Günay Musayeva: "Heç bir kişi məni döyə bilməz"

Günay Musayeva: "Heç bir kişi məni döyə bilməz"Türkiyədə fəaliyyət göstərən model Günay Musayevanın müsahibəsi:

- Son günlər keçmiş həyat yoldaşınız, aktyor Tolqa Karelin sizi döyməsi xəbərləri ilə Türkiyə mətbuatının gündəmindəsiniz. Adi qadınların belə şiddətə məruz qalması müzakirələrə səbəb olur. Sizin kimi məşhur birinin şiddət görməsi və buna müəyyən müddət susması hər kəsi təəccübləndirdi.

- Mən döyüldüyümü deməmişəm. İki həftədir ki, bu mövzu Türkiyə mətbuatının gündəmindədir. İki gündür Bakıdayam. Amma yenə yazırlar ki, döyülməyim barədə açıqlama vermişəm. Jurnalist sual verir, cavab vermirəm. o istədiyi cavabı yazır. 3 həftə əvvəl psixoloji şiddət gördüyümü bildirdim. İstanbulda çölə çıxa bilmirəm, hər yerdə jurnalistlər gəlib tapır, eyni mövzunu təkrar-təkrar verirlər. Qaçıb Bakıya gəlmişəm. Bu mövzuya son qoyulmasını istəyirəm, mən döyülməmişəm.

- Boşanmağınızla Türkiyə vətəndaşlığı almağınız eyni vaxtda düşdü. Daha sonra döyülməyiniz haqda xəbərlər yayıldı. İnsanlar sizin bu evliliyi vətəndaşlıq almaq üçün davam etdirdiyinizi düşündülər.

- Mən döyüləcək, fiziki şiddətə göz yumacaq qadına bənzəyirəm? Burda nöqtə qoyaq. Heç kim mənə əl qaldıra bilməz, bu mümkün deyil.

- Fiziki şiddətə məruz qalsaydınız, necə davranardınız?

- Fiziki şiddətə heç vaxt məruz qalmamışam, bilmirəm ki, necə davranardım. Bir qadına əl qaldırmaq bağışlanmazdı. Təbii ki, susmazdım.

- Evli olduğunuz zaman Karelin sizə xəyanət etməsi xəbərləri də yayılıb. Siz evlənməmişdən öncə də Karel qadınlara düşkün, gecə həyatı olan, tez-tez dalaşan biri olaraq Türkiyə gündəmində idi. Bilə-bilə belə biri ilə niyə ailə qurdunuz?

- Evli olduğumuz zaman Tolqanın mənə xəyanət etməsi doğrudur. Evlilik söhbətlərimiz keçmişdə qaldı. Bu haqda danışmaq istəmirəm.

- Evlənməyinizə peşman olmadınız?

- Ailə qurduğum üçün peşman deyiləm. Çox gözəl oğlum var. Bu evlilik mənə şirin, həyatımın mərkəzində dayanan Cihangir Canı bəxş etdi. Həyatımda atdığım heç bir addımdan peşman deyiləm.

- Azərbaycanın tanınan 2 modelindən birisiniz. Moda sahəsini Azərbaycanda inkişaf etdirmək üçün addım atmağı düşünmürsünüz?

- Azərbaycanda gələcəkdə moda ilə bağlı işlər görə bilərəm. Hələ ki, belə bir planım yoxdur.

- "Bu stil mənim Azərbaycan" verilişində münsif olacaqsınız. Bu proqramın Türkiyə variantı qalmaqallarla yadda qalıb, RTÜK qalmaqallara görə verilişi dəfələrlə cərimələyib, qızlar isə tez-tez dava salır. Bizdə belə bir durumun yaşanmasından narahat deyilsiniz?

- Mən qalmaqallı insan deyiləm. Türk prodüser menecerim vasitəsilə təklif göndərib. Dəfilələrim çox olur, noyabrda yeni serialda çəkilməyə başlayacam. "Show TV" də moda yarışmasında münsif olmağı təklif etmişdi, vaxt azlığına görə qəbul etmədim. "Bu stil mənim Azərbaycan" 8 bölüm 4 gündə Türkiyədə çəkiləcək. Çəkilişlər TV8-in studiyalarında baş tutur. Evimə də yaxındır. Prodüser Hamid Tuncer çox güvəndiyim insandır, o layihədə olmağımı çox istədi, razılaşdım. Mənim işim qalmaqal deyil, dəbi tanıtmaq, qızların geyimlərini qiymətləndirmək, onlara doğrunu başa salmaqdır. Yəqin ki, qızlar burada seçilib, Türkiyəyə aparılacaq.

- Müsahibələrinizin birində demişdiniz ki, geyiminizə nəinki həyat yoldaşınız, atanız belə qarışa bilməz. Dəfilələrdə geyindiyiniz libaslar da açıq-saçıq olduğu üçün tez-tez tənqid olunur.

- Mən açıq-saçıq, transparan libasları gözəl təqdim edə bildiyim üçün geyinirəm. Mənə heç kim qadağa qoya bilməz.

- Siz də aparıcılıq etmisiniz. Azərbaycanda son günlər məşhur verilişlər qalmaqallı olduqları üçün bağlandı. Verilişlərimizi izləyirsiniz? Teleaparıcılarımız haqda nə düşünürsünüz?

- Verilişləri izləməyə vaxtım yoxdur. Ona görə bu haqda heç nə deyə bilmərəm.

- Çəkildiyiniz "Bəyaz qərənfil" serialı reytinq qurbanı oldu. Noyabrda çəkiləcəyiniz serialın da reytinqə görə yarımçıq qalma ehtimalı sizi narahat etmir?

- Aktrisalığa yeni başlayıram, bu işin təhsilini alıram. Rusiyada maraqlı serialda rol aldım. "Bəyaz qərənfil" reytinq qurbanı olsa da, önəmli kollektiv idi, onlardan çox şey öyrəndim. Prezident Rəcəb Tayyib Ərdoğanən həyatından bəhs edən "Kod adı K.O.Z" gözəl proyekt idi. Noyabrda çəkilişləri başlayacaq serial sevgidəndir, mükəmməl çəkiliş qrupu var. Hazırda serial haqda geniş açıqlama verə bilmərəm. deyə bilərəm ki, maraqlı iş ərsəə gələcək.

- Bir az da oğlunuz Cihangir Candan bəhs edək. Məşhurlar əsasən sənətlərinə görə övladlarına az vaxt ayırırlar. Sizin isə oğlunuzla münasibətləriniz nümunə göstəriləcək dərəcədədir. Həm sənətlə məşğul olub, həm övladına bu qədər vaxt ayırmaq çətin olmur?

- Cihangirlə bağlı nə qədər danışsam, azdır. O, mənim həyatımın ən dəyərli varlığıdır. Bütün addımlarımı ona uyğun atıram. Allah hər kəsə övlad qismət etsin. Analıq kəlmələrlə ifadə edilə bilməz. Onun bir gülüşü, məni qucaqlaması həyatda ən böyük xoşbəxtlikdir. Cihangir üçün həyatda edə bilməyəcəyim şey yoxdur.//Qafqazinfo


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1943   Tarix: 03 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021