Qara çay təzyiqə necə təsir edir? - Dietoloqlar izah edir

Qara çay təzyiqə necə təsir edir? - Dietoloqlar izah edirŞəkərsiz qara çay sağlamlıq üçün faydaları ilə yaxşı tanınır. Bir çox insan yüksək qan təzyiqi - yəni hipertoniyadan əziyyət çəkir. Eyni zamanda bəzi qidaların qəbulu təzyiqi azaltmağa kömək edə bilər. Onlardan biri də qara çaydır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, şəkərsiz qara çay sağlamlıq üçün bir çox faydalara malikdir; o, beyin funksiyalarını yaxşılaşdırır, 2-ci tip diabet və ürək xəstəliklərindən qorunmağa kömək edir.

Araşdırmalar zamanı məlum olub ki, gündə cəmi 2 fincan qara çay içmək işemik ürək xəstəliyi riskini 14 faiz azalda bilər. Bunun üçün isə sağlam arterial təzyiqin qorunması vacibdir.

Qidalanma mütəxəssisləri bildiriblər ki, qara çay qan təzyiqinə üç əsas yolla təsir edə bilər.

Ekspertlər bildirir ki, qara çayın tez-tez qəbulu sistolik arterial təzyiqi - yəni təzyiq ölçülərkən alınan yuxarı göstəricini azalda bilər.Onlar həmçinin sistolik təzyiqin normal səviyyədə saxlanılmasının ürək-damar xəstəlikləri və insult riskinin azaldılması üçün vacibliyini də qeyd ediblər. Qara çayın tərkibində olan polifenollar qan damarlarının daxili səthini örtən endotel hüceyrələrinin fəaliyyətini yaxşılaşdıra bilər.

Qara çayın damar sağlamlığını qorumasının başqa bir yolu da var; qara çayın polifenolları həm ümumi xolesterinin, həm də "pis" LDL xolesterinin səviyyəsini azalda bilir. Bu isə damar divarlarının qalınlaşmasına səbəb olan aterosklerozun inkişafından qorumağa kömək edir.

2. İltihabla mübarizə aparır

İltihab hipertoniyanın inkişafında müəyyən rol oynayır. Araşdırmalar göstərib ki, qara çay qanda olan C-reaktiv zülal adlı iltihab markerinin səviyyəsini azalda bilər.

Mütəxəssislərin fikrincə, qara çaydakı polifenollar - xüsusilə katexinlər - iltihaba qarşı qoruyucu təsir göstərən əsas maddələrdən biridir.

3. Hipertoniyadan qoruya bilər

Çay içmək yüksək qan təzyiqi riskinin təxminən 10 faiz azalması ilə əlaqələndirilir. Bu göstərici çayın növündən asılı olaraq dəyişir.

Qara çayın tərkibindəki polifenollar kompleksi uzunmüddətli perspektivdə, kofein olmasına baxmayaraq, sağlam qan təzyiqini dəstəkləyir.

Bundan əlavə, qara çay qan təzyiqinin yüksəlməsində mühüm rol oynayan renin fermentinin istehsalını azaldır.
Qara çayı hər gün içmək təhlükəsizdirmi?

Mütəxəssislərin fikrincə, hər gün qara çay içmək təhlükəsizdir və ümumi sağlamlıq üçün faydalı ola bilər. Lakin bu içkinin tərkibində kofein var. Əgər o sizdə əsəbilik yaradırsa və ya gecə yuxusuna mane olursa, istifadəsini azaltmaq məsləhətdir.

Qara çayın başqa bir mənfi tərəfi isə tərkibindəki taninlərdir. Onlar dəmirin mənimsənilməsini zəiflədə bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 771   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr