MTN-də həbslər: idarə möhürləndi

MTN-də həbslər: idarə möhürləndiNazirliyin Monitorinq Mərkəzinin rəisi və Antiterror Mərkəzinin rəis müavini xüsusi əməliyyatla saxlanılıb

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra nazirlikdə əməliyyat keçirildiyi və bir neçə nəfər rəhbər şəxsin həbs olunduğu barədə informasiyalar yayılır.

Virtualaz.org saytı xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də birgə xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar.

Saxlanılan şəxslər hazırda MTN-in təcridxanasındadır. Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə gəlincə isə, məlumatlı mənbələrin verdiyi informasiyaya görə, o, hal-hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır.

Baş Prokurorluğun istintaq qrupu isə MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başlayıb. Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar.

Məlumata görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir.

Hüquq-mühafizə orqanlarının nümayəndələri MTN-də keçirilən xüsusi əməliyyatla bağlı heç bir şərh vermirlər.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3562   Tarix: 19 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur

Bu ilin aprelində Biləcəridə qətlə yetirilən Ədil Məhərrəmovun işi üzrə gözlənilməz dəlil ortaya çıxıb. "Qafqazinfo"nun məlumatına görə, mərhumun həyat yoldaşı Nuranə Nəcəfova və qayınatası Nəcəf Qafarov cinayət işi üzrə həbs edilib. Prokurorluq müəyyən edib ki, ata və qız mərhum Ədil Məhərrəmov

20 noyabr
.

DTX-dən ƏMƏLİYYAT: Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər TUTULDULAR

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər saxlanılıblar. xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmə

10 dekabr
.

Azyaşlıya qarşı bir neçə dəfə əxlaqsızlıq edibmiş - 17 il iş aldı

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. Bildirib ki, həmin

19 noyabr
.

Qonşusunun qulağını dişləyib qoparan Cavad - Həbs edildi

Bakıda qonşusuna ağır xəsarət yetirmiş şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon Sor-Sor kənd sakini 1982-ci il təvəllüdlü Cavad Rüstəmova (soyadlar şərtidir) hökm oxunub. Bildirilib ki, cinayət hadisəsi ötən ili

19 noyabr
.

Fikrət Cəfərli azadlığa buraxıldı

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa çıxıb. Teleqraf-ın məlumatına görə, onun həbs müddəti başa çatdığı üçün bu gün sərbəst buraxılıb. Qeyd edək ki, F.Cəfərli bu ilin iyulunda böhtan atmaqda təqsirli bilinərək 4 ay müddətinə həbs edilmişdi. O, vəki

29 noyabr
.

Ağır xəstəliyi olan uşaqlara yardım adı ilə - 200 min pul ələ keçirdi - Video

Kiberpolis sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxsi ifşa edib. xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, son dövrlər sosial şəbəkələrdə "körpələrə yardım", "fiziki qüsurlu uşaqlara ianə"

16 dekabr
.

Gecə 11-də qapısını döyən şəxsi öldürdü - 11 il həbs aldı

Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəllüdlü Fəqan Əzizovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. F. Əzizov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiha

4 dekabr
.

Əməliyyat sarğısını açdırmaq üçün xəstəxanaya getmişdi - Qəzada öldü

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən taksi sürücüsünün məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Yusif Osmanova (soyad şərtidir) hökm oxunub. Bildirilib ki, hadisə bu ilin yanvarında Suraxan

1 dekabr
.

Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...

Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq qətllər və digər ağır cinayətlər törədən Xaliq Tağıyev 30 ildən sonra cəzalandırılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, gənclik illərində törətdiyi cinayətlərə görə 60 yaşında qanun qarşısında cavab verib. Tağıye

15 noyabr