Yuxular nə zaman çin çıxır?
Yuxuların çin çıxması müxtəlif faktorlardan, o cümlədən ayın günlərindən asılıdır.
Görduyumuz bütün yuxular heç də həmişə düz çıxmır və yaxud da hər zaman həyatımıza dair hansısa məlumatı əks etdirmir. Yuxuların böyük hissəsi illuziyalardır və yaxud sadəcə beynimizin hansısa hissəsində qalan məlumatların işlənməsidir.
Qədim zamanlardan kahinlər və sehirbazlar hansı yuxuların çin olub olmaması ilə bağlı böyük bir sistem hazırlayıblar. Zaman dəyişdikcə onların yerini astroloqlar tutublar və yuxular haqqında çox sayda məlumatlar veriblər ki, bunun da nəticəsində sadə insanlar hansı günlərdə yuxularının çin çıxacağı barədə informasiya əldə ediblər.
Yuxuların çin çıxması müxtəlif faktorlardan, o cümlədən ayın günlərindən asılıdır.
Ayın 1-ci günü. Bu günün yuxuları dəqiqliklə düz çıxır və yaxşılıq vəd edir.
Ayın 2-ci günü. Yuxular mənasızdır və heç bir əhəmiyyət kəsb etmir.
Ayın 3-cü günü. Tez yerinə yetən yuxulardır.
Ayın 4-cü günü. Bu günün yuxuları bir o qədər də tez yerinə yetmir.
Ayın 5-ci günü. Bunlar yaxşı mənalı yuxulardır.
Ayın 6-cı günü. Yerinə yetən yuxulardır, ancaq tezliklə yerinə yetəcəyini gözləməyin.
Ayın 7-ci günü. Xoşbəxt yuxulardır, ancaq onları heç kimə danışmamaq məsləhətdir.
Ayın 8-ci günü. Yuxular arzuların yerinə yetirilməsinə işarədir.
Ayın 9-cü günü. Çin çıxan yuxulardır, ancaq narahatlıqların olacağından xəbər verir.
Ayın 10-cü günü. Bu yuxular heç vaxt çin çıxmır.
Ayın 11-ci günü. Bu yuxular 11 gün ərzində düz çıxır və sevinc bəxş edir.
Ayın 12-ci günü. Yuxular tez və yaxşılıqla yerinə yetir.
Ayın 13-cü günü. Yuxular çətinliklər olacağından xəbər verir.
Ayın 14-cü günü. Uğursuz yuxulardır.
Ayın 15-ci günü. Yuxular tezliklə çin çıxacaq və yaxşılıqla nəticələnəcək.
Ayın 16-cı günü. Bu günün yuxuları yerinə yetmir və heç bir əhəmiyyət kəsb etmir.
Ayın 17-ci günü. Yuxular uğur vəd edir və 20 gün ərzində yerinə yetir.
Ayın 18-ci günü. Yuxular mənfəət və yeniliklərə doğru aparır.
Ayın 19-cu günü. Yuxular ailədəki narahatlıqlara işarədir.
Ayın 20-ci günü. Yuxular tezliklə çin cıxacaq.
Ayın 21-ci günü. Yuxuların tezliklə çin çıxacağına ümid etməyin, amma bu yuxular var-dövlətdən xəbər verir.
Ayın 22-ci günü. Yuxular narahatlıqlar barədə xəbər verir.
Ayın 23-cü günü. Tezliklə yerinə yetəcək yuxulardır.
Ayın 24-cü günü. Sevincli yuxulardır və tezliklə yerinə yetir.
Ayın 25-ci günü. Yalan və aldadıcı yuxulardır.
Ayın 26-cı günü. Zövq və əyləncəli yuxulardır.
Ayın 27-ci günü. Mənasız, rəngsiz və heç bir əhəmiyyət daşımayan yuxulardır.
Ayın 28-ci günü. Yuxular bəzi çətinliklərin olacağından xəbər verir və 30 gün ərzində yerinə yetir.
Ayın 29-cu günü. Yuxular çın çıxmır.
Ayın 30-cu günü. Fantastik və yerinə yetməyən yuxulardır.
Ayın 31-ci günü. Eşqin qələbəsindən xəbər verən yuxulardır və 15 gün ərzində yerinə yetir.
Zümrüd Cavadova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəlzələ zamanı çəkilən görüntülər böyük ajiotaj yaratdı
Bakıda bu ərazidə yeni bulvar salınacaq
Hava ilə bağlı növbəti - Xəbərdarlıq
Bu bitki evə şanssızlıq və bədbəxtlik gətirir
Öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib
Bu azərbaycanlı məşhurlar Rasim Balayevlə qohumdur
Ərini qonşusu ilə yataq otağında tutan qadının çəkdiyi videonu görən hər kəs şok olur - VİDEO
Sabah bu ərazilərdə qaz olmayacaq
Təsadüfən tapdığı bu daşı 50 minə satışa çıxardı
Azərbaycanlı bəylə ərəb qızın TOYU - VİDEO
Bakıya gətirilərkən yolda öldü - Foto
"Syrovarnaya" restoranında müştərilərə menyudan fərqli hesab təqdim olunur
Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sevgilisini matça aparan kişi həyatının şokunu yaşadı - VİDEO