İsti yay günlərində kondinsionersiz sağ qalmağın 7 yolu

İsti yay günlərində kondinsionersiz sağ qalmağın 7 yoluSinoptiklər 42-43 dərəcəlik istidən xəbərdarlıq edir. Insanlar isə gündüz yollarda, işdə, gecə yatanda isti ilə necə mübarizə aparacağını düşünür. Çoxu kondinsineri cıxış yolu kimi görür. Amma kondinsioner də hər yerdə yoxdur. Heç düşünmüsüzmü, qədimdə nənə-babalarımız yayda ventilyator, kondinsionersiz necə dözürdülər? İnsan elə varlıqdır ki, hər şəraitə uyğunlaşır. Yetər ki, bəzi sirləri bilsin.

Sonxeber medicina.az-a istinadən bu istilərlə baş etməyin 7 yolunu açıqlayır:

1.Evi qaranlıq saxla

Pərdələri, jalüzləri gecədən endirin. Evə düşən gün işığı içəridə " parnik effekti" yaradır. Əgər bunun qarşısını alsaz, ev istidən yanmaz, kifayət qədər normal temperatur olar.

2.Evi gecədən soyudun

Bütün gecə boyu pəncərələri açıq qoyun, qapıları torlu qapı ilə əvəz edin. Sərin gecə havası evi soyudur və bu temperatur gündüz də normada qalır. Xüsusən yelçəkənli evlərdə bu əla effekt verir. Bina evində yaşayanlar dəhlizə, bloka açılan qapını da axşam 1-2 saatlıq aralı qoysa, ev kifayət qədər nəfəs alacaq.

3.Gen, boş, açıq rəngli geyimlər seçin

İsti yay günləri cins, qara şalvar, dar geyimlər, tünd rənglər sizi çox tərlədəcək. Sintetikanı unudun. Təbii pambıq, kətan, krujeva, ipək material seçin. Çalışın üzərinizdə geyim minimum olsun. Yəni top, mayka, üstdən köynək artıq çoxdur. əgər evdə təksizsə, alt paltarı ilə gəzin. Niyə də yox. Yayda dəri nəfəs almalıdır.

4.Hindular və ərəblər kimi edin

Onların bir tryükü işə yarayır. Nazik dəsmal, yaylıq və ya pambıq parçanı suda isladın, yaxşıca sıxın və türban, çalma kimi başınıza sarıyıb, boynunuzda bağlayın. Dərhal necə sərinlədiyinizi görəcəksiz.

5.Fironların sirri

Bilirsizmi, isti, bürkülü Misir gecələrində kondinsioneri olmayan fironlar və saray əhli necə yatırdı? Mələfəni soyuq suda isladıb, bərk sıxıb, ona bürünüb yatardılar. Mələfə sulu yox, nəm olmalıdır. Bu üsul rahat yuxuya getməyə kömək edirdi. Əgər yaş mələfə istəmirsizsə, onda islaq corablar geyinin.

6.İşıqları, texnikanı söndürün

Yayda axşamlar az lampa yandırın, bütün texnikanı elektrikdən ayırın. Bunlar istilik verir. Küncdə zərif bra işığı yetərlidir. Hətta şam belə, lampa kimi istilik vermir.

7.İsti şorba, çay və qəhvə olmaz

Qaynar günlərdə qəhvə, şirin su, çay, isti yeməklərdən uzaq durun. Bədəni daxildən isitməyin sizə faydası olmayacaq.
Soyuducuda buz ehtiyatınız olsun. İçəcəyiniz suya buz atın. Hətta buz dolu qabı avtomobilə qoysaz, yolboyu maşın sərin olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2782   Tarix: 01 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr
.

Dərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video

Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı

20 dekabr
.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Avtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind

20 dekabr