Öskürəyi kəsən təbii üsullar
Qış mövsümünün gəlməsi ilə birlikdə xəstəliklər də özünü büruzə verməyə başlayıb. Mövsüm dəyişikliyi uşaqlardan yetkin insanlara qədər hamıya təsir edir. Belə olduqda ictimai yerlədə öskürək səsləri də təbii olaraq artır. Publika.az-ın sağlamlıq bölməsi öskürəyi kəsən təbii üsulları təqdim edir.
Öskürəyin səbəbləri nədir?
Öskürmək, əslində, zənn edildiyi kimi xəstəlik deyil. Öskürəyi boğazı təmizləyən bir müdafiə mexanizmi hesab etmək olar. Öskürəyin bir çox səbəbi ola bilər. Öskürəyin səbəbləri bu şəkildə sıralanır:
Psixoloji
Siqaret
Soyuqdəymə, qrip, astma, boğaz iltihabı
Uzun müddət istifadə edilən təzyiq dərmanları
Ağ ciyərdə maye toplanması
Bronxit, sinusit
Bəlğəmli öskürəyin müalicəsi
Qış aylarında ən çox narahat edən xəstəlik bəlğəmli öskürəkdir. Alma qabığı ilə evdə hazırlanan çay bu məsələdə çox effektlidir. Belə ki, bu çay həm bəlğəmsökücüdür, həm də boğazınızın yumşalmasına kömək edəcək. Almanın qabığını soyandan sonra qaynar suyun içinə atın. İçərisinə bir az darçın, zəncəfil və mixək əlavə edin. Təxminən 10 dəqiqə dəmləyib için. Bu reseptə əməl etsəniz, bəlğəmli öskürəkdən əsər-əlamət qalmır.
Bəs quru öskürəyin qarşısını almaq üçün nə etməli?
Quru öskürəyi kəsmək üçün bir neçə təbii müalicə üsulu var. 1 çay qaşığı istiotu 1 çay qaşığı bal ilə qarışdırın və udun. 2 çay qaşığı tut mürəbbəsini də istiotla qarışdırmaq olar. Bu resept də çox faydalıdır.
Öskürək üçün evdə nə edə bilərik?
İsti içkilər boğazı yumşaltmaq təsirinə malik olduğu üçün quru öskürəyə yaxşı təsir edir. Nanə, adaçayı, zəncəfil çayı da öskürəyi kəsir.
Zəncəfil çayı: Qrip səbəbilə baş verən öskürək üçün zəncəfil çayı əsl möcüzədir. Zəncəfil tozunu bir stəkan suya atın və 10 dəqiqəyə qədər dəmləyin. Bu suyu yeməklərdən sonra için. Gündə 3 stəkan öskürəyi tamamilə yox edir.
Nanə çayı: Hər kəsin bildiyi kimi, nanəli limon çayı qrip, soyuqdəymə və öskürəyi kəsən ən təsirli üsuldur. Bu qarışığa boymadərən bitkisi də əlavə edə bilərsiniz. Bal isə çaya şirin dad verəcək.
Adaçayı: Adaçayı həm toksinlərin bədəndən daha sürətli atılmasına yardım edir, həm də öskürəyi kəsir. Boğazı yumşaldır və sizi rahatlaşdırır. Adaçayını su ilə dəmləyib sonra soyudun və üzərinə bir az limon suyu əlavə edərək için. Eyni zamanda qarqara da edə bilərsiniz.
Bal: Bəzi bitkilər acı olduğu üçün içmək istəmirsən. Möcüzəli bal sayəsində həmin bitki çaylarına şirin dad verə bilərsiniz. Bal həm çayınızı şirin edəcək, həm də öskürəyi kəsəcək. Bal boğazınızı yumşaltdığı üçün sizi xeyli rahatlaşdıracaq. Adətən, bir stəkan çaya bir çay qaşığı bal əlavə edilir.
Körpələrdə öskürəyin qarşısını almaq üçün tədbirlər
Bol su içirin.
Otağın havasını dəyişdirin.
Körpəniz 6 aydan böyükdürsə, cökə içirin.
Burnunu təmizləyin.
Yastığını dikəldin.
Qeyd: Öskürək uzun müddət davam edərsə, səbəbini öyrənmək üçün mütləq Həkimə getməlisiniz. Həkim müayinə və analizlər nəticəsində öskürəyin səbəbini müəyyən edəcək və ona uyğun müalicə resepti yazacaq.
publika.az
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 43191 Tarix: 30 oktyabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz
Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik
17 sentyabr 2021Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə
11 sentyabr 2021Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri
11 sentyabr 2021Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
15 sentyabr 2021Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA
Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar
10 sentyabr 2021Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
12 sentyabr 2021Bronxlarda olan problemlər üçün sınanmış məcun
Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar
17 sentyabr 2021Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
17 sentyabr 2021Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA
Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd
16 sentyabr 2021