Azərbaycanda məmurun oğlu əsgər getdi!

Azərbaycanda məmurun oğlu əsgər getdi!Başlığı oxuyub, həmən qərar verməyin... Azərbaycan cəmiyyətində "filan məmurun oğlu əsgər getdi", "deputatın oğlu hərbi xidməti ön cəbhədə keçdi" kimi xəbərlər çox nadir hallarda yayıla bilər, hərçənd uzun illərdir belə bir informasiyaya şahid ola bilmirik. Amma hansısa məmur, ya da deputat çağırış yaşlı oğlunu həqiqi hərbi xidmətə göndərməklə cəmiyyətə nümunə göstərə bilər... Di gəl ki, göstərmirlər...

Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş düşmən ölkənin - Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri David Tonyan ötən həftə həqiqi hərbi xidmət yaşı çatmış oğlanlarının əsgər gedəcəyini bəyan etdilər. Baş nazir isə oğlunun hətta Qarabağda xidmət edəcəyini bildirdi... Əlbəttə razıyıq ki, bu, erməni məmurların erməni cəmiyyətinə nümayiş etdirdikləri pupuluzmdir. Müqayisə bir o qədər də yerinə düşmür...

Amma olsun, populizmdirsə, bizdə də olsun... Qoy hansısa məmurumuz və ya deputatımız çıxıb mətbuata bəyan etsinlər ki, həqiqi hərbi xidmət yaşı çatmış oğlunu sabah orduya yola salacaq..

Təəssüf ki, bizim məmurlar və onların övladları tez-tez mətbuatın, sosial şəbəkələrin müzakirə obyektinə çevrilərkən əsasən qınağa tuş gəlirlər. Çünki "papanın gül balaları" sosial şəbəkələrdə bahalı avtomobil kolleksiyalarına, lüks otellərdə, bahalı çimərliklərdə çəkdirdikləri şəkillərinə "like" toplamaqla məşğul olurlar. Bəlkə də bu səbəbdəndir ki, Azərbaycanda hansısa yüksək vəzifəli məmurun adı gələndə yaxşı əməl sahibi olsa belə, hamı eyni cür fikirləşir.

Müşahidələr də göstərir ki, Azərbaycan məmurunun mənfi tipajını yaradan, portretini çəkən elə öz övladlarının, ailə üzvlərinin, yaxın qohum-qardaşlarının əndazəni aşan əməlləridir. Təəssüf ki, onların içərisində cəmiyyətə örnək sayıla biləcək davranış sərgiləyənlərin çox az qisminin adını çəkmək mümkündür. Əksəriyyət bahalı villaları, avtomobil kolleksiyaları, xarici universitetlərdən külli miqdarda vəsait hesbaına əldə etdikləri diplomları ilə göz qamaşdırır və mətbuatın gündəmini həftələrlə zəbt edirlər. Amma di gəl ki, bircəciyi barədə "filankəsin oğlu əsgər getdi", "filan məmurun oğlu ön cəbhədə" xəbərləri tirajlanmır. Ona görə yox ki, mətbuat bunu xəbər saymır. Ona görə ki, reallıqda bu tip xəbərlər kimlərinsə illüziyası ola bilər. Səbəb nədir?..

Modern.az-ın mövzuyla bağlı suallarını deputat Çingiz Qənizadə cavablandırıb. O, məmurları cəmiyyətə nümunə göstərməyə səsləyib:

"Bizim hər birimiz bu ölkənin kiçik tərkib hissəsiyik. Ona görə də hər birimiz hər bir məsələdə başqalarına nümunə olmalıyıq. Çox təəssüf ki, bəzi hallarda harınlamış məmur övladlarının hərəkətləri heç bir əndazəyə sığmır. Onlar nəninki hərbi xidmət borcunu yerinə yetirmir, ümumiyyətlə bu barədə düşünmürlər belə. Cəmiyyətdə vəzifə verilərkən xarakteri, davranışı dəyişən, başqlarına üstən aşağı baxan, onları aşağılamağa çalışan məmurlar həddən çoxdur. Bunlar yolverilməzdir. İnsan nə qədər sadə, şəffaf və təmiz olacaqsa, bir o qədər də uca olacaq".

Ç.Qənizadə məmur-oliqarxların övladlarının xaricdə təhsil alması məsələsinə də diqqət çəkib:

"Bir vaxtlar bizdə dəb halını almışdı. Ölkəyə çoxlu valyuta axını vardı. Əlinə imkan düşən iş adamları, məmurlar övladlarını xaricə oxumağa göndərirdilər. Mən buna çox pis baxıram. Niyəsini deyim. Əgər bu uşaq savdlıdırsa, dövlət təyinatı ilə xaricdə təhsil alırsa, bunu yalnız alqışlamaq olar. Amma gedib hansısa xarici ölkədə 50 min, 100 min avro ödəməklə uşaq oxutdururlarsa, o pulların mənbəyi araşdırılmaldır. Qoy bir məmur açıqlasın görək, o pulları haradan əldə edib. Dövlətin təyinatı, dövlət proqramı əsasında xaricdə təhsil alan məmur övladı da, fəhlə övladı da layiqli vətəndaş kimi ölkəmizə qayıdır. Amma böyük "çirkli pullar" hesabına, üstəlik hərbidən yayınaraq gedənlərin əksəriyyətinin məqsədi heç də təhsil almaq olmur.

Belələri Azərbaycana qayıdıb dövlət qulluğuna imtahan verəndə çox vaxt keçə bilmirlər. Savadlı, bacarıqlı övlad yerindən asılı olmayaraq, cəmiyyət üçün yararlı olacaq. Amma başqalarına görk olsun deyə, bəhsəbəhs üçün uşaqların xaricə göndərilməsinin tərəfdarı deyiləm. Xaricdə təhsilə xərclənən pullara, Azərbaycanda yüksək bal toplayaraq ödənişli əsaslarla təhsil alan tələbələrə yardım etmək olar. Elə hərəsi bircə tələbənin ödənişini etsə, elə bilsinlər cənnətə gedib-qayıdıblar, ya da elə diriykən cənnətə düşmüş olarlar. Xeyirxah işlərlə məşğul olmaq lazımdır, öyünməklə, yekəxanalıqla heç nəyə nail olmaq olmaz".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1536   Tarix: 30 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür

Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədə

2 aprel
.

Oğlu Xalq artistinin səhhətindən danışdı

Xalq artisti Zaur Rzayevin oğlu Azər Rzazadə atasının səhhətindən danışıb. Teleqraf-a açıqlamasında o, Zaur Rzayevin müalicəsinin davam etdiyini açıqlayıb. "Atamın müalicəsi davam edir. Səhhəti yaxşıdır", - deyə A.Rzazadə deyib. Qeyd edək ki, Zaur Rzayevin 73 yaşı var. O, Mərkəzi Gömrük Hospitalın

1 aprel
.

Ağdaşda 28 yaşlı qadın itkin düşdü - Foto

Ağdaşda 28 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Ağdaş rayon sakini Söygülü Yusibova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. S. Yusibovanın əlamətləri: boyu 163 sm, arıq bədən quruluşludur. Evdən çıxan zama

2 aprel
.

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu (VİDEO)

Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub. Qaynarinfo -a istinadən xəbər verir ki, tarixçinin Bakının Əmircan kəndində yerləşən evi yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hər an dağılmaq təhlükəsi ilə üz-üzədir. Kənd sakinləri bildirir ki

1 aprel
.

"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal (VİDEO)

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə bina inşa edən şirkət vətəndaşların hasarını uçurub və nəticədə qəzalı vəziyyət yaranıb. Şikayətçi Şahin Hüseynov qeyd edib ki, tikinti aparan şirkət qanunsuz fəaliyyə

1 aprel
.

Elxan Mikayılov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri vəzifəsindən azad edilən Elxan Mikayılovun yeni iş yeri məlum olub. O, -a açıqlamasında bildirib ki, öz xahişi ilə vəzifədən ayrılıb və fəaliyyətini özəl sektorda davam etdirəcək. Belə ki, Elxan Mikayılov "ASR Development Consultin

1 aprel
.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıva

2 aprel
.

Cəmiyyətdə hüquqi savadlılığı artırmaq üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Müasir cəmiyyətdə hüquqi savadlılıq yalnız hüquqşünasların deyil, hər bir vətəndaşın gündəlik həyatında vacib rol oynayır. İnsanlar tez-tez hüquqlarını bilmədikləri üçün müxtəlif problemlərlə üzləşir, bəzən isə haqlarını müdafiə etmək imkanından belə xəbərsiz olurlar. Bəs hüquqi savadlılığı artırma

2 aprel
.

"Syrovarnaya" restoranında müştərilərə menyudan fərqli hesab təqdim olunur

"Syrovarnya" restoranında müştərilərə menyuda bir qiymət, hesabda isə fərqli qiymət təqdim olunur. -ın qaynar xəttinə daxil olan şikayətdə vətəndaş bildirir ki, "Syrovarnya" restoranına istirahət məqsədilə üz tutub. O, menyuya baxaraq 50 AZN dəyərində sadə qəlyan sifariş edib. Hesa

2 aprel