Anar Nağılbazın videosuna baxmaq istəyənlər

Anar Nağılbazın videosuna baxmaq istəyənlərBaşlığı oxuyub, pornoya baxmağa gələn hörmətli oxucu, sənə sözüm var.

Rejissor olsa da, həyatı, xüsusilə sonları başqaları tərəfindən çəkilən reper oynadığı filmdə izləyənlərin qarşısına porno ulduz kimi çıxdı - görüntülər sürətlə sosial-şəbəkələrdə yayıldı. Bu dəfə Anar gəncləri reper kimi yox, aktyor kimi şəhvətə gətirə bildi.

Yapon atalar sözü var, "Qızılı odla, qadını qızılla, kişini qadınla sınayarlar".

"Qızlar mənə baz deyirlər… elə hey yaz deyirlər" - sözləri dilindən düşməyən Anar Nağılbazı qadınla sınamaq çətin olmadı. Sonunu istədikləri kimi yazıb ölüm hökmünə imzanı da atdılar. Özü də harada, baz-lıq-da…

Bu yerdə haşiyə çıxmaq istəyirəm. On dörd il əvvəl yayımlanan "Popstar" müsabiqəsinin iştirakçısı Bayhan ilə o zaman münsif üzvü olan Dəniz Səki arasında gərgin anlar yaşanmış, Dəniz Səki Bayhanı həbsdə yatdığı bəhanəsi ilə sərt tənqid etmişdi: "Bir popstar cinayət işləyə bilməz. Həbsə girən adamdan sənətçi olmaz. Bunları cəmiyyətdən qovmalıyıq". On il sonra isə narkotik maddələrin ticarəti ilə məşğul olduğu üçün Dəniz Səki həbs olundu. Oxşar hadisələrə tez-tez rast gəlinir, onlardan biri də Hüseyn Dərya və Anar Nağılbaz polemikasıdır.

Müsahibə zamanı Hüseyn Dərya haqqında narkotik istifadə etdiyi üçün xalqa pis nümunə olduğunu deyən Anar Nağılbazın bu gün porno görüntüləri yayılırsa, ondan daha yaxşı nümunə olduğunu deyə bilərikmi?

Ümumiyyətlə, insanların intim həyatı bizə niyə maraqlı olmalıdır? Şəxsi həyata müdaxilə nə qədər doğru və yolveriləndir? Əvvəla onu qeyd edim ki, Anar və digərləri ictimai fiqur olduğu üçün insanlar təkcə onları sevmir, həm də həyat tərzlərini mənimsəyirlər. Həmin şəxslərin yaxşı nümunə olması şərtdir və bu meyarları müəyyən qədər də ictimai qınaq formalaşdırır. Lakin bəzi sərhədlər var ki, onlar gözlənilməlidir, əks halda ictimai qınaq dağıdıcı ola bilər.

Onu da əlavə edim ki, görüntülərin yayılması şəxsi həyata müdaxilə olduğu üçün cinayət məsuliyyəti daşıyır. Hətta Anar Nağılbaz ictimai nüfuzuna vurulan zərərə görə 25-35 min manat tələb edə bilər.

Bundan başqa Elariz, Röya və digərlərinin erotik görüntüləri də heç kimə yad olmamalıdır. Bilməyənlər "google" müəllimdən soruşa bilərlər. Təbii ki, sözügedən mənzərə xoşagələn deyil, amma sənəti şəxsin intim həyatına qurban vermək olmaz. Bu fikirlə söhbət Röyadan və digərlərindən düşəndə çoxları razı olur. "Məni şəxsi həyatı yox, sənəti maraqlandırır" deyirlər. Söhbət niyə Anara gələndə eyni fikirdə olmurlar? Tənqid, təhqir, ələ salmalar… Hələ özü bir şəxsiyyət olmayanlar Anara atmaca atır, ələ salmağa, aşağılamağa çalışırlar. Bəzi "xəbər" saytları Anarla bağlı xəbər yazanda ən iyrənc başlıqlara əl atırlar. "Anarın yeni videosu yayıldı" adı ilə müsahibəsini, "Anar dilinin bəlasına düşdü" başlığı ilə isə efirdə dalaşmasını yaydılar.

Azərbaycandilli rep albomlarından sonra "Repin Atası" qəbul olunan Anar digərlərindən həm də ona görə fərqlənir ki, ondan sonra gələnlər ona baxıb öyrənsə də, onun baxıb öyrənəcəyi kimsə yox idi.

Atası millət vəkili olduğu halda rahat həyatı qoyub xalqın yanında dayanan, sosial mövzularda rep deməkdən çəkinməyən Anarı indi bu xalq niyə qəbul etmir? Anar elə həmin Anardır, həyatının 20 ilini bu sənətə, bu xalqa həsr etmiş, oxuyub yazmağı hələ dörd yaşında özü öyrənmiş balaca uşaq…

Unutmaq lazım deyil ki, hər kəs səhv edə bilər. İnsan bir səhv edəndə yox, bir səhvinə görə bütün doğruları silinəndə pis insan olur. Azərbaycan rep sənətinə verdiyi töhvələrə görə tarixə adını qızıl hərflərlə yazan Anarı cəmiyyətdən təcrid etmək yox, onu qəbul etmək, problemi araşdırıb kökündən həll etmək lazımdır. Çünki təcrid olunan hər kəs uçuruma sürüklənməyə məhkumdur və bunda təkcə onun yox, hamının əli var.

Sonda Anarın "Fahişə" treki, xüsusilə iki misrası yadıma düşür: "Hər gecə bir çarpayıdır, indi yurdun, vətənin" - dilini fahişənin vətəninə pənah aparan reper, görünür, hələ uzun müddət vətənsiz qalacaq…

Xalqın gözü səngər deyil, amma qınaq atəşinə tutan çox olur. Mən bu yazıma "Anar Nağılbazın videosuna baxmaq istəyənlər" başlığı qoydum, çoxunuz videoya baxmaq üçün yazıya daxil oldunuz. Çünki sizə kimlərinsə yataq görüntüsü, intim həyatı dəhşətli dərəcədə maraqlıdır.

Yeri gəlmişkən, atəşkəs pozulub, itki var - ölən 1974-cü il təvəllüdlü, Bakı şəhəri sakini Cəbiyev Anar Rizvan oğludur…

Fərid Özay//minval.info


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4277   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayram günlərində metroda iş rejimi dəyişəcək

Bayram günlərində Bakı metropolitenində tətbiq olunacaq iş rejimi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də qatarların hərəkət qrafiki dəyişdiriləcək. Zəruri ehtiyat tədbirlər nəzərə alınmaqla, qeyd edilən tarixlərdə "28 May-Əhmədli"

25 may
.

Səyahətdən sonra "jet lag"ı ən qısa müddətdə necə keçirmək olar?

Uzunmüddətli uçuşlardan sonra günlərlə davam edən yuxu pozğunluğu, halsızlıq və yorğunluqla mübarizə aparan sərnişinlər artıq texnologiyanın köməyi ilə bu problemi daha tez həll edirlər. Xüsusilə "Timeshifter" kimi elmi verilənlərə əsaslanan tətbiqlər fərdə özəl "jet lag planları"

27 may
.

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı - Video

Mayın 22-də Dənizkənarı Milli Parkda gimnastika məşqçisi N.Kərimovaya qarşı edilmiş cinayət əməlinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdən 47 yaşlı Şamxal Nəcəfovun bulvarda hərəkətdə olarkən məhəccərin qarşısında dayanmış gənc qıza fiziki olaraq əxlaqsız hərəkətlə

26 may
.

Azərbaycanda bu gün qısa iş günüdür

Bu gün Azərbaycanda qısa iş günüdür. -ın məlumatına görə, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən əvvəlki günlərdə iş vaxtı bir saat olmaqla qısaldılır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının müvafiq qərarın

26 may
.

Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkərana səfəri zamanı şəhid Ülfət Babazadənin ailəsini ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Vətən müharibəs

26 may
.

İmtahanda maksimum bal toplayan 4 nəfər kimdir?

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Qaynarinfo Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu imtahanda iştirakı nəzərdə tutulan 55282 nəfərdən 398 nəfər imtahana gəlməyib. Tələb oluna

26 may
.

Restoranlarda müştərilərdən servis haqqının tutulması qaydaları - Qanun nə deyir?

Ölkədə fəaliyyət göstərən bəzi restoranlarda müştərilərdən ümumi xidmət haqqından əlavə, müxtəlif məbləğlərdə servis haqqı da tutulur. -ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu restoranlarda müştərilərdən tutulan həmin servis haqları ilə bağlıdır. Müştəridən nə zaman servis haqqı tutul

28 may
.

"AF Mall"un üzlüyü qoparaq qadının üstünə düşdü

Bakıda "AF Mall" Ticarət Mərkəzinin üzlüyü qoparaq yerə düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə nəticəsində bir qadın xəsarət alıb. Hadisəyə səbəb kimi şiddətli dolunun yağması göstərilir

26 may
.

Sabah 30 dərəcə isti gözlənilir

Azərbaycanda mayın 27-də havanın 30 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətl

26 may