Eldar Mahmudov cəzalandırıldı: sıradakı kimdir?

Eldar Mahmudov cəzalandırıldı: sıradakı kimdir?Ziya Məmmədov və Etibar Pirverdiyevin də adı siyahılarda; ekspertlər prosesin davamlı olacağını iddia edirlər; Fəzail Ağamalı: "MTN şefi vəzifəsindən uzaqlaşdırılırsa..."

Fazil Mustafa: "Yaxın zamanlarda çox ciddi addımlar atılacaq"; Fərəc Quliyev: "Buna sevinmirəm, çünki səbəblərini bilmirəm"

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması ölkə gündəmini tamamilə dəyişib və seçki mövzusunu da arxa plana atıb. Dövlətin ən əhəmiyyətli orqanında baş verən qəfil dəyişiklik bir çox sualları ortaya çıxarıb. Hazırda əsas müzakirə mövzularından biri, toxunulmaz hesab edilən milli təhlükəsizlik nazirindən sonra prosesin istiqamətinin haraya aparacağıdır. Əksər ekspertlər iddia edirlər ki, bu sırada başqa "toxunulmazlar" da var. Hətta artıq yaxın vaxtlarda iqtidar komandasında uzaqlaşdırılacaq məmurların siyahısını hazırlayanlar da var.

İddialara görə, "cəzalılar" siyahısına aylar öncədən səlahiyyətləri bir-birinin ardınca əllərindən alınan nəqliyyat naziri Ziya Məmmədov və "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev başçılıq edir. Onların seçkilərdən dərhal sonra vəzifələrindən azad olunacaqları bir çoxları üçün artıq qəti qənaət halındadır.

Onu da qeyd edək ki, son aylarda prezidentin rüşvətxorluq və korrupsiyaya qarşı kəskin və qəti çıxışlarının şahidi oluruq. O, hökumət üzvləri ilə keçirdiyi ən son müşavirəsində sahibkarları incidən, rüşvət alan, monopoliya və korrupsiya hallarına yol verən vəzifəli məmurları xəbərdar etmiş, bununla da ictimaiyyətə ciddi bir cəza prosesinin başlayacağını anons etmişdi. Lakin çoxlarının gözlədiyinin əksinə olaraq, proses seçkidən sonraya qalmadı; ilk zərbəni də Etibar Pirverdiyev və Ziya Məmmədov almadı. Prezident hər kəsin toxunulmaz hesab etdiyi və qorxduğu ən güclü nazirdən - milli təhlükəsizlik orqanının şefi Eldar Mahmudovdan başladı.

İndi sual budur: proses başlayıb, "toxunulmazlar"dan ən qüdrətlisi getdi; bəs sırada kimdir?

Bu sual "Eldar Mahmudovun yerinə kim təyin olunacaq" sualı qədər hazırda aktualdır.

İqtidaryönlü deputat Fəzail Ağamalı ölkə başçısı tərəfindən kadr dəyişikliklərinin davam edəcəyinə inananlardandır: "Ölkə prezidenti rüşvətxorluq və korrupsiyaya qarşı müharibə elan edib. Prezidentin Nazirlər Kabinetinin son toplantısında söylədiyi bir fikri sizə xatırlatmaq istərdim. O bildirdi ki, artıq hövsələsi yoxdur, artıq hər şey itib, son həddir. Bu sözlərin arxasında böyük fikirlər yatır, ölkə başçısının iradəsi dayanır. Bu baxımdan milli təhlükəsizlik nazirinin və mətbuatdan oxuduğumuz bir neçə şəxsin işdən azad olunması bu iradəyə söykənir. Onların həbs olunmaları ilə bağlı verilən xəbərlər nə dərəcədə həqiqətdir, onu deyə bilmərəm, amma Eldar Mahmudovun postundan uzaqlaşdırılması bir həqiqətdir.

Bu, çox ciddi məqamlardan xəbər verir və bir vəzifə daşıyıcısının işdən azad olunması mənasında qəbul edilməməlidir. Çünki Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan dövlətçiliyinin təhlükəsizliyini qoruyan yeganə ali icra qurumudur. Ölkə prezidentinin tapşırıqlarını yerinə yetirən ciddi bir hüquq-mühafizə orqanıdır. Bu qurumun rəhbəri, şefi vəzifəsindən uzaqlaşdırılırsa, deməli, başlayan proses kifayət qədər düşündürücüdür. Bundan sonra da bənzər hadisələrin şahidi olacağıq. Çünki situasiya onu deyir, prezidentin verdiyi xəbərdarlıq nəticəsini vermirsə, qəti və kəskin addımların atılmasına ehtiyac var".

F. Ağamalı E. Mahmudovun yerinə kimin gətiriləcəyi ilə bağlı da fikirlərini dedi: "Onun yerinə kimin təyin olunacağını demək çətindir. Çünki bu, prezidentin səlahiyyətinə aid məsələdir. Ancaq düşünürəm ki, Milli Təhlükəsizlik Nazirliyi olduqca ciddi qurum olduğuna görə ora təsadüfi kadr təyin olunmayacaq. Onu əvəzləyəcək şəxs təkcə peşəkarlığı ilə fərqlənməli deyil, eyni zamanda, bütün ruhu ilə müstəqilliyimizə, dövlətçiliyimizə bağlı olmalıdır. Özünün təmizliyi ilə hər kəsə nümunə olmalıdır. İnanıram ki, məhz bu standartda bir kadr yeni nazir təyin ediləcək".

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa baş verən dəyişikliyin gözlənilən olduğunu bildirdi: "Normal ölkələrdə bu cür dəyişikliklər sıradan bir proses xarakterində olur. İstənilən iqtidar belə dəyişiklik edir və etimadı doğrultmayan kadrları azad edir. Eldar Mahmudovla bağlı proses isə cəmiyyətimizdə ona görə ciddi səs-küy yaratdı ki, artıq milli təhlükəsizliyimizlə bağlı məsələ gündəmə çıxırdı. Bir qurum fəaliyyətindən tamam kənar işlərlə məşğul olurdu. Bu da Azərbaycanda sahibkarlığın inkişafına böyük zərbə vururdu. Bu baxımdan, atılan addım cəmiyyətdə müsbət qarşılandı. Prezidentin addımı cəmiyyətin bütün təbəqələri tərəfindən təqdir olunur. Bu həm də sahibkarların hüquqlarının qorunması, dəxli olmayan funksiyaları mənimsəyərək, onları sıradan çıxarmaq ənənəsinə son qoymaq baxımından ümidlər yaradır. İnanaq ki, bu proses davam edəcək. Artıq hər bir orqan öz sahəsinə uyğun fəaliyyət göstərməlidir. Cəmiyyətdə də əsas səs-küy yaradan məsələ bununla bağlı idi. Bundan sonra ümid edək ki, belə neqativ hallara yol verilməyəcək. Prezidentin iradəsi ortadadır. Çox güman ki, yaxın zamanlarda bu tipli, gözlənilən və gözlənilməz çox ciddi addımlar atılacaq".

Azərbaycan Milli Dirçəliş Partiyasının sədri, deputat Fərəc Quliyev ölkədə hər cür islahatların aparılmasının tərəfdarı olduğunu söylədi: "Parlamentdə dəfələrlə səsləndirmişəm.
Mən islahatların aparılmasının tərəfdarıyam. Hesab edirəm ki, ölkədə korrupsiyaya qarşı mübarizə güclənməlidir. Kadr dəyişikliyinin bu aspektdən dəyərləndirilməsinin tərəfdarı deyiləm.

Prezidentin korrupsiyaya qarşı mübarizəsini, sahibkarlığa qarşı olan maneələrə müqavimət göstərməsini, qeyri-neft sektorunun inkişafı sahəsindəki addımlarını təqdir edirəm. Baş verən kadr dəyişikliyinə sevinmək fikrində deyiləm. Çünki bunun kökündə nələrin dayandığını bilmirəm. Prezidentin atdığı addımları davam etdirəcəyinə əminəm. Bir çox məmurların vəzifəsini itirəcəkləri gözlənilən haldır. Daha ləyaqətli, peşəkar insanların vəzifələrə gətirilmələri vacibdir".

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 5050   Tarix: 20 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021