Mətbuat Şurasına əlavə səlahiyyət VERİLİR?

Mətbuat Şurasına əlavə səlahiyyət VERİLİR?"Mətbuat Şurası haqqında" qanun layihəsinin üzərində iş gedir.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında komitə üzvü Əflatun Amaşov deyib. O bildirib ki, belə bir qanun layihəsinə ehtiyac var: "Mətbuat Şurasının fəaliyyəti qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı qanuna uyğun olaraq tənzimlənir. Şuranın qəbul etdiyi müəyyən qərarlarla bağlı çətinliklər var. Belə qərara gəlmişik ki, yeni qanun layihəsi hazırlanarsa, qəbul edilən qərarlar daha çevik şəkildə həyata keçirilər".

Komitə sədri Rəfail Hüseyenov isə deyib ki, Mətbuat Şurası ilə bağlı qanun layihəsinin hazırlanmasına etiraz etmir: "Şuranın fəaliyyəti ilə bağlı geniş hüquqi zəminə ehtiyac varsa, buyurun, hazırlayın. Biz bunu nəzərdən keçirə bilərik. Hesab edirəm ki, Mətbuat Şurasının fəaliyyətini müvafiq Əsasnamə tənzimləyir.

Sosial   Baxılıb: 343   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR