Hacı İbrahim vəzifədən çıxarılan eks məmur qardaşından "imtina etdi"

Hacı İbrahim vəzifədən çıxarılan eks məmur qardaşından "imtina etdi"Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevmətbuata son açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov haqqında narazılığını ifadə edib, onun sərəncamına verilən vəsaitlərin ünvanına çatmadığını və bütün bunlardan ölkə prezidentinin xəbərdar olduğunu vurğulayıb.

Son illər mətbuat Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov, onun qardaşları - "Avesta" konsernin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) və iş adamı Sahil İbrahimovun adını müxtəlif qaranlıq məsələlərdə hallandırır. Hətta iddialara görə, İbrahimovların mövqeləri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin ifşasından sonra sarsılıb. O da qeyd edilir ki, iqtidarda dayaqlarını və nüfuzunu itirən qardaşlar haqqında ölkə rəhbərliyinə xoş olmayan məlumatlar çatdırılıb.

Xüsusilə Hacı İbrahim Nehrəmlinin "Beynəlxalq bank işi"nə görə bir neçə dəfə istintaq tərəfindən dindirilməsi və kredit oyunlarında iştirakının üzə çıxması, sahibkar qardaşı Sahil İbrahimovun tikinti şirkətində dələduzluq hallarının ifşa edilməsi və ən əsası qardaşlardan dövlət vəzifəsi daşıyan Nazim İbrahimovun rəhbəri olduğu komitədə "yuyulan" pulların araşdırılması bütövlükdə bu "ailə biznesi"nin sonunu gətirib.

Amma qardaşlar arasında qohumluq həddində isti münasbətlərin olmadığı heç kimə sirr deyil. Bəzi məlumatlara görə, Dövlət Komitəsindəki işini itirən Nazim İbrahimov Hacı İbrahim Nehrəmli ilə birgə çalışmağa, biznes fəaliyyətinə keçməyə hazırlaşır.

Modern.az məsələni dəqiqləşdirmək üçün Hacı İbrahim Nehrəmlinin mövqeyini öyrənməyə çalışıb. Hacı İbrahim açıqlamasında işlərilə bağlı hər hansı yenilik olmadığını, hələ də gözləmə mövqeyində qaldığını bildirib:

"Hələ ki, işlər istədiyimiz səviyyədə getmir".

Nazim İbrahimovla birgə fəaliyyət göstərməsinə gəlincə, İ.Nehrəmlinin cavabı birmənalı olub:

"O ki qaldı, adını çəkdiyiniz şəxsə, xahiş edirəm mənə onun barəsində sual verməyin. O gün də bir jurnalist zəng vurdu, sonra baxdım mənim adımdan dastan boyda açıqlama yazıblar. Halbuki, o sözlər mənə aid deyil. Məndən özümə aid nə istəyirsiz soruşun, onun haqqında isə heç nə".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2034   Tarix: 29 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş

İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyest

20 dekabr
.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr