Ordumuzun bu ABŞ hərbi texnikası Ermənistanı QORXUYA SALDI - FOTO

Ordumuzun bu ABŞ hərbi texnikası Ermənistanı QORXUYA SALDI - FOTOAzərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı Bell-412 helikopterlərinin iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi barədə xəbər Ermənistanda şok effekti yaratdı. Ermənistanda hesab edirlər ki, İrəvan sözügedən helikopterlərin hansı yolla Azərbaycanın əlinə keçməsini araşdırmalıdır.

Sonxeber.az "Publika.az"a istinadla xəbər verir ki, "Sputnik" agentliyinin erməni xidmətinə danışan politoloq Suren Sarkisyanın fikrincə, Amerika helikopterlərinin Azərbaycana satışı məsələsi Ermənistan və Amerika hökumətləri tərəfindən dəqiq araşdırmanın predmeti olmalıdır.

Daha əvvəl Azərbaycan KİV-i yazıb ki, iyunun 26-də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibəti ilə hərbi paradda ilk dəfə Bell-412 helikopterlərinin iki vahidi nümayiş etdiriləcək. Qeyd olunur ki, bu helikopterlər yaxın vaxtlarda Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Məlum olduğu kimi, ABŞ-ın Azərbaycana silah satışı qadağan edilib. Buna səbəb isə 1990-cı illərdə qəbul edilən 907-ci düzəliş, həmçinin ABŞ qanunvericiliyinə görə, münaqişə edən tərfələrə silah ixrac etməməsidir. Azərbaycanla yanaşı Ermənistan da bu qadağanın altına düşür. Məhz Sarkisyan da ABŞ-ın 25 il əvvəl qəbul etdiyi 907-ci düzəlişi xatırladır.

Erməni politoloqu Azərbaycanın bu helikopterləri üçüncü ölkələr vasitəsilə əldə etdiyini istisna etmir. Onun sözlərinə görə, erməni tərəfi Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirliyi, həmçinin ABŞ-dakı lobbi strukturlarının köməyilə məsələnin aydınlaşdırılması məqsədi ilə ölçülər paketini hazırlamalıdır.

Sarkisyan qeyd edir ki, Azərbaycan ordusunun silahlanmasında Amerika istehsalı olan hərbi texnikanın başqa növlərinin olub-olmadığı məlum deyil. Eyni zamanda, ekspert qeyd edib ki, Bell-412 helikopterləri təxminən 30 ölkənin silahlanmasında yer alır. O qeyd edir ki, Azərbaycana belə helikopterləri ənənəvi müttəfiqləri Səudiyyə Ərəbistanı, Pakistanı və ya Türkiyə sata bilər. Daha bir müttəfiq – İsrailin silahlanmasında isə bu helikopterlərin olmadığı bildirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1360   Tarix: 22 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI

Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya

4 iyul 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd

4 iyul 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021
.

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür. xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs

12 iyul 2021