Onlayn dərslər uşaqların psixi sağlamlığına necə təsir edir? - ÜST AÇIQLADI
COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır.
Sonxeber.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə ÜST-ün psixoaktiv maddələr və addiktiv davranış sahəsində mütəxəssisi Vladimir Poznyak bəyan edib.
Onun sözlərinə görə, uşaqlar və yeniyetmələr COVID-19 pandemiyasının psixososial təsirinə qarşı xüsusilə həssasdır, çünki uşaqlıq və yeniyetməlik neyrobioloji, davranış və sosial inkişafın kritik dövrləridir.
"Yeniyetməlik dövründə həmyaşıdlarla qarşılıqlı əlaqə, onların təsdiqi və təsiri xüsusilə vacibdir. Fiziki uzaqlaşdırma tədbirləri və COVID-19-un ötürülməsinin qarşısını almaq üçün tətbiq olunan qadağalar uşaqların yaşıdları ilə qarşılıqlı əlaqə qabiliyyətini azaldır, bu da onların psixoloji sağlamlığına təsir göstərə bilər", - deyə Poznyak bildirib.
Onun sözlərinə görə, bir tərəfdən də fiziki uzaqlaşmanın bəzi mənfi təsirlərini rəqəmsal texnologiya azalda bilər.
"Gənclər, məsələn, videoçatlarda dostları ilə ünsiyyət qura və təhsillərini onlayn olaraq davam etdirə bilər, bu müddətdə evdə qalmaq valideynlər, bacı-qardaşlarla oyun və əlaqə imkanlarını genişləndirir".
Mütəxəssis bununla belə internet üzərində sosial ünsiyyətin müəyyən risklər daşıdığını vurğulayıb.
Poznyak yekunda bildirib ki, COVID-19 tərəfindən ortaya çıxan sosial qarşılıqlı dəyişikliklərin uşaqların və yeniyetmələrin inkişafına, onların psixi sağlamlığına uzunmüddətli təsiri araşdırılmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 837 Tarix: 09 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü
Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən
23 iyunNiderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi
Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin
23 iyunQızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyunUkraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn
16 iyun