DİM-in sualı plagiatdır? - Rəsmi cavab
"Dövlət İmtahan Mərkəzi (DİM) hər il buraxılış və qəbul imtahanlarında iştirak edən abituriyentlərdən yüksək xidməthaqqı tələb edir. Rəsmi açıqlamalara görə, bu ödənişlər sualların hazırlanması, ekspertizası, yoxlanması və digər texniki xərclərə sərf olunur. Lakin martın 2-də keçirilmiş buraxılış imtahanında istifadə olunan riyaziyyat suallarından biri ingilisdilli mənbədən götürülüb. Bu, DİM-in iddia etdiyi kimi sualların böyük əmək və vəsait hesabına hazırlandığını ciddi şəkildə sual altına qoyur".
"Qafqazinfo" xəbər verir ki, bu ittihamları təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında ictimailəşdirib.
O, DİM-i qeyri-şəffaflıqda ittiham edib: "Yuxarıdakı şəkillərdən də göründüyü kimi, sualın ingilis versiyası tam eyni məzmunla xarici mənbədən götürülüb. DİM-in təqdim etdiyi sual isə sadəcə Azərbaycan dilinə tərcümə edilib və abituriyentlərə təqdim olunub".
Məsələ ilə əlaqədar DİM-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən tapşırıq plagiat deyil, xarici mənbədən götürülməyib: "2 mart 2025-ci ildə keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən istifadə edilən bütün tapşırıqlar ingilis bölməsi üzrə imtahan verən abituriyentlər üçün də həmin dillərə tərcümə edilərək abituriyentlərə təqdim edilib.
İngilis bölməsi üzrə imtahan verən abituriyentlərin birinin sual kitabçasından götürülmüş bir tapşırığın sosial media platformalarında yayılması bu qaydadan məlumatsız olan bəzi şəxslər tərəfindən həmin tapşırığın xarici mənbədən götürüldüyü kimi başa düşülüb.
Bir daha bildiririk ki, tapşırığın orijinal mətni Azərbaycan dilindədir və həmin tapşırıq yalnız ingilis bölməsi üzrə imtahan verən abituriyentlər üçün tərcümə edilib. Sosial mediada yayılan görüntü də hansısa xarici mənbə olmayıb, məhz DİM-in keçirdiyi imtahanda istifadə edilən sual kitabçasından götürülüb".
Qeyd edək ki, ekspert daha sonra yazdığı statusu silib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2996 Tarix: 03 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr