Evin tək övladı hərbi xidmətə getməlidir? — Müdafiə Nazirliyindən açıqlama

Evin tək övladı hərbi xidmətə getməlidir? — Müdafiə Nazirliyindən açıqlama"Hərbi çağırışa möhlət hüququ olmayan Azərbaycan Respublikasının hər bir vətəndaşı ailə tərkibindən, özünün və valideynlərinin cəmiyyətdəki mövqeyi və nüfuzundan, o cümlədən tutduğu vəzifədən asılı olmayaraq, hərbi xidmətə çağırılır və bundan qürur duyur".

Sonxeber Olkә.Aza istinadən xәbәr verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı son günlər ailələrin tək oğlan övladlarının hərbi xidmətə çağırılmamaları, həmçinin ön xətt bölmələrində xidmətə cəlb edilməmələri barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirərkən deyib.

"Eyni zamanda, ailənin tək oğlan övladları da hərbi xidmətə çağırılır və müxtəlif istiqamətlərdə, xidmət sahələrində öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Ordumuzda xidmət edən gənclərin hansısa təbəqələrə bölünməsi kimi ziyanlı tendensiya mövcud deyil və düşünürəm ki, belə bir addımın atılması da xoşagəlməz hal kimi dəyərləndirilir. Unutmayaq ki, belə söhbətlərin yayılması vətəndaşlar arasında çaşqınlığın və narazılığın yaranmasına səbəb ola bilər. Bu isə şübhəsiz ki, Ermənistan xüsusi xidmət orqanlarının məqsədlərinə yarayan bir məsələdir. Bunu nəzərə alaraq hesab edirəm ki, bu gün belə bir mövzunun ortaya atılması ziyanlıdır, yolverilməzdir və düşmənin planları ilə üst-üstə düşür", - o qeyd edib.

V.Dərgahlı qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla hərbi xidmətə çağırışla bağlı digər möhlət hüquqlarından bəhs etmək cəbhədəki vəziyyəti tam qiymətləndirməmək deməkdir: "Çünki ordumuzun qarşısında ərazi bütövlüyümüzün təmin olunması kimi müqəddəs və şərəfli vəzifə durur. Bu gün ordumuzun sıralarında ailələrin tək övladı olan zabitlərimiz, gizirlərimiz və hərbi xidmətə könüllü surətdə gələn müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçuları vardır və onlar vəzifələrinin öhdəsindən şərəflə gəlirlər. Onların əksəriyyəti ön xətt bölmələrində, düşmənlə üzbəüz mövqelərdə xidmət edirlər. Ancaq belə müzakirələrə qoşulanların məntiqi ilə hərəkət etmiş olsaq, onda gərək çağırışçılarla bərabər yuxarıda sadaladığım kateqoriyadan olan ailənin tək oğlan övladlarının da ordumuzda xidmətə cəlb edilməsinin qarşısı alınsın. Bu isə ölkəmizin müdafiə qüdrətinə vurulan zərbə kimi qiymətləndirilməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 6805   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021