Qarpızın qiyməti düşəcək - SƏBƏB
Son günlər mövsümün ən çox tələb olunan bostan bitkisi qarpızın qiyməti ucuzlaşmaq əvəzinə bahalaşır… Ötən ilin anoloji dövründə kiloqramı 20-25 qəpiyə təklif edilən qarpız bu il 50-60 qəpiyədir. Satıcılar isə alıcılara qarpız-yemiş mövsümünün tez sovulacağı, qiymətinin kəskin bahalaşacağı haqda məlumat verirlər.
Kənd təsərrüfatı üzrə araşdırmaşı jurnalist Nicat Nəsirli Modern.az-a deyib ki, hazırda sahələrdə qarpızın 1 kiloqramı 45-55 qəpiyə satılır:
"Topdansatış yerlərində diametrindən asılı olaraq 50-65 qəpikdir.
Amma bu müvəqqəti gərginlikdir. Hazırda satışda olan məhsul örtükaltında (istixana kimi başa düşün) yetişdirilib, təxminən bir həftədən sonra açıq sahələrdəki qarpız yetişəcək.
Açıq sahədə qarpız kütləvi yetişdiyi üçün iyulun sonu-avqustun əvvələri qiymətlərin sabitləşməsini görəcəyik".
O, bildirib ki, bu gün satışda olan məhsulun böyük əksəriyyəti Salyandan gətirilir:
"Məncə, qarpız həvəskarları iştahlarını avqusta saxlasınlar. Əslində, qarpızın təbii yolla yetişmə dövrü avqust ayıdır".
N.Nəsirli qarpız sevərlərdən məsləhətlərini də əsirgəməyib:
"1.Qarpızın kəsilərək alınması məsləhət deyil. Çünki istifadə olunan bıçaq sanitariya-gigiyena qaydalarına uyğun təmizlənmir.
2. Qarpız öz mövsümündə - avqustdan sentyabrın ortalarına kimi yeyilməlidir. Dərmanla yetişmiş məhsul nişasta qoxusu verir, diqqət edin".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda kolbasa istehsalı 4 %-ə yaxın artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 26 min 240,8 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur. Noyabrın 1-nə ölkədə 18,3 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu d
23 noyabrMərkəzi Bank "AZMA GROUP"u külli miqdarda cərimə etdirdi
"AZMA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Mərkəzi Bank tərəfindən külli miqdarda cərimələnib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə iki protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məhkəmədə məlum olub ki, "AZMA GROUP"
20 noyabrYeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ
Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılacağı iddia olunur. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. İddia edilir ki, yeni pul vahidi yeni ildən istifadəyə veriləcək, hətta onun görünüşünü əks etdirən foto belə paylaşılır. Məsələ ilə əlaqədar Azərbayca
1 dekabrBakıda bu ərazidə evlər plana düşdü: 2700 AZN kompensasiya veriləcək
Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə sökünütü işləri aparılacaq. -in ldə etdiyi məlumata görə, layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayı
26 noyabrPakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi - Həbs olundu
Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində oğurluq edən xarici ölkə vətəndaşı həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 21 fevral 1997-ci ildə Pakistan İslam Respublikasında doğulmuş Mustaq Muhammad oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə açılmış işə məhkəməd
26 noyabrManatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA
"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlanmasını davam etdirəcək". "S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb. Qeyd edilib ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqey
6 dekabrAzərbaycan Çinə fındıq və badam ixracını artıracaq
Azərbaycandan Çinə fındıq və badam ixracının genişləndirilməsi istiqamətində intensiv tədbirlər həyata keçirilir. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir. Bu gün Zaqatalada fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
7 dekabr