Azərbaycanda işıqlar söndü : İnsanlar təxliyyə olunur - YENİLƏNİB
Əldə etdiyimiz son məlumatlara görə, hazırda Sumqayıt şəhərində və paytaxt Bakının mərkəzi hissələrində elektrik enerjisinin verilişi bərpa olunub.
***
Bakıda bir çox obyektlər fəaliyyətini dayandırıb.
Sonxeber.az Oxu.Az -a istinadən xəbər verir ki, mağazalarda sakinlərə su satılmır.
Səbəb kimi kassa aparatlarının işləməməsi göstərilir.
Eyni zamanda yanacaqdoldurma mərkəzləri və bankomatlar da fəaliyyətini dayandırıb.
***
Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.
Sonxeber.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.
Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.
***
Son məlumatlara görə, hazırda paytaxtın Xətai, Sabunçu rayonlarında, Salyan rayonu, Şirvan şəhərində, Tovuz və Qəbələ rayonlarında elektrik enerjisi kəsilib.
***
"28 mall"da insanlar təxliyyə edilir
Bir çox mağazalar qaranlığa qərq olub.
Bildirilir ki, bu addım qaranlığı fürsət bilib mağazalardan oğurluq etmək istəyənlərin cəhdlərinin qarşısını almaq üçün atılıb.
"Gənclik mall" ticarət mərkəzində də analoji hal yaşanır (foto).
***
Paytaxt Bakı ərazisində işıqforlar işləmədiyi üçün hazırda Dövlət Yol Polisinin əməkdaşları yolların nizamlanması ilə məşğul olurlar.
***
Bakı Metropoliteninin stansiyalarına giriş-çıxış bağlanıb.
Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropiliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, xətlərdə elektrik enerjisi kəsilib:
"QSC rəhbəri tərəfindən əmr verilib. Qaydalara əsasən, tunellərdən insanlar təxliyə ediləcək".
***
18:58
Əldə etdiyimiz son məlumatlara görə, hazırda Sumqayıt və Mingəçevir şəhərləri, Oğuz və Qax rayonlarında, Bakının Yeni Yasamal və Nəsimi rayonlarında elektrik enerjisinin verilişi kəsilib.
Bakı-Sumqayıt elektrik qatarının yolda qaldığı bildirilir.
Azəriişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a bildirib ki, problemin nədən qaynaqlandığı araşdırılır:
"Yaranan problemin həlli istiqamətində işlər gedir. İctimaiyyətə məlumat veriləcək".
18:56
Bakıda elektrik enerjisinin verilişində yenidən fasilələr yaranmağa başlayıb.
Hazırda paytaxtın Nərimanov rayonu ərazisində işıqlar sönüb.
Bundan başqa, Bakı metropolitenində də işıqlar sönüb və qatarlar tunellərdə qalıb.
Xəbər yenilənir.





Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 7501 Tarix: 03 iyul 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda toy karvanında 6 maşın toqquşdu - Video
Bakıda toy karvanında zəncirvari qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Qəza nəticəsində 6 avtomobil toqquşub. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə əlaqədar toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib
15 dekabrGizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü
Sosial şəbəkələrdə gizli kameraların, GPS-lərin reklamı və satışı geniş yayılıb. Belə ki, vint, maşın açarı, qələm və s. şəklində mikrokameralar ucuz qiymətə təklif olunur. Bu cür satış təklif edənlər həm də kiberdələduzluqla məşğul olurlar. Baku TV-nin əməkdaşı "TikTok"da ucuz gizli kamer
13 dekabrTəzə avtomobil aldı, paspası qaldıranda həyatının şokunu yaşadı - VİDEO
Türkiyədə təzə avtomobil alan bir müştərinin yaşadığı narazılıq sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, satın aldığı Hyundai markalı avtomobilin paspaslarını qaldıran müştəri, alt hissənin palçıqlı olduğunu görərək vəziyyətə etiraz edib. Hadisəni mobil telefon kameras
15 dekabrÇörəkçidən alınan çörəyin içindən lezva çıxdı - VİDEO
Türkiyənin Nevşehir şəhərində bir vətəndaşın səhər yeməyi üçün çörəkçidən çörəyin içindən lezva çıxıb. türk mediasına istinadən xəbər verir ki, Muhammet Boyacı’nın atası səhər saatlarında çörək almaq üçün çörəkçiyə gedib. Səhər yeməyi zamanı çörəyi ağzına aparmaq istəyən Muhammet Boyacı çörəyin içind
16 dekabr"Azərişıq" işçisini cərəyan vurub öldürdü
Abşeronda kişini cərəyan vuraraq öldürüb. xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib. Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağl
13 dekabrSirr dolu ölüm: Üç nəfər mindikləri maşından iki nəfər çıxdılar
Türkiyənin Manisa vilayətinin Kırkağaç rayonunda dostları ilə birlikdə spirtli içki qəbul etdikdən sonra avtomobildə yatan 30 yaşlı şəxs ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, Kırkağaçda fermerliklə məşğul olan Cengiz Akman dünən dostları Şabettin A. və Tufan G. ilə Şair Eşref məhəlləsindək
15 dekabr72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü
Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi
14 dekabrEvlilik ildönümündə ərinə aldığı hədiyyə böyük mübahisə yaratdı - VİDEO
Evlilik ildönümü münasibətilə ərinə qeyri-adi hədiyyə alan bir qadın sosial mediada geniş müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, qadın Taylandlı masajçılardan ibarət bir komandadan tibbi masaj xidməti satın alaraq bunu ərinə hədiyyə edib. O, hədiyyə ilə bağlı görüntüləri şəxs
16 dekabrİranlıdan aldıqları narkotiki satmaq istəyən keçmiş məhkumlar saxlanıldılar
Salyanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxslər saxlanılıblar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, Müşfiq Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin
13 dekabr