Dolların satışı dayandırıldı? – Mərkəzi Bankdan AÇIQLAMA

Dolların satışı dayandırıldı? – Mərkəzi Bankdan AÇIQLAMAPaytaxt Bakıda yerləşən banklarda dolların satışının dayandırılması ilə bağlı məlumatlar yayılıb. Sakinlər 2 gündür ki, banklardan dollar əldə edə bilmədiklərini deyiblər.

Mərkəzi Bankdan Axar.az-a bildirilib ki, dolların satışının dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bank əməkdaşı dolların satışında heç bir problemin olmadığını, satışın davam etdiyini deyib.
"Kapital Bank"ın mətbuat xidmətinin əməkdaşı Rüstəm Məmmədov da dolların satışı ilə bağlı hər hansı problemin olmadığını bildirib. Onun sözlərinə görə, "Kapital Bank"ın bütün filiallarında hazırda dolların satışı həyata keçirilir.

"Unibank"dan da hazırda dollar alğı-satqısı ilə bağlı problem yaşanmadığı açıqlanıb:

"Bütün müştərilər yaşadığı əraziyə ən yaxın filialımıza müraciət edərək dollar ala bilər. Məsələn, 7-ci mikrorayon ərazsində yaşayan vətəndaşlar dollar almaq üçün "Gənclik" (Atatürk prospekti 2a), yaxud da "Əcəmi" filiallarımıza müraciə edə bilər".

"Azər-Türk Bank"ın mətbuat katibi Rauf Ağayev isə yalnız rublun alışının həyata keçirilmədiyini deyib:

"Bankımızda ABŞ dolları, rus rublu, İsveçrə frankı, ingilis funt-sterlinqinin satışı aparılır. Bunlardan yalnız rublun alışını bir qayda olaraq mərkəz filialımız həyata keçirilir. Kassaların qarşısında da az sayda adam var, heç bir narahatlıq yoxdur və dollar alğı-satqısı normal şəkildədir".

"Əmrah Bank"dan isə bildiriblər ki, bu gün saat 13:00-dan dollar satışı başlayıb:

"Dolların satışı dayandırılmayıb. Mərkəzi Bankla əlaqədar olaraq, satış saat 13:00-dan başlayıb. Hazırda istənilən şəxs filiallarımıza yaxınlaşaraq, dollar ala bilər".

"Ekspress Bank"dan da dollar satışının dayanmadığı qeyd edilib: "Bizim bankda dollar satışı dayandırılmayıb. İstənilən şəxs filliallarımıza yaxınlaşaraq, kassanın cari durumuna uyğun dollar ala bilər".

"Turan Bank"ın əməkdaşı Ülviyyə Kərimli də satışın dayandırılmadığını və dollar almaq istəyən şəxslərin "Turan Bank"ın istənilən filialına yaxınlaşaraq, dollar ala biləcəyini bildirib.

Qeyd edək ki, ölkəmizdə iki gündür dolların satışının dayandırılması ilə bağlı müxtəlif şəxslər tərəfindən məlumatlar yayılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2204   Tarix: 13 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021