Bakıda "AAAF Park"la bağlı böyük qalmaqal: pullar hara getdi?

Bakıda "AAAF Park"la bağlı böyük qalmaqal: pullar hara getdi?ANS telekanalının keçmiş aparıcısı Xəyal Verdiyev məşhur şirkətlərdən biri olan "AAAF Park"ı məhkəməyə verir. Buna səbəb isə keçmiş aparıcının şirkət tərəfindən aldadılmasıdır.

Belə ki, "AAAF Park" yaşayış kompleksindən ev alan Xəyal Verdiyev ona verilən mənzil sahəsinin 68 kvadratmetr deyil, 58 kvadratmetr olduğunu öyrənib.

"AAAF PARK-ı məhkəməyə verməyə hazırlaşıram. 68 kvadratmetr ev almışdım, indi təmirə başlamışam. Ustalar evin kvadratını ölçəndən sonra məlum oldu ki, mənzilin sahəsi 68 yox, 58 kvadratmetrdir. Maraqlandım, dedilər ki, mənzilin kvadratını hesablayanda divarları da nəzərə alırlar. Deməli, mən divara görə AAAF PARK-a 6500 manat əlavə pul ödəmişəm. Sənəddə ev 68 kvadratmetr olaraq göstərilir və heç bir yerdə bununla bağlı məlumat öz əksini tapmayıb. Bu özbaşınalığa son verməyin vaxtı gəlib çatıb", - sabiq teleaparıcı yazıb.

X.Verdiyev daha sonra bildirib ki, qanunvericiliyi araşdırıb. Qanunlarda da nəzərdə tutulub ki, mənzillərin sahəsi hesablanarkən divarlar nəzərə alınmamalıdır. O, "AAAF Park"ın mətbuat katibinə də zəng etdiyini və həmin şəxsin də X.Verdiyin haqlı olduğunu etiraf etdiyini söyləyib

"Mənzili alan zaman satış təmsilçiləri bu haqda mənə heç bir məlumat vermədilər, şirkətlə bağladığımız müqavilədə də bununla bağlı heç bir bənd yoxdu. Onlar sonradan ayıldılar, tez müqaviləyə yeni bənd əlavə etdilər. Lakin mənimlə bağlanan müqavilədə divarların da hesablanması ilə bağlı heç bir bənd yoxdur".

Məsələ ilə bağlı "AAAF Park"la əlaqə saxladıq. Şirkətdən sullarımıza cavab verən şəxs Lalə xanımla əlaqə saxlamağımızı xahiş etdi.
Adıçəkilən şəxsə isə dəfələrlə zəng olunsa da, telefonu açan olmadı. /milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1470   Tarix: 27 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaq evdən 45 min oğurlayıb bağda gizlətdi

Lənkəranda evdən 23 500 dollar (39 950 AZN ) və 500 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşl

1 may
.

Əməkdar artist CƏLİLABADDA MƏSCİD TİKDİRİB - VİDEO

Əməkdar artist Yusif Mustafayev xeyirxah addımı ilə gündəmə gəlib. xəbər verir ki, sənətçi Cəlilabad rayonunda ibadət evi olan məscid inşa etdirib. Bu barədə "Qonaqcanlı" verilişində məlumat verilib. Aşıq Zülfiyyə sənətçinin həmişə xeyirxah işlər gördüyünü, o cümlədən məscid tikdirdiyini qey

30 aprel
.

Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO

Binəqədi rayonu Rəsulzadə qəsəbəsində ev sahibi və kirayəçi arasında mübahisə düşüb. Buna səbəb isə, kirayəçi Həsən Qurbanovun 13 ildir yaşadığı bu evin ona aid olmasını iddia etməsidir. Ev sahibi Samirə Orucova bildirib ki, Həsən Qurbanov yanvar ayından etibarən kirayəni verməkdən və evdən çıxmaqda

1 may
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

1 may
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30 aprel
.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

1 may
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

1 may
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

1 may
.

İnsanlar ölüm anlarında nələr görür? - Həkim AÇIQLADI

Buffaloda palliativ baxım həkimi olan Dr.Kristopher Kerr, 100-dən çox xəstənin problemini öyrəndiyi bir araşdırmaya əsaslanaraq, insanların həyatlarının son anlarında gördükləri və söylədikləri ilə bağlı təəccüblü açıqlamalar paylaşıb. xarici KİV-ə istinadən xəbər verir ki, onun müşahidələrinə görə

30 aprel