"Adamın kişiliyi, mərdliyi olar" - "Grand Hospital"dan çıxarılan həkimlər ÜSYANA QALXDI

"Adamın kişiliyi, mərdliyi olar" - "Grand Hospital"dan çıxarılan həkimlər ÜSYANA QALXDI"Grand Hospital"ın bir neçə aparıcı həkimi işdən çıxarılıb.

Onlara bu barədə əvvəllcədən heç bir xəbərdarlıq olunmayıb.

Məlumatı saytımıza açıqlamasında eyni aqibətlə üzləşən uroloq-androloq Namiq İsmayılov da təsdiqləyib:

"Xəbərdarlıq etmədən işdən çıxardılar. Bu adama hörmətsizlikdir. Neçə ildir ki, xidmət göstəririk. Hər hansı bir nöqsanımız olmayıb. Uzun müddət ölkə xaricində çalışmışam, 4 dənə diplomum var. Adamın kişiliyi çatıb heç olmasa deyər ki, qardaş, sağ olun, bu qədər iş görmüsüz. Biz santexnik deyilik ki. Dəfələrlə bizə yaxşı təkliflər olub. Amma bizə "hər şey yaxşı olacaq" deyib saxlayıblar. Adamın kişiliyi, mərdliyi olar".

Əldə etdiyimiz digər məlumata görə, "Grand Hospital"ın adı dəyişdirilərək "Ege Hospital" adı altında fəaliyyət göstərəcək. Yeni rəhbərlik isə Türkiyədən gəlmiş mütəxəssislərdən ibarət olacaq.

Əlaqə saxladığımız İnvaziv kardioloq Rasim Məhərrəmov da bu məlumatı əməkdaşımızla söhbətində təsdiqləyib. O bildirib ki, yeni gələn rəhbərlik öz heyəti ilə çalışmaq istəyir və işdən çıxarılmaların da səbəbi budur.

Uroloq-Androloq Seymur Mehtiyev isə edilən hörmətsizliyə görə "Grand Hospital"da qalmaq fikrində olmadığını bildirdi: "Ölkədə deyildim. Mən də xəbəri mətbuatdan öyrəndim. Klinika rəhbərliyi türklərdən ibarət həkim heyəti gətirib. Bildirilib ki, artıq türkiyəli həkimlərlə çalışacam və sizə ehtiyacımız yoxdur. Heç kimin həkimi nöqsanı olmadan işdən çıxarmaq ixtiyarı yoxdur. Hazırda işdəyəm, amma gələn həftə işdən çıxacam. Bir həkimə olunan hörmətsizlik hamıya aiddir və bu səbəbdən burada qala bilmərəm".

Məsələ ilə bağlı əlaqə saxladığımız həkim-endokrinoloq Arzu Əyyubova bu barədə danışmaq istəmədi. O, sadəcə "şərh vermək istəmirəm" deməklə kifayətləndi.

Travmatoloq-ortoped Sənan Aşirovun telefonuna köməkçisi cavab verərək bildirdi ki, Sənan həkim başqa bir özəl klinikada əməliyyatdadır və bu səbəbdən danışa bilməyəcək.

Kardioloq Hacıməmmədov Röyal da məsələyə şərh verməkdən boyun qaçırdı. O, əməkdaşımızla söhbətində "Grand Hospital"la əlaqə saxlamağımızı məsləhət gördü.

Qastroenteroloq Afaq Ələsgərova isə bizimlə söhbətində məlumatı təkzib edərək hazırda sözügedən klinikada çalışdığını bildirdi.

Uşaq cərrahı Toğrul Ömərov öz istəyi ilə işdən çıxdığını bildirdi. Ömərov digər həkimlərin hansı səbəbdən işdən ayrıldığını isə bilmədiyini söyləyib. (Yenicag.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1469   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

SON DƏQİQƏ: Yoluxma KƏSKİN ARTDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər "COVID-19"dan vəfat edib

13 mart 2021
.

Danışmaq adı ilə vətəndaşların telefonunu oğurlayan şəxs saxlanıldı - FOTO

Gəncədə danışmaq adı ilə vətəndaşların telefonunu ələ keçirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan -a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə (RPİ) bir nəfər vətəndaşa məxsus mobil telefonun naməlum şəxs tərəfində

28 mart 2021
.

40 yaşdan yuxarı şəxslərin nəzərinə - Sabahdan...

Sabahdan Azərbaycanda vaksinasiya prosesində növbəti mərhələyə başlanılacaq. qaynarinfo-ya istinadən xəbər verir ki, martın 22-dən etibarən 40 yaşdan yuxarı vətəndaşlar vaksinasiyaya cəlb olunacaq. Peyvəndləmə prosesi "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçü

21 mart 2021
.

Filippində koronavirusun yeni növü aşkarlanıb

Filippin hökuməti bu gün ölkə ərazisində koronavirusun yeni növünün aşkarlandığını təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, P.3 adı verilən yeni virusa hazırda 98 nəfərin yoluxması təsdiqlənib. Bununla yanaşı, Səhiyyə Nazirliyi Braziliyadan qayıtmış bir vətəndaşda adıçəkilən ölkəy

13 mart 2021
.

Vətən Müharibəsi şəhidinin 19 yaşı qeyd edildi

Biləsuvarda Vətən müharibəsi şəhidi İlkin Məmmədovun doğum günü qeyd olunub. -a istinadən xəbər verir ki, bu gün şəhidimizin Biləsuvar şəhərindəki ata ocağı rayon ictimaiyyəti və döyüş yoldaşları tərəfindən ziyarət olunub. Məmmədov İlkin Fərhad oğlu 27 mart 2002-ci ildə Biləsuvar rayonunda dünyaya gö

27 mart 2021
.

Bu ölkədə gecə əyləncələri BƏRPA OLUNUR

Rusiya paytaxtının rəhbərliyi bu gündən etibarən iaşə müəssisələrinin, klubların, diskotekaların və digər əyləncə təşkilatlarının gecə işinə qoyulan məhdudiyyəti ləğv edib. Bu barədə Moskva meri Sergey Sobyanin özünün bloqunda məlumat verib. Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, gecə məkanlarını

27 yanvar 2021
.

Bakıda 550 küçə dezinfeksiya edilib

Bu gün paytaxtda təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, iməcilik zamanı səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin, mağazaların vitrinlərinin

10 aprel 2021
.

Onlayn dərslər uşaqların psixi sağlamlığına necə təsir edir? - ÜST AÇIQLADI

COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır. -ın "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə ÜST-ün psixoaktiv maddələ

9 dekabr 2020
.

Əli Əsədovun müavini İran səfiri ilə görüşdü

Azərbaycan Baş Nazirinin müavini, Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. xəbər verir ki, tərəflər iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ötən gün görüşüblər. Görüşd

18 sentyabr 2020