə gələcək həyat yoldaşımla həmin toyda tanış olduq. Altı aydan çox danışdıq, görüşdük. Bir-birimizi sevirdik. Mən elə düşünürdüm... (ağlayır). Sonra oğlan dedi ki, məsafə uzaqdır. Bizimkilərin sizə gəlməsinə, nişan və qız toyu etməyə imkanım yoxdur. Qoşul mənə, qaçaq, evlənək. Bir müddət düşündüm. Sevdiyim üçün xoşbəxt ailə, gözəl günlər, ana olmaq xəyalı ilə onun fikirləri ilə razılaşdım və qoşulub qaçdım. Oğlan məni ailəsinə təqdim etdi, qəbul etdilər. Bir həftədən sonra toy planlaşdırdılar, mənim ailəmə barışığa getdilər. Sonra toy oldu..."

"İçkini bir az azalt"

Rahilə Abdullayeva elə toyunun səhəri günü həyat yoldaşı tərəfindən döyülüb.

Deyir, elə bil qəfildən 6 ay danışdığı insan gedib, yerinə tanımadığı bir insan gəlib:

"Sanki mən onun düşməniymişəm kimi davranırdı. Məni toyun səhəri elə döydü ki, səsimə qonşular gəldi. Toyda çox içdi. Dedim, içkini bir az azalt. Əsəbiləşdi. "Sən mənim işimə qarışma", - dedi. Sərxoş olana kimi içdi. Toy bitəndə baldızım, qaynım və qayınarvadım məni götürüb öz evlərinə apardılar. Yoldaşımı isə biz yaşayacağımız evə yola saldılar. Səhəri gün həyat yoldaşım gəlib, məni öz evimizə gətirdi. Heç bir səbəb olmadan döydü. Səbəb isə toyda "içkini bir az azalt" - deməyimmiş. Ağzım, damağım partladı, gəlinlik paltarım hamısı qan oldu. Sonra mənimlə yatmaq istədi. Mən etiraz edəndə isə zorladı. Qonşular qışqırıq səsimə gəldilər. Oğlanın qardaşına zəng etdilər. Dedi, onlara de ki, yıxılmışam, qoy çıxıb evlərinə getsinlər. Psixoloji problemi var idi. Bir müddət yaxşı olurdu, bir müddət məni döyürdü. Ailəsi mənə kömək edirdi. Amma hər şey bir müddətə qədər...".

Bütün bunları danışdıqca Rahilənin rəngi-ruhu özündən gedirdi. Sanki gözünün qarşısında həmin anlar canlanırdı. Mənə deyirdi ki, sizə danışanda sanki döyüldüyüm günləri yaşayıram. Elə bilirəm ki, bu dəqiqə həyat yoldaşım arxadan saçlarımdan tutub məni yerlə sürüyəcək.

"İçdiyi vaxt gözünə görsənmirdim ki..."

Şiddət görən qadın deyir ki, oğlanın ailəsinin köməyi ilə onunla barışıb və bir normal ailə kimi yaşayıblar:

"Barışandan sonra arada sözlərimiz uyğun gəlmirdi. Dalaşırdıq, amma bir il məni döymədi. Mən də deyirdim, hər ailədə söz-söhbət olur. Əsas şiddət bitdi, bunu da söz etsəm, Allaha acıq gedər. Susub səbr edirdim. Bir ildən sonra həyat yoldaşım evə gec gəlməyə başladı. Elə olurdu ki, heç gəlmirdi. Evə gələndə də çox vaxt sərxoş olurdu. Kaprizlər edirdi. Çayı gec verdin, sualıma gec cavab verdin, mənimlə soyuq danışdın kimi bəhanə edərək, məni döyürdü. Ailəsi ona içməməsini, evinə tez gəlməsini deyən kimi, heç bir səbəb olmadan məni vururdu. Ən çox başıma çırpırdı. Sonuncu dəfə məni döyəndə hamilə idim. Aldığım zərbələrdən uşağımı itirdim. Məni o qədər döyürdü ki, üzümdəki, gözümün altındakı göyərmələrin sağalması aylar çəkirdi. Evdən çölə çıxa bilmirdim. O içəndə gözünə görsənmirdim ki, nəyisə bəhanə edib yenə döyməsin".

Rahilə danışdıqca, səsinin əsdiyini hiss etdim. Əvvəl elə bildim, həyəcanlanır. Onu sakitləşdirmək üçün qolunu tutdum və "qorxma" dedim. Hər şey geridə qaldı, artıq heç kim səni incitməyəcək, günahın olmadığı şeylərə görə döyülməyəcəksən. Lakin sonra bildim ki, həyat yoldaşı onu döyən zaman çənəsinə o qədər güclü zərbə vurub ki, dişləri dilini paralayıb. Rahilə deyir ki, o zədədən sonra bəzən belə kəkələmələr olur.

"Hər gün səbəbsiz döyülmək olarmı?"

Nəfəsini dərib davam etdi:

"Gördüyüm şiddətlərə dözə bilməyib, atam evinə qaçdım. Hər gün səbəbsiz döyülmək olarmı? Bəhanələr ilə döyülməkdən, təhqir edilməkdən bezmişdim. Atam evinə qayıdanda valideynlərim, qardaşlarım boşanmaq istəyimə etiraz etdilər. Dedilər, ölsən də, qalsan da boşanmaq olmaz ki, olmaz. Amma bir müddət atamın evində qaldım. Sonra həyat yoldaşımın ailəsi, ağsaqqallar gəldilər. Yenə dil-ağız edib danışdılar, razı saldılar ki, cavandırlar, barışsınlar. Yoldaşım özü mənə yalvardı ki, onu bağışlayım. Deyirdi, bəs məni döyən zaman sərxoş olub. Bağışlaya bilmirdim. Bir də məni döyməyəcəyinə söz verdi. Anam, atam, qardaşlarım hamısı ona inandı, düşdülər mənim üstümə ki, mən hər şeyi böyüdürəm. Mənə dedilər ki, boşanma, ərindi, bağışla, get evində otur. Mən də razılşadım. Evə gəlməyimdən 20 gün keçərdi ki, yenə mənə şiddət göstərməyə başladı. Valideynlərimə, qayınanama zəng edib yalvardım ki, məni xilas edin. Amma onlar dedi ki, qəbul elə və yaşa. El, camaat arasında biz nə deyərik. Birmənalı şəkildə boşanma. Aylardı məni döyməyə, söyməyə davam edirdi".

Həyat hekayəsini sizinlə paylaşdığım Rahilə Abdullayeva müalicəsi bitdikdən sonra qanuni yollarla onu döyən həyat yoldaşından ayrılacağını dedi. Bundan sonrakı həyatında valideynləri ilə heç bir əlaqə qurmayacağını, həyatını təkbaşına qaydasına salmağa çalışacağını bildirdi...

Teleqraf.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1988   Tarix: 11 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş

İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyest

20 dekabr
.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr