Evdən işləyərək pul qazana biləcəyiniz 5 peşə sahəsi

Evdən işləyərək pul qazana biləcəyiniz 5 peşə sahəsiƏgər hədəfiniz müntəzəm bir gəlir əldə etmək və istədiyiniz yerdən çalışa biləcəyiniz bir işə sahib olmaqdırsa, bunun üçün ideal sayılacaq bir dövrdə yaşayırıq. Çünki, artıq internetin sayəsində bir çox peşələr ofisdə işləmək zərurətinə sahib deyil.

Bugünki məqaləmizdə evdən (ya da arzu etdiyiniz hər hansı bir yerdən) işləyərək müntəzəm gəlir əldə etmək üçün məşğul ola biləcəyiniz 5 peşə sahəsindən bəhs edəcəyik.

1. Yazıçı

Əgər yazmağı sevirsinizsə və qələmizin gücünə inanırsınızsa, o zaman yazıçılıq peşəsi haqqında düşünə bilərsiniz. Xüsusilə də hər hansı bir xarici dili bilirsinizsə, yazıçılıq və tərcüməçilik üzrə bir çox iş fürsəti əldə edə bilərsiniz.

Mətnlərin yazılması demək olar ki, bütün sektorların müraciət etdiyi bir sahədir. Şirkətlər, istehsal etdikləri məhsul və ya təklif etdikləri xidməti satmaq üçün həmin məhsullar haqqında təqdimat yazılarına ehtiyac duyurlar. Bazara yeni təqdim edəcəkləri məhsulun istifadəçi təlimatlarını hazırlamaq üçün mətn yazıçılarına müraciət edirlər. Bu səbəbdən də reklam və marketinq kimi sahələrdə mətn yazıçılarına böyük tələbat vardır.

Əgər satış üçün mətn yazmağa üstünlük vermirsinizsə, jurnal və bloqlar üçün də mətnlər yaza bilərsiniz. Müəyyən bir mövzuya həsr olunmuş bloq saytları açaraq bu vasitə ilə insanlara faydalı olacaq, axtarış şəbəkələrində tez-tez axtarılan mövzularda məqalələr yazaraq saytı insanların ziyarət etməsini təmin edə bilər və beləliklə reklam alaraq qazanc əldə edə bilərsiniz.

2. Video-montajçı

Günümüzdə sosial şəbəkələrin, xüsusilə də "Youtube"–un öz qızıl dövrünü yaşaması videoların da əhəmiyyətini artırmasına səbəb olur. Demək olar ki, hər bir şirkət və qurum "Youtube" – da öz hesabının olmasına çalışır. Xüsusilə də video reklamlar şirkətlərə daha çox müştəri cəlb etdiyi üçün bu sahəyə maraq artmış vəziyyətdədir.

Bu baxımdan şirkətlər və ya ayrı-ayrı şəxslər üçün insanların izləyəcəyi və bəyənəcəyi videolar hazırlayaraq, başqa sözlə video-montaj işi ilə məşğul olaraq öz evinizdən də pul qazana bilərsiniz.

Bunun üçün kompüterinizə "Photoshop", "Adobe Premiere" ve "Adobe After Effects" və s. proqramlar yükləmək və möhtəşəm ideyalara sahib olmaq lazımdır.

3. Kompüter proqramçısı

Kompüter proqramçılarının işi kompüter arxasında əyləşib mobil tətbiq, oyun, internet saytı, proqram yazmaqdır. Yəni, tamamilə kompüter arxasında əyləşərək icra edə biləcəyiniz bir işdən söhbət gedir. Nəticədə proqramist kompüterin olduğu hər yerdən öz işi ilə məşğul ola bilər. "Quartz.com" saytının apardığı araşdırmaya əsasən proqram yazmaqla məşğul olan insanların əksəriyyəti evdən işləməyə üstünlük verirlər.

4. Virtual katibə

Bir çox şirkət öz işçilərinin evdən işləməsinə icazə verir. Direktor köməkçiləri də təbii ki, bu işçilər arasındadır. Virtual katibəlik hər hansı bir şəxsin gündəlik həyatı, görüşləri, rezervasiyaları, digər şəxslərlə əlaqəsi kimi mövzularda həmin şəxsin assistentliyini etmək deməkdir. Bunun üçün onun ofisdə oturmasına da ehtiyac yoxdur. Bütün bu qeyd edilən tapşırıqları internet vasitəsilə olduğunuz hər hansı bir yerdən də etmək mümkündür.

5. Sosial media meneceri (SMM)

Sosial media sadəcə dostlarınızla əlaqə saxlaya biləcəyiniz bir platforma deyildir. Eyni zamanda yüz minlərlə şirkətin bir-biri ilə rəqabət halında olduğu bir marketinq vasitəsidir.

Sosial media meneceri işlərini gördüyü şirkətin funksiyalarını, dilini və üslubunu bilməlidir.

Bu işlə evdən məşğul olarkən belə, sosial media menecerləri şirkətdə baş verən hadisələrdən xəbərdar olmalıdırlar. Hansı məhsulun və ya xidmətin bazara çıxarılacağı, tanıdılacağı, həmin məhsul və xidmətlər haqqında ətraflı məlumatlarla bağlı hər şeyi bilməli, insanlara bu məlumatları təsiredici formada çatdırmalıdır.

Bu işdə işləmək üçün ünsiyyət və təşkilat bacarıqlarınız güclü olmalıdır. (banco.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1678   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızartmazdan əvvəl bunu edin: Kotletlər dağılmayacaq

Kotlet hazırlayarkən bir çox insan qızartma zamanı parçalanma problemi ilə qarşılaşır. xəbər verir ki, bunların hamısı düzgün olmayan hazırlıq və tipik səhvlərdir. Kotletlərin dağılmaması üçün əsas məsləhətləri təqdim edirik: . Düzgün kompozisiya. Kotletləri bişirməzdən əvvəl inqrediyentlərin tərkibin

5 may
.

Kartofdan belə də istifadə edin – Evdar qadınlara tövsiyələr

Kartof məişətdə təhlükəsiz istifadə edilə bilən bir sıra keyfiyyətlərə malikdir. Bu, xüsusilə təhlükəsiz və təbii təmizləyici vasitələrdən istifadə etməyə çalışan evdar qadınlar üçün doğru olacaq. Kartofdan təmizləyici vasitə kimi necə istifadə etmək olar?. -a istinadən bununla bağlı tövsiyələri təqdi

28 aprel
.

Gözəllik və sağlamlıq xidmətləri Xidmetler.AZ saytında

ın əsas kateqoriyalarından olan Gözəllik və Sağlamlıq bölməsindən daha çox xanımlar istifadə etsələr də, burada kişilər üçün də xidmətlər nəzərdə tutulub. Təbii ki, kişilərlə müqayisədə xanımlar daha baxımlı olurlar. Buna görə də mütəmadi olaraq kosmetoloqa, saç ustasına, manikür və pedikür ustasın

4 may
.

Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMA

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyin

5 may
.

Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO

"Google" şirkəti "Android" üçün "Audio Emoji" funksiyasını ehtiva edən xüsusi "Google phone"un yeni versiyasını buraxmağa hazırlaşır. Bu barədə "9to5Google" portalı xəbər verir. Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imka

5 may
.

Milyonçu var-dövlətindən əl çəkib evsiz qaldı- Buna səbəb nə oldu?

Milyonçu Mayk Blek unikal sosial eksperiment aparmaq qərarına gələrək, var-dövlətindən əl çəkərək evsiz qalıb. Onun məqsədi, başlanğıc kapitalı olmadan cəmi 12 ay ərzində 1 milyon dollar qazanmağın mümkün olduğunu sübut etmək idi. xəbər verir ki, o, bütün addımlarını və nəticələri "YouTube"d

5 may
.

Tezbazar.Az - Elanlar, alqı-satqı saytı

Pulsuz elanlar saytında alqı-satqı əməliyyatları sizin üçün daha sərfəli qiymətə baş tutacaq. Biz həm alıcılar, həm də satıcılar üçün münasib qiymətlər təklif edirik!. Elanlar saytının üstünlükləri bunlardır:. 1. Daha az vaxt sərf edirsiniz; . 2. Daha çox elanla tanış olmaq imkanı əldə edirsiniz; . 3

5 may
.

Bu restoranda 49 ildir fasiləsiz dəmlənən şorba verilir

Taylandın Banqkok şəhərində məşhur "Wattana Panich" restoranı özünəməxsus yeməyi ilə məşhurdur. xəbər verir ki, sözügedən restoranın mal əti və keçidən hazırlanan şorbası 49 ildir müştərilərə təqdim olunur. Bildirilir ki, hər gün tavada artıq qalan şorba ertəsi gün yeni məhsullar əlavə edilərə

4 may
.

Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO

Siyəzən sakini Cavid Yəhyayev tullantılardan sənət əsərləri hazırlayır. 2012-ci ildən bu işlə məşğul olan sənətkar istifadə etdiyi metalları adətən avtomobil təmiri sexlərindən, eləcə də metal qəbulu məntəqələrindən topladığını deyir:. "Əvvəllər avtomobil təkərlərindən fiqurlar hazırlayırdım. Artı

4 may